Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Etnik təmizləmə aparanların məhkəməyə çıxarılması üçün hər şeyi edəcəyik"


ABŞ Dövlət katibi Reks Tillerson ilk dəfə Arakan müsəlmanlarının məruz qaldığı zorakılığı etnik təmizləmə adlandırıb


Tillerson noyabrın 15-də Myanmaya səfəri və keçirdiyi görüşlərdən sonra yazılı bəyanat verib: “Bu bir etnik təmizləmədir, ona təcili son qoyulmalıdır. Myanma ordusunun 25 avqust hücumunu bir daha qınayırıq.

Myanma ordusu və təhlükəsizlik qüvvələrinin qanun pozuntuları nəticəsində yüz minlərlə qadın, uşaq və kişi ev-eşiyini tərk edərək Banqladeşə sığınmasına məcbur olub. ABŞ bu hərəkətə görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılması üçün əlindən gələni edəcək.

Artıq Arakanda zorakılıq törədən Myanma təhlükəsizlik qüvvələri mənsubları üçün sanksiyalar hazırlayırıq. Arakanda baş verən etnik təmizləmə planlı və mütəşəkkil şəkildə baş verib”.

Xatırladaq ki, Tillersondan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad Hüseyn Myanma ordusunun Arakandakı hərbi əməliyyatlarını tam bir etnik təmizlənmə nümunəsi adlandırmışdı.

Qeyd edək ki, Myanma ordusunun silahlı hərbçilərlə mübarizə adı altında Arakana etdiyi hücumlarda bu ilin 25 avqustundan bu yana minlərlə müsəlman həlak olub və ölkəsindən didərgin düşüb.

Hücumlar nəticəsində 300-ə yaxın kənd məhv edilib, 600 mindən çox arakanlı müsəlman Banqladeşə sığınmaq məcburiyyətində qalıb/Teleqraf.com.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar