Ermənistan höküməti parlamentə “Müdafiə haqqında” yeni qanun layihəsini təqdim edib
Sözügedən qanun 28 noyabr 2008-ci ildə qəbul olunub və hələ də qüvvədədir.
AzVision.azerməni KİV-lərinə istinadən xəbər verir ki, hökümət hazırki qanuna əlavə və düzəlişlər etmək niyyətində deyil. Bu səbəbdən yeni qanun qəbul etmək barədə qərar verilib.
Yeni qanun layihəsində əsas məsələlərdən biri Ermənistanın müdafiəsinin təşkili istiqmətində səlahiyyətlərin bölüşdürülməsidir.
Yeni qanuna əsasən, Təhlükəsizlik Şurasına kifayət qədər ciddi səlahiyyətlər verilir, müdafiə və təhlükəsizlik sahəsində baş nazirin səlahiyyətləri azaldılır. Bu kimi dəyişikliklərin gələcək baş nazirn kimliyi nəzərə alınaraq həyata keçirildiyi istisna edilmir.
pia.az