Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransadakı prezident seçkiləri ərəfəsində avro ucuzlaşa bilər


Avronun ABŞ dollarına qarşı məzənnəsi Fransadakı siyasi qeyri-müəyyənliklər səbəbindən azalmağa başlayıb


"Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, avronun ucuzlaşmasına səbəb Fransada keçiriləcək prezident seçkiləridir. Belə ki, prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. Əhali arasında keçirilən sorğuya əsasən, prezident seçkilərinin ilk turunda Milli Cəbhə Partiyasının lideri Marin Le Pen 24%-lə qalib gələcək. Onun rəqibləri keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun 21%, eks-baş nazir Fransua Fiyonun isə 19% səs yığacağı gözlənilir.

Qeyd edək ki, Le Penin seçki öncəsi proqramında Fransanın "milli müstəqilliyi"nin bərpası, emiqrantların ölkəyə axınının sayının azaldılması, konstitusiyaya dəyişikliklər yer alıb.

Xatırladaq ki, M.Le Pen Avropa İttifaqı və avro pul vahidinin tətbiqi ilə bağlı referendumun keçirilməsi zərurəti ilə bağlı fikirlər səsləndirib.

"Report"un analitik qrupu bildirir ki, Avropada siyasi proseslər Fransadakı seçkilərlə bitmir. Yay aylarında analoji hadisə İtaliyada da gözlənilir: "Məhz bu səbəbdən avronun ucuzlaşması qaçılmazdır. Lakin ABŞ hakimiyyətinin dolların bahalaşmasına qarşı olması avronun kəskin ucuzlaşmasının qarşısını alacaq. Nəticədə, avro/dollar cütlüyünün məzənnəsinin 2017-ci ildə 1,04-1,10 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir".

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar