Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hollandiyada bütün qatarları külək işlədir


Hollandiyanın dövlət dəmir yolları şirkəti NS bildirib ki, indi artıq ölkənin bütün qatarları külək enerjisindən alınan elektriklə hərəkət edir


"Yanvarın 1-dən bizim bütün qatarlarımızı külək enerjisi hərəkətə gətirir" - deyib NS şirkətinin sözçüsü Ton Boon, - yazır "The Guardian".

Xəbər verilir ki, Hollandıyanın Eneco elektrik şirkəti NS tərəfindən təklif olunmuş tenderdə iki il əvvəl qalib gəlib.

O vaxt iki şirkət arasında bağlanmış sazişə görə NS-in bütün qatarları 2018-ci ilin yanvarından külək enerjisindən alınan elektrikə keçməli idi.

"Biz qarşımıza qoyulan məqsədə bir il də tez çatdıq" - deyib Boon.

Sözçü əlavə edib ki, ölkə və sahil boyunca salınmış yel dəyirmanları sahələrinin artırılması NS şirkətinin məqsədə çatmasına kömək edib.

Eneco və NS şirkətlərinin müştərək internet saytında deyilir ki, külək enerjisinin hərəkətə gətirdiyi qatarlardan hər gün 600 min sərnişin istifadə edir. NS şirkətinin hər gün hərəkətdə olan 5500 qatarı var.

Beləliklə, Hollandiya bütün dəmir yolu hərəkətini külək enerjisinə keçirən ilk ölkə olub.
Məqalədə deyilir ki, bir yel dəyirmanı 1 saat ərzində 1 qatarın 120 kilometr yol qət etməsinə imkan verir.

Hollandiya ümid edir ki, 2020-ci ilədək 2005-ci illə müqayisədə hər sərnişinə istifadə edilən elektrik enerjisinə 35 faiz də qənaət ediləcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar