Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın həbsdəki qohumu əfv olundu


Bəylər Əyyubovun üsyançı bacısı oğlunun buraxılmasının təfərrüatları


 Prezidentin mühafizə xidmətinin rəhbərinin bacısı oğlu Osman İsayev çox çətinliklə əfv olunub; generalın türmədə qalan başqa qohumlarının valideynləri bu qərarın onların da övladlarına şamil olunmasını istəyirlər; ortada böyük narazılıq var

Prezidentin mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun ötən ildən həbsdə olan bacısı oğlu Osman İsayev azadlığa buraxılıb. Bu barədə “Yeni Müsavat”a verilən məlumata görə, O.İsayev üç gün əvvəl azadlığa çıxıb. Qeyd edək ki, ötən ilin sentyabrında Xətai Rayon Məhkəməsinin qərarı ilə O.İsayev və əmisi oğlu Sultan İsayev 2 il, Amil Şirəliyev 2, Rauf Həsənli isə 3 il 6 ay iş alıb.

Bu şəxslər Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə təqsirli biliniblər. Bu maddə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri nəzərdə tutur.

Bu həbslərlə bağlı ilk dəfə hələ 2013-cü ilin may ayında “Yeni Müsavat” yazıb. Daha sonra isə bu olayla bağlı təfərrüatları öyrənib oxuculara təqdim etmişdik. 

Həbsdə olanlardan Rauf Həsənlinin atası  Orxan Həsənli isə “Yeni Müsavat”ın müxbirinə açıqlama verərək, hadisənin təfsilatını özlərinə sərf edən təqdimatla açıqlamışdı. O demişdi ki, gənclərin həbsinə səbəb olan hadisə ötən il aprelin 21-də Nobel prospektindəki “AZURE” biznes mərkəzindəki “Opera SKY” restoranında baş verib. Burada skandal olub, məkan sahibi ölkənin ikinci iqtidar soyadının daşıyıcısı olduğuna görə onun oğlunu və digərlərini həbs ediblər. O. Həsənov müxbirimizə demişdi ki, insidentin olduğu yer Nərgiz Paşayevaya məxsusdur.

R.Həsənlinin atası müxbirimizə bildirmişdi ki, onun oğlu və dostları günahsızdır, əslində heç kimə heç nə etməyiblər. Lakin digər mənbələrdən gələn xəbərlər bunun tam əksini ortaya qoyurdu. Məlum olurdu ki, B. Əyyubovun simsarları həmişəki adətləri üzrə yenə də restoranda kobudluq ediblər, insanlara sataşıblar, kimisə döyüblər. Sadəcə, bu dəfə onların hədəfindəki vətəndaşlar təsadüfən Paşayevlərdən olub. Buna görə də onları əfv etmirlər.

Arestantın atası O. Həsənli müxbirimizə bu məqamı belə izah etmişdi: “Nərgiz Paşayeva (dava olan restoranın sahibi olması iddia edilir- red.) Mehriban xanıma deyib, Mehriban xanım da cənab prezidentə. İlham Əliyev cənabları Bəylər Əyyubovu çağıraraq deyib ki, hadisəni araşdır, həll elə... Olay prezidentə elə təqdim olunub ki, guya bizim uşaqlar orda dava-dalaş salaraq müştəriləri ordan qaçırıblar. Halbuki elə ciddi şey olmayıb”.
Həbs olunanların yaxınları bildiriblər ki, kiçik mübahisəyə görə övladlarından qisas alırlar. Ötən il dekabrın 24-də isə həbs olunanların Apelyasiya Məhkəməsində sensasion məqamlar yaşanıb.

Məlum olub ki, şikayətçi tərəf N.Paşayevanın kürəkəni Fuad Abdullayevdir.
Həmin məhkəmə prosesində B. Əyyubovun qohumu Rauf Həsənli son sözündə  Xətai Rayon Məhkəməsinin çıxardığı hökmü ədalətsiz, vicdansız və şərəfsiz adlandırmışdı.
Məhkəmədə ən sensasion bəyanatı isə indi azadlığa çıxan B. Əyyubovun bacısı oğlu Osman İsayev səsləndirmişdi. 

Prokurorun hökmün dəyişdirilməməsini hakimdən xahiş etməsi anından başlayaraq hökm oxunana qədər O.İsayev ölkədə hökm sürən ədalətsizlikdən, haqsızlıqdan danışmışdı.
O, hakimin hər cümləsinə “balalarından görəsən”, “inşallah, sizi də bu gün gözləyir”, “bu haqsızlığa görə tezliklə cəzanızı alacaqsınız” kimi replikalar vermişdi.

O.İsayev  məhkəmələri, hakimləri “üzdəniraqlara”, “narkomanlara” göstərmədiyi qəddarlığı günahsız insanlara göstərməkdə suçlayaraq bunları demişdi: “Bizi niyə tutursunuz axı? Nə etmişik? Cinayət etsəm, həbsdə olsam, bir qram da əzab çəkmərəm. Kiminsə xoşuna Osman gəlmir deyə türmədə yatmalıyam. Belə hökmü verənin, verdirənin balası xoşbəxt olmayacaq, ya narkoman olub zəlil günə düşəcək, ya da...”
Onun sərt replikaları yaxınlarını da narahat etmişdi və onlar O.İsayevi sakitləşdirməyə çalışmışdılar. Ancaq nəticə başqa cür olmuşdu: “Nə susmaq, nə qədər susmaq olar. Susa-susa bu günə düşməmişik? Nə qədər susaq axı? Niyə susmalıyam, cinayət etmişəm? Mən məhkəmə başlayandan demişdim ki, bu hakimlər ”bunnandı", ancaq mənə inanmadınız. Bunlarda guya prezidentə hörmət var... Onların vicdanı, prezidentə hörməti olsaydı hərəmizin işindən heç olmaya 6-7 ay çıxardı".

O.İsayev replikalarında ölkədə 1937-ci il repressiya ab-havasının olduğunu bəyan etmişdi: “Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya? Bir zənglə adamları məhv edirlər. Biz Azərbaycanı orda-burda tanıtmaq üçün nələr etmişik? Bu nə münasibətdir bəs bizə? Lazım deyil, heç mənə belə ölkədə vətəndaş olmaq. Mən bu vətəndaşlıqdan da imtina edirəm”.

Bu həbslər ölkədə şok effekti yaratmışdı. Çünki hər kəsə bəllidir ki, uzun illər B.Əyyubovun yaxın ətrafında olan şəxslər bu ölkədə istədiklərini edirdilər və cəzalandırılmırdılar. Onların cəzalandırılmaları özləri üçün də gözlənilməz olmuşdu və elə məhkəmə proseslərində səsləndirilən sərt bəyanatlar da bununla bağlı idi.
Uzun müddət idi ki, B.Əyyubov yaxın qohumlarını həbsdən buraxdıra bilmirdi. Məlumatlara görə, O.İsayevin həbsdən buraxılması ilə bağlı qərar birinci xanım Mehriban Əliyevaya çoxsaylı müraciətlərdən sonra verilib. Bir müddət əvvəl O.İsayevin bir qız övladı dünyaya gəlib və deyilənə görə, M.Əliyeva ona çoxsaylı müraciətləri, həmçinin də bu xəbəri nəzərə alaraq O.İsayevin azadlığa buraxılmasına razılıq verib.

Xəbərdə o da bildirilir ki, O.İsayev azadlığa çıxan kimi yaxınları tərəfindən ona “Rance Rover” markalı  avtomobil hədiyyə olunub. O.İsayevin azadlığa buraxılması və B.Əyyubovun digər qohumlarının həbsdə qalması isə generalın ətrafında narazılıq doğurub. B.Əyyubovun həbsdə qalan qohumları bu qərarın birtərəfli verilməsinə etiraz edirlər.

Yazıda adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar