Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistanda Karen Karapetyan baş nazirliyə iddialıdır"- Politoloq


Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır


Cənubi Qafqazın qeyri-stabil və işğalçı ölkəsi olan Ermənistanda aprel 13-dən başlayan etiraz aksiyaları paytaxt Yerevandan digər şəhərlərə yayılır.

 Bu etiraz aksiyaları Serj Sarkisyanın 10 illik hakimiyyətindən sonra yenidən hakmiyyətdə qalmaq istəyinə qarşıdır. Çünki, bu illər ərzində Ermənistanın bir ölkə kimi dərin iqtisadi-sosial və demoqrafiq problemə yuvarlanıb. Növbəti dəfə xalq "Qarabağ klanın" hakmiyyətdə olmasını qəbul etməyərək, küçələrə çıxıb.

Bu gün Ermənistan cəmiyyətində "yerli və gəlmələr" erməni problemi var. Və, bu getdikcə siyasətdə dərin uçuruma gedir və ölkədə vətəndaş müharibəsinə doğru aparır.

Dünən baş nazir Serj Sarkisyan etiraz aksiyalarına rəhbərlik edən müxalif depudat Nikoyl Peşinyanla görüşü nəticəsiz başa çatdı. Peşinyanla görüşə gələn Sarkisyan əvvəlcədən belə bir nəticəsiz görüşü gözləyirdi və bu görüşə qəsdən getmişdi. Bilirdi ki, etiraz aksiyalarını idarə edən Nikoylun tələbi, yalnız onun istefası olacaq. Özünü demokratik düşüncəli, Peşinyanı isə dövlətçiliyə qarşı kimi göstərməklə Sarkisyanın "jurnalistlərə nəticəyə özünüz qiymət verin" açıqlaması Peşinyanı dialoqa açıq olmadığını nümayiş etdirdi.

Qeyd edim ki, üç dəqiqəlik geçən görüş qarşılıqlı iddihamlarla və Sarkisyanın hədə tonu göstərdi ki, öz hakimiyyətini güzəştə getməyəcək, lazım olarsa 2008-ci il 1 mart hadisələri kimi etirazçılara silahda işlədəcək xatırlaması ciddi proseslərdən xəbər verir.

Sarkisyan "Yelk" blokunun lideri Peşinyanla görüşə getməklə qarşısında iki məqsəd qoymuşdu. Birinci, özünü xalqa dialoqun tərəfdarı və danışıqlara açıq olduğunu göstərmək. İkinci, Peşinyanı danışıqlara getməyən biri kimi təqdim etməklə, etiraz aksiyalarını dövlətin təhlükəsizliyinə zidd olduğu üçü dağıtmaq və məsuliyyəti Peşinyanın boynuna qoymaq. 
Sarkisyanın üç dəqiqəlik nota görüşündən sonra polis etirazçılara zor tətbiq etdi, millət vəkili Nikoyl Peşinyan həbs edildi. 

Qeyd edim ki, etiraz aksiyaları bir neçə gün davam edəcək. Amma bunun Sarkisyanın hakimiyyətinə son verə biləcəyi görsənmir. Çünki aksiyalara xaricdən dəstək yoxdur və Qərb ölkələri hakimiyyətə qarşı sərt tonda mesajlar vermir. 

Sarkisyan bir neçə gündən sonra çalışacaq ki ,"qanuni hakmiyyəti" qorumaq, ölkədə sabitliyi qaydasına salmaq və vətəndaşların təhlükəsizliyini qorumaq üçün etirazların dağıdılmasına güc yolu ilə qərar versin. Bundan sonra proseslərin hansı istiqamətdə cərəyan edəcəyini gözləmək olur.

Moskva şəksiz Sarkisyanın devrilməsinə imkan verməyəcək. Amma proseslər nəzarətdən çıxarsa Kreml baş nazirin birinci muavini Karen Karapetyanı baş nazir postuna gətirə bilər. Moskva gözləmək mövqeyindədir. Sarkisyana alternativi rezervdə saxlayır. 

Karen Karapetyan baş nazirliyə iddialıdır və erməni ictimaiyyəti tərəfindən qəbul ediləndi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar