Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahimə 2 milyard lazımdır?

Bəs mənə nə qədər lazımdır?


Günün gülməcə bilməcəsi

Bu gün məlum oldu ki, Hacı İbahim Nehrəmliyə nə az, nə də çox, cəmi-cümlətanı 2 milyard manat lazımdır. Həm də ilin günün bu vaxtında. Özünə milyarder deyən bu şəxsin bu bəyanatını oxuduqdan sonra hesablama apardım ki, mənə nə qədər pul lazımdır? Şükür mənə az lazımdı, yəni milyard filan lazım deyil. Heç milyona da ehtiyacım yoxdur Allaha şükür. Yüz min filan verən olsa da ki, verən olmayacaq, deyərəm siz Allah aparın Hacı İbrahimə verin. Çünki mənim cəmi bir ev dərdim var, Hacının isə 78 dənə süni ada dərdi var. Hələ üstəlik bu adaların üstündə özünün dediyi kimi ev, məktəb, teatr, hamam filan da tikməlidir. Bu boyda dərdi daşımaq əlbəttə ki, çətindir. 

Üstəlik Hacı özü demişkən «milyardları qum edib dənizə tökür». Yəni kişidə ürək var. Hər milyarder ürək edib milyardları dənizə tökmür. Belə bir ürəyə və cəsarətə mənim bildiyim qədər Dubay şeyxi əl-Maktum və Hacı İbrahim sahibdir. Yəni dünyada belə ürəyə sahib olan cəmi iki şəxsdən biridir Hacı İbrahim və yəqin ki, imkanımız daxilində biz onunla fəxr eləməliyik. 

Amma mənim içimi yeyən bir məsələ də var. Bildiyim qədər əl-Maktumun milyardları neftdən gəlir. Elə buna görə də ərəb çöllərində neft və qum qədər dollar da var və əl-Maktum üçün bu dollarları dənizə tökmək problem deyil. Ən azından əl-Maktum dənizə tökdüyü dollarları qumarxanalarından və fahişəxanalarından çıxarmağı bacarır. Bizdə bu məsələ necə olacaq, deyə indidən maraq edirəm.


Xəzər dənizində 78 süni ada inşa edən Hacı İbrahim ARDNŞ-dən sonra ölkənin ikinci ən çox vergi ödəyicisi olması gərəkir. Amma harda...


Birdə əl-Maktumun dollarının hardan gəldiyini bu dünyada axırıncı səfil də bilir. Yəni əl-Maktum qumu qazıb neft çıxarır və bu nefti də dollara çevrilib qum kimi dənizə axıdır. Özü bilər. Sonucda gəlir də əldə edir. Amma Hacı İbrahimin öz milyardlarını haradan qazanmasını dünyanın ən ağıllı maliyyəçisi də bilmir. Hətta son 20 ildə Hacı İbrahimin Azərbaycan dövlətinə nə qədər vergi ödədiyi belə bəlli deyil. Ən azından milyardları dənizə tökən bir şəxsin vergi ödənişləri həm şəffaf olmalı, həm də yüz milyon manatlarla olmalıdır. Yəni faktiki olaraq, Xəzər dənizində 78 süni ada inşa edən Hacı İbrahimin ARDNŞ-dən sonra ölkənin ikinci ən çox vergi ödəyicisi olması gərəkir. Amma harda... İndi durub Vergilər Nazirliyinə sorğu göndərsək, məlum olacaq ki, Hacı İbrahimin hər il ödədiyi vergi gördüyü işlərin müqabilində qəpik-quruşdur. Yəni anormal bir şey.

Əslində belə  bir avantürist layihəyə Azərbaycan hökümətinin izn verməsi belə anormal haldır.


Üstəlik Hacı İbrahimin sorağı davamlı olaraq məhkəmə zallarından eşidilir. Müxtəlif iş adamları davamlı olaraq prezidentə və əlaqədar qurumlara şikayətlər ünvanlayaraq Hacının onlara «atdığını» dilə gətirirlər. Buna baxmayaraq Hacı İbrahim bu gün məmləkətimizin jurnalistlərini başına yığıraq bildirib ki, ona birinci adanı bitirmək üçün 2 milyard manat lazımdır. Sonrası Allah Kərimdi...

Əslində belə  bir avantürist layihəyə Azərbaycan hökümətinin izn verməsi belə anormal haldır. Bu boyda layihəni həyata keçirmək, yəni Hacının özü dediyi kimi 200 milyardlıq layihəni həyata keçirmək, bir iş adamının gücü deyil. Heç bu boyda layihə Azərbaycan dövlətinin belə gücü daxilində deyil. Üstəlik Hacı İbrahimin pulunun mənşəyi belə bilinmir və heç kim bilmir ki, bu şəxs öz milyardlarını necə və haradan qazanıb. Və ən əsası belə görünür ki, Hacı İbrahimin bu yerişi ilə layihənin bitməsinə 100-150 il lazım olacaq... 

Hacı İbrahim nəyə nail olmaq istəyir? Bax bu sual doğrudan Şekspir sayağıdır və cavabı yoxdur.


O zaman sual olunur, Hacı İbrahim bu avantürası ilə nəyə can atır və niyə özünün dediyi kimi pullarını dənizə tökür? Bunun bir sağlam məntiqi olmalıdır. Ki, sağlam məntiq deyir, belə bir avantüraya sərmayə qoymaq normal biznes qaydalarına ziddir. O zaman Hacı İbrahim nəyə nail olmaq istəyir? Bax bu sual doğrudan Şekspir sayağıdır və cavabı yoxdur. Hacı İbrahim özü belə bu sualın cavabını verə bilərmi? Buna belə şübhə edirəm.

P. S. Azərbaycan əhalisinin hər nəfərinə 10 manat yığıb Hacıya versək belə, bu onun yarasını sağaltmır. Yəni ortalama cəmi yüz milyon edəcək, ya etməyəcək. Hacıya isə təkcə bir adanı bitirmək üçün hazırda əlim-yandı şəkildə 2 milyard lazımdır. Yəni Hacıya çox pul lazımdır, çox...

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar