Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ev dustağı olan vitse-admiral bu gün qandallana bilər


Prokuror Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanova 13 il həbs cəzası istədi; 14 il Səfər Əbiyevin müavini olmuş vitse-admiralın taleyi ipdən asılı...


Prokuror Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanova 13 həbs cəzası istədi; 14 il Səfər Əbiyevin müavini olmuş vitse-admiralı nə gözləyir? 

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az -ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə yanvarın 13-də davam edəcək. 

Qeyd edək ki, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. 
Image result for Şahin Sultanov

Göyçay rayonunda anadan olan Ş.Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi. Ş.Sultanovun  2014-cü il aprel ayının 23-də həbs olunması mediada sabiq müdafiə naziri Səfər Əbiyevin də “başı üzərində” təhlükə kimi izah edilirdi.  Çünki Ş.Sultanovla bərabər   HDQ-nin bir neçə hərbi qulluqçusu saxlanılmışdı. Həbs edilənlər sırasında HHQ-nin sabiq qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərlərinin olduğu bildirilirdi. 



Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

Həmin ilin oktyabr ayında vitse-admiralın  həbs müddəti daha 3 ay uzadıldı. Amma bu müddət başa çatmamış, Bakı Hərbi Məhkəməsi dekabr ayının 25-də onun barəsində olan həbs-qətimkan ev dustaqlığa ilə əvəzlədi. Yeri gəlmişkən, Şahin Sultanov o zaman ilk nüfuzlu şəxs idi ki, belə bir qətimkan tədbirindən yararlanırdı (İndi isə ləğv olunmuş MTN-in generalı olmuş Natəvan Mürvətova da ev dustağıdır-"YM").    



Vitse-admiral ev dustaqlığına buraxılandan sonra Fəxri Xiyabana gedərək mərhum prezident  Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra çox ilginc açıqlamalar vermişdi. 

“Mən bu gün ağ formanı ona görə geyindim ki, bu ağ formaya ləkə düşə bilməz. Mən necə vardım - təmiz, eləcə də qalacam. Hazırda irəli sürülən ittihamla bağlı iş gedir. Zaman gələcək hamısı aydın olacaq. Eyni zamanda mənim hərbi rütbəm məndən alınmayıb” - deyə, general  bildirmişdi. 

Şahin Sultanovun ev dustaqlığına buraxılmasına  S.Əbiyev də qısa münasibət bildirərək “narahat olmayın, hər şey yaxşıdır. Heç bir problem yoxdur” deyərək, qısa münasibət bildirmişdi.  

Vitse-admiralın vəkilləri isə bu həbsi  əvvəl gündən sifarişli hesab ediblər. 

Prokurorun vitse-admirala ağır cəza istəməsi onu göstərir ki, Ş.Sultanov cəzasını evdə deyil, həbsxanada çəkəcək. Son söz isə məhkəmənindir... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar