Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan keçirilən təkrar səsvermədə namizədlər lazım olan səsi toplaya bilməyib


Oktyabrın 22-də Gürcüstanın 2 seçki dairəsinin 4 məntəqəsində parlamentə təkrar seçkilər keçirilib. Namizədlərin heç biri lazım olan səsləri qazana bilməyib


“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin dairələrdə də seçkilərin ikinci turu keçiriləcək.

İkinci turda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədən azərbaycanlı Əhməd İmamquliyev də mübarizəni davam etdirəcək. Birinci turda onun rəqibi Tamaz Naveriani olub. Əhməd İmamquliyev 1-ci turda səslərin 47,91 faizini, Naveriani isə 43,41 faizini toplayıb.

Qeyd edək ki, Gürcüstan parlamentinə oktyabrın 8-də keçirilmiş parlament seçkilərində 50 seçki dairəsində majoritar sistem üzrə namizədlər səslərin 50+1 faizini toplaya bilməmişdi. İki dairənin 4 məntəqəsində isə səsvermənin nəticələri ləğv edilmişdi. Gürcüstan Mərkəzi Seçki Komissiyası bunu nəzərə alaraq həmin dairələrdə təkrar səsvermənin və ikinci turun keçirilməsi barədə qərar qəbul edib. Təkrar seçkilərdə də namizədlər lazım olan səsi toplaya bilməyiblər.
MSK-dan bildiriblər ki, ikinci turda namizədlər adi səs çoxluğu ilə seçiləcəklər. Birinci turda hər bir namizəd 50+1 faiz səs qazanmalı idi. İkinci turda isə namizədlər sadə səs çoxluğu qazandığı halda deputat seçiləcəklər.

İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.
İkinci tur majoritar sistem üzrə 50 dairədə oktyabrın 30-da keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar