rezonans

Xəbər xətti

24 İYUN

15:14 Prezident Yavər Camalovun vəfatı ilə bağlı nekroloq imzaladı

15:09 Kadırov Salaha hədiyyə verib

15:01 Ruhani haqda yazılmış kitab səs-küy yaratdı

14:52 Muharrem İnce və Meral Akşener səs verdilər

14:41 AZƏRBAYCAN ORDUSU – 100: MN-in hazırladığı Videosüjet

14:33 Deputatlar Türkiyədəki seçkilərdən danışdı

14:28 Messiyə görə intihar etdi

14:20 Livan nəşri: Azərbaycan yeni İsrail raketləri ala bilər

14:12 Əziz İldırım Türkiyəni tərk edir

14:01 Kim Çen İn 500 türk şəhidi Ankaraya qaytarır

13:56 ABŞ-da 870 min litr neft yola dağılıb

13:49 Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

13:48 Taylandda futbol komandası mağarada itkin düşüb

13:40 Sənan Qurbanov: “Düz yoldayıq”

13:32 Xırdalanda yanğın: 3 uşaq yandı

13:10 Yavər Camalov dəfn olundu

13:02 Binəli Yıldırım: “Seçkilər demokratik bayram abu-havasında keçirilir”

12:47 BMT-nin Qarabağ qətnaməsi: Lavrovu narahat edən nədir?

12:40 Mərkəzi və Şərqi Avropanın əhalisi kəskin azalıb

12:32 Ermənistanda hərbçi azadlıqdan məhrum edilib

12:23 Messi karyerasını bitirir

12:19 Xızı sakinindən silah-sursat və narkotik götürülüb

12:14 Makron: “Bu ölkələrə sanksiya tətbiq edilsin”

12:10 Salyanda yanğın: on baş inək tələf oldu

12:06 Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

12:01 Paşinyan İrana niyə gedir?

11:55 Lukaşenko: “Müstəqilliyimiz itəcək”

11:50 Məhərrəm İncə səs verdi

11:46 Belarus müstəqilliyini itirə bilər

11:42 DÇ-2018: Bu gün II turun son 3 oyunu keçiriləcək

11:39 Kürdəmirdə yaşlı kişini maşın vurub

11:35 Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir?

11:31 Suriyada İran generalı həlak olub

11:27 İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

11:24 Trampdan Kim Çenlə bağlı açıqlama

11:20 Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

11:16 Qurban Qurbanov: “Futbolçulardan razı qaldım”

11:11 Səudiyyədə qadınların sürücülüyünə icazə verildi

11:07 Maykl Ceksonun atası xərçəngdir

11:02 Aksiyada partlayış: 156 yaralı

11:00 Ərdoğan hakimiyyətini qoruyub saxlaya biləcəkmi?

10:58 “Neftçi” heyətinə daha bir xorvatı qatdı

10:54 Trampın mətbuat katibi restorandan qovulub

10:50 Mərkəzi Bank 350 milyon manat cəlb edir

10:46 Ankarada 11 PKK üzvü saxlanıldı

10:42 İki gün əvvəl ağır yaralanan sürücü öldü

10:37 OPEK-dən Rusiyaya təklif

10:33 Bakıda “Türk ulduzları” möhtəşəm şou göstərəcək

10:28 Bağçalarda fərdi videomüşahidə yaradıla bilər

10:23 Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

10:19 AXCP-yə hörmətsizlik: Elçibəyin məzarı başında...

10:15 Hacıqabul sakini xalası qızının boğazını kəsdi

10:11 Salyanda18 yaşlı oğlan öldü

10:07 Türkiyədə prezident və parlament seçkiləri keçirilir

10:04 Atəşkəs 92 dəfə pozulub

10:00 Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb



ANALİZ

...

İran ABŞ-İsrail taktikasını alt-üst edir

Tarix 13.06.18, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


Ölkə daxilində və xaricdə Tehrana dəstək dalğası yüksəlir – Araşdırma


Sergey Şəkəryants

regnum.ru, 12.06.2018


İranda həm birbaşa “kortəbii qiyamlar” qızışdırmaq, həm də ölkə xaricindən İran cəmiyyətinin bütövlük və sabitliyini sarsıdacaq  ünsürlər gətirmək cəhdlərinə qarşı durmaq üzrə bir-birini tamamlayan kompleks tədbirlərin uzunmüddətli perspektivə yönəlik proqramına  hazırlıq görürlər.

5 iyundan sonra şübhə yoxdur ki, İslam Respublikasının düşmənləri təxribat əməliyyatlarının xarici basqıyla calaşdırılımasına əl atacaqlar. İsrail kəşfiyyat naziri İsrael Kats həmin gün  KİV-lər qarşısında çıxış edərkən bildirib ki, İran “ölkəni nüvə silahıyla silahlandırmaq imkanı ilə nəzarətedilməz zənginləşdirmə sxemi”ni idarə edib. O, “İranlılar indi təslim olmazsa və buna dönməyə çalışsalar, müttəfiqlərin İslam Respublikasına qarşı bəyanatla çıxış etməyi lazım gələcək” deyərək əlavə edib ki, bu bəyanat iranlıları “onlara qarşı hərbi koalisiya formalaşacağı” ilə təhdid edəcək. İsrail naziri deyib – İran “hərbi uranın” zənginləşdirilməsinə qayıdarsa, ABŞ prezidenti və bütün Qərb koalisiyasının aydın bəyanatı olmalıdır. O, əlavə edib: “Ərəblər və İsrail də mütləq orada olacaqlar”.

Beləliklə, Təl-Əviv NATO-nun bütün üzvlərini, yəni Türkiyəni də yeni antiiran koalisiyasına daxil olmağa məcbur etmək niyyətindədir  – hələ Fars körfəzinin oyuncaq monarxiyalarını demirik, Tehranla yeni qarşıdurmaya getməyə razılaşmayan təkcə Qətərdir, Oman isə birbaşa antiiran aksiyalarından həmişə çəkinib.

İsrail kəşfiyyat nazirinin bəyanatı İsrail baş naziri Benyamin Netanyahu Avropa liderlərini ABŞ-ı izləməyə və İranla nüvə sazişini pozmağa inandırmaq üçün Avropa səfərinə yollanarkən meydana çıxıb. Bu, İranın hazırda gələcək saziş haqda müqavilə imzalayan başqa tərəflərlə danışıqlar aparanda baş verir. Tehran bildirib ki, avropalılar ABŞ olmadan sazişin əvvəlkitək İranın maraqlarını qoruyacağına zəmanət verərlərsə, Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) çərçivəsində qalacaq. Digər tərəfdən, Katsın bəyanatı ayətullah Seyid Əli Xameneinin İslam Respublikasının qurucu atasının ölümünün 29-cu ildönümüylə bağlı mərasimə qatılmaq üçün ölkənin hər yerindən İmam Xomeyninin məqbərəsinə yığılan yüzlərlə iranlıya müraciətindən sonra səslənib. Mərasimdə yüzlərlə əcnəbi qonaq, o cümlədən alimlər və araşdırıcılar, 300-dən çox xarici jurnalsit iştirak edib. O, tədbir iştirakçılarına üz tutaraq İmam Xomeynini ilk şiə imamı Əliylə tutuşdurub və deyib: “İmam Xomeyni düşmənlərə heç vaxt inanmayıb və inanıb ki, Allah xatirinə hərəkət edirsinizsə, heç vaxt heç nə itirə bilməzsiniz. Biz İmam Xomeyninin mirasına uyğun hərəkət etməliyik”.

İslam Respublikasının lideri ölkənin uğurlarından danışarkən qeyd edib: “Düşmənlər İran millətinin tərəqqisini heç vaxt durdura bilməzlər”.

İran lideri ABŞ-ın JCPOA nüvə sazişindən çıxması və İrana basqı üçün düşmənlərin göstərdiyi səylərdən danışarkən əlavə edib ki, düşmənin İslam Respublikasına qarşı tədbirləri  göstərir ki, onlar nə qədər fədakarlıqla İrana qarşı dururlar və bu, düşmənin güc əlaməti deyil. O habelə bildirib: “İranın atom enerjisi üzrə təşkilatı nüvə sazişinə (JCPOA) uyğun olaraq zəngiləşdirici gücü 190 min ERP-ədək modernləşdirməyə hazırlaşmalıdır”.

İranın atom enerjisi üzrə Təşkilatının (İAET) təmsilçisi Bəhruz Kamalvəndi ayətullahın çıxışının ardınca  məlumat verib ki, İran yeni sentrifuqaların istehsalına başladığı haqda  MAQATE-i məlumatlandırmaq qəsdilə bu təşkilata məktub göndərib. O bildirib: “MAQATE-yə məktubda məlumat vermişik ki, uf4 və uf6 sentrifuqalarının istehsalı üçün gərəkən gücü möhkəmləndirmək və sentrifuqa rotorlarının hazırlanması üçün zavodun istehsalı və yığılması üzrə ilkin addımlar atmaq niyyətindəyik”.

İAET rəhbəri Əliəkbər Salehi həmin gün bəyan edib ki, İran liderin göstərişlərinə əməl edərək iyunun 6-da Natanzda yeni sentrifuqaların istehsalına başlayacaq. O, JCPOA-nın “təhrif edilmiş formasını” qəbul etməkdə istənilən imkanı  rədd edərək deyib: “Biz JCPOA-ya əməl edib eyni zamanda ABŞ sanksiyalarına görə əsas məsuliyyəti daşıya bilmərik”.

Bu cür sarsılmazlıq yalnız İran hakimiyyəti və ali ruhanilərinin ölkə əhalisinin böyük çoxluğunun İİR-in daxili problemləri nə qədər mürəkkəb olsa da, cari xarici siyasətin davam etdirilməsi və gücləndirilməsi uğrunda birmənalı çıxış etdiyinə əmin olduğu halda mümkündür. Həm hökumət, həm də ruhanilər buna dəqiq əmindirlər ki, xalq anlayır: bu daxili çətinliklər ABŞ və İsrail başda olmaqla məhz Qərbin (AB, NATO və s.) azğın antiiran kursunun nəticəsidir.

İranın bir çox tələbə təşkilatları Donald Trampın məlum bəyanatı və yeni antiiran sanksiyaların elanına  cavab olaraq mayda ölkədə uranın zənginləşdirilməsinin yenilənməsinin lehinə imza toplamağa başlayıb. Mayın 29-da ayətullah Xameneinin universitet tələbələri və tələbə birlikləri təmsilçilərilə birbaşa görüşü olub. Görünür, Xamenei və tələbələr, belə deyək, “saatları yoxlamaq” və eyni zamanda həm də, bir növ, bir-birinin qarşısında hesabat verməyi qət ediblər. Xamenei qeyd edib ki, tələbələr İslam inqilabının məqsədlərini yerinə yetirməyi davam etdirməlidirlər: “İslam inqilabından sonra inqilabi qüvvələrdə yalan bir güman vardı ki, inqilab Təsisat formalaşana qədər sürəcək və bu hədəfə yetəndən sonra inqilab bitəcək. Lakin hər bir inqilab beş mərhələdən ibarət olur: hər bir inqilabın birinci mərhələsi qələbədir. İkinci mərhələ – inqilabi hökumət vasitəsilə dəyər və idealların gerçəkləşdirilməsi, sonra isə dəyərlərin inqilabi cəmiyyətdə gerçəkləşdirilməsi və nəhayət, sonuncu mərhələ – islam və ya inqilabi sivilzasiyanın formalaşdırılmasıdır”.

İslam Respublikası lideri əlavə edib ki, bu ideallar qısamüddəıtli perspektivdə gerçəkləşməyəcək və bu ideallar gerçəkləşdənədək inqilab saxlanmalıdır. Ayətullah Xamenei “milli dayanıqlıq”, “siyasi, iqtisadi və mədəni müstəqillik və azadlığı” islam təsisatının ideallarından biri kimi təsvir edib.

Bir çox ölkə və xalqlar üçün maraqlı və yeri gəlmişkən, faydalı olan budur – ayətullah Xamenei sonra vurğulayıb ki, daxili problemlər ABŞ və Böyük Britaniya üzündən meydana çıxmayıb, lakin “ölkənin əksər problemlərinə xarici amillər baisdir”: “Bu problemlərin çoxunun daxili səbəbləri olsa da, düşmənlər bundan öz siyasi maraqlarının ödənilməsi üçün istifadə edirlər”.

Bax, belə bir açıq söhbət – qeyd edək ki, İranın ali vəzifəli və ruhani simasıyla İranın tələbə gəncliyi arasında…

Nəticə kimi – iyunun 8-də İranın 900-ə yaxın şəhəri (!) Qəzzanın müdafiəsiz Fələstin əhalisinə dəstək üçün xalq mitinqlərinin şahidi olub. Cəmiyyətin bütün zümrələrindən milyonlarla iranlı bütün ölkə boyu şəhər küçələrinə çıxıb ki, İsrail işğalı və təcavüzü, xüsusən də Qəzzada bu yaxınlarda fələstinlilərə divan tutulması ilə mübarizədə məzlum Fələstin xalqına tam və sabit dəstəyini sərgiləsin.

İsraillilərin və Qərbin bir sıra KİV-lərinin öz “peyğəmbərlik”lərində davam etdiyi kimi, əgər həm ayətullah Xamenei “tezliklə ölməlidir”sə, həm də “mollalar rejimi çox keçmədən çökəcək”sə, hökumətin, ruhanilərin və ictimaiyyətçilərin Beynəlxalq Qüds Gününü qızğın keçirmək çağırışlarına bu qədər fəallıq və hazır olmaq haradandır? Beynəlxalq Qüds Günü  – İsrailin Beytül-Müqəddəsi (Müqəddəs Evin) işğalına müqavimətə həsr edilən illik tədbirdir. Ramazanın son cüməsində bütün dünyanın müsəlman ölkələrində, xüsusən İranda, habelə xeyli sayda qeyri-müsəlman dövlətlərində antisionist mitinq və nümayişlər keçirilir. Bu tarixi 1979-cu ildə İran İslam Respublikasınınm mərhum lideri ayətullah Ruhulla Xomeyni fələstinlilərlə həmrəyliyin ifadəsi kimi və Müqəddəs Qüdsün dünya müsəlmanları üçün önəmini vurğulamaqdan ötrü təyin edib. Nümayişçilər Tehranda məhz Tehran universitetində cümə namazı yerinə – İranın tələbə fəallığı qalasına toplaşıblar.

“İntifada və Qüds” mənzil-qərargahının başçısı, İİKK briqada generalı Ramazan Şərif bildirib ki, bu il 5300-ə yaxın iranlı və xarici jurnalist, o cümlədən 160 əcnəbi fotojurnalist və reportyor İranda Beynəlxalq Qüds Gününü işıqlandırıb. Təkcə Tehranda mitinq və yürüşlərə 5 milyon adam qatılıb. Əmin deyilik ki, bu gün hansısa ölkədə və hansısa səbəbdən öz hökumətinin xəttini dəstəkləyən bu qədər adam küçə və meydanlara çıxa bilər…

ABŞ və İsrailin İrana qarşı taktikasının hələlik yalnız uğursuz nəticələr gətirdiyini qeyd etməsək, yekun tam olmayacaq. Bu hətta onunla da nəzərə çarpır ki, mayın sonunda ABŞ-ın 5000 professoru, eksperti və siyasətçisi istənilən məhkəmədə İrana dəstək üçün çıxış etməyə hazır olduğunu ifadə edib:

“Biz İran hökumətini təkidlə Deniels məhkəməsinin qərarından şikayət üçün mayın 28-i bitənədək hüquq komandası yığmaq istiqamətində “9/11 təhqiqatı üzrə hüquqşünaslar Komitəsi”ndən İran islam Respublikasına yardım edə biləcək cənab Mik Harrisonla əlaqəyə girməyə çağırırıq”.

ABŞ Təmsilçilər Palatası mayın sonunda yekdilliklə ABŞ-ın 2019-cu il milli müdafiə büdcəsinə Konqresin təqdiri olmadan İrana qarşı istənilən  müharibənin elan edilməsini yasaqlayan düzəliş edib. Demokrat Kit Morris Ellisonun təklif etdiyi və bir sıra başqa demokratların , habelə respublikaçı deputatların dəstəyini alan düzəliş həmrəyliklə bəyənilib. Sonradan iyunda beynəlxalq KİV-lər xəbər verib ki, İsrail baş naziri Netanyahu Böyük Britaniyanı İranla nüvə sazişindən çıxmağa inandırmağa nail olmayıb. Avropa Komissiyası isə AB firmalarına ABŞ-ın İran sanksiyalarına əməl etməməyə icazə verən qanun qəbul edib. Daha bir zərbəni Fransa və MAQATE vurub. Emmanuel Makron bildirib ki, İranın nüvə sazişini pozduğunun heç bir nişanəsi yoxdur, agentlik isə Avropa komissarı Federika Moqerininin  mətbuat katibi  Mayya Kosyançiçlə  birlikdə vurğulayıb ki, İranın bəyan etdiyi uranın zənginləşdirilməsi üzrə gücün artırılması niyyəti nüvə sazişini pozmayıb.

NATO-nun baş katibi Yens Stoltenberq isə alman dərgisi “Der Spiegel”lə söhbətdə, əslində, İsrailin kəşfiyyat naziri Katsa cavab verib – İsrail NATO-nun üzvü deyil, tərəfdaşıdır, NATO-nuin təhlükəsizlik zəmanəti isə  Təl-Əvivə tətbiq edilmir. Alyans bununla da eyham vurub ki, İranın hər hansı mümkün hücumu və yaxud İsrail təcavüzündən sonra Tehranın cavab hərəkətləri zamanı NATO İsraili müdafiə etməyəcək.

Amerika-İsrail taktikası İranın daxili-siyasi səhnəsində də bəhrə gətirmir. Təcrübəli mühafizəkar Əli Ərdəşir Laricaninin Məclisə yenidən spiker seçilməsi isə – özü də üç “islahatçı” ilə rəqabətdə – göstərir ki, əks effekt işə düşüb.

Yekun vururuq: 1) İranda “vətəndaş itaətsizliyi”nin yeni təzahürü haqda məlumatlar təsdiqini tapmır; 2) ABŞ və İsrail basqısı İranda mühafizəkar siyasətçilərin mövqeyinin tədricən bərpasına şərait yaradır; 3) Vaşinqton və Təl-Əvivin hədə və şantajları beynəlxalq qurumları inandırmır; 4) ABŞ daxilində antiiran məstliyində Tramp administrasiyasına üz verməmək tendensiyaları artır; 5) İran tələbəliyinin təşəbüsləri və Qüds günündə kütləvi aksiyalar həm hökumətin xalqla əlaqəsini, həm də İranın gənc nəslinin İslam inqilabı ideologiyasından geri çəkilməməyə hazır olduğunu təsdiq edir. (strateq.az)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Ziya Məmmədovun holdinqi “sökülür”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru