Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevdən pravoslavlara pasxa təbriki


“Azərbaycanda hər kəsin etiqad azadlığı təmin edilib”


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrik məktbunda deyilir: “Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənib, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər.

Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar