Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni yazardan Qarabağ etirafı: ``DQR uğursuz eksperimetdir``


Ermənistanın müxalif Lragir.am saytının yazarı İqor Muradyan həm Ermənistandakı, həm də işğal olunan Dağlıq Qarabağdakı siyasi situasiya ilə bağlı maraqlı yazı dərc edib


Yazarın məqaləsində Dağlıq Qarabağ dəfələrlə “əyalət” adlandırlır ki, bunu da nə qədər qəribə səslənsə də “irəliyə addım” kimi təqdim etmək olar.

Çünki nə rəsmi xəbərlədə, nə də ayrı-ayrı siyasi qrupların, analitiklərin yazılarında Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi təsvir olunmur... 

Regionu işğal edən Ermənistan silahlı qüvvələrinin hərbi hissələri isə “Dağlıq Qarabağ ordusu” kimi təqdim edilir.

Bütün bunlarla yanaşı həmin yazıda  həm Ernənistanın, həm də Dağlıq Qarabağda özünü hakimiyyət hesab edən işğalçı rejimlə bağlı maraqlı detallar mövcuddur.

Bir məsələni də xatırladaq ki, Emrənistanda kriminal oliqarxiya olaraq təsvir olunan rejimin əsas dayağı və gücü də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan ermənilərin əlindədir..

“DQR uğursuz ekperimentdir”  - yazı belə adlanır

Musavat.com həmin yazıdan bəzi hissələri təqdim edir...

“1992-ci ilin qışında respublika adlanan bu qurum yaradılan zaman aydın oldu ki, daha çox yerli məmurlar bu məsələyə həvəslidirlər... çünki bu onlardan ötrü nəzarətsiz korrupsiya üçün əla şərait yaradırıdı...

Hazırda Xankəndi bürokratiyasını erməni reallığında ən korrupsiyalaşmış və  təşkilati idarəetmə baxımından olduqca səriştəsisz bir təbəqə saymaq olar...

Lakin o illərdə Qarabağda erməni respublikasının yaradılmasına qarşı çıxmaq xəta sayılardı..

Çünki həmin vaxt bu ideya ermənilərdə millətçilik ab-havasının gəlməsinə, könüllü dəstələrin artmasına yol açmışdı. Bundan başqa, regionun işıqlı gələcəyinə ümid də böyük idi...



Daha sonra Dağlıq Qarabağ tamamilə İrəvanın tabeçiliyi altına keçdi....

Elə bu səbəbdən, Dağlıq Qarabağda (işğal ounan Azərbaycan ərazilərində-red.) bir dəfə də olsun legitim yolla parlament və prezident seçkiləri keçirilməyib.

Regionda keçrilən bütün seçikilər İrəvan modelinin əksindən  başqa bir şey deyil. Bütün seçkilərdə total saxtakarlıq hökm sürüb.

“DQR” -in inzibati rəhbərliyi dünya siyasəti haqqında hansısa təhsilə və təffəkkürə malik olmayan adamlardan qurulub.

Əgər "DQR"-də xarici siyasətlə bağlı hansısa qərar qəbul edilirsə, bu olduca primitiv səviyyədə həyata keçrilir.

“DQR” rəhbərliyi dəfələrlə bəyan edib ki, onların əsas  hədəfi siyasi suverenliyin əldə edilməsidir. Lakin bunun üçün onlar heç bir real addım atmayıblar. Minsk qrupu mövcud olduğu yerdə hansı suverenlikdən danışmaq olar.

DQR-in inzibati rəhbərliyi hazırda daha çox 9-cu studiyanı xatırladır (“9-cu studiya” SSRİ dövründə xarici siyasi proseslərin sovet ideologiyası çərçivəsində şərh olunduğu tv proqram olub-red.). Yəni rusların boyunduruğu altındadır. Belə bir miskin vəziyyətdə “DQR” müstəqilliyinin xarici aləmdə tanınması üçün heç bir şansı olabilməz.

Qarabağ əyalətinin hazırkı vəziyyəti  ona həm Ermənistan əhalisi, həm də dünyada fəaliyyət göstərən erməni diasporası tərəfindən neqativ münasibətin yaranmasına səbəb olub.

İrəvanda olan bir çox dostum mənə Dağlıq Qarabağın uğursuz bir eksperiment olduğunu və artıq onu Ermənistana birləşdirilməsinin vaxtının gəlib çatdığını söylyirlər. Lakin belə olan halda onda Ermənistanın özünü də uğursuz bir eksperiment saymaq olar...
Vaxtilə biz hamımız Qarabağ əyalətində ən azı 300 min erməninin yaşayacağını xəyal edərdik. Lakin indi düşdüyümüz hala baxın...”

İqor Muradyanı tamamlayırmış kimi, Ermənistanın mövcud vəziyyəti barədə ABŞ-da dərc oluunan “Kaliformniya kuryer” qəzetinin yazarı Arut Sasunyanın da məqaləsi maraq doğurur: “Ermənistandakı faciəli konfrontasiyanın əsl kökləri dərinlərə gedib çıxır. Əhalinin geniş təbəqələrində son 25 il ərzində toplanmış qəzəb və məyusluq hökm sürür. 1 milyondan çox adam adi zəruri həyat ehtiyaclarını ödəmək üçün ölkəni tərk edib.

Yerdə qalanlar isə bir korrupsiya, saxtalaşdırılmış seçkilər, ədalətsiz məhkəmə sistemi, xalqın taleyinə biganə qalan  və iqtisadiyyatda monopoliya yaradan  məmurların ucbatından məhrumiyyətlər içərisindədirlər”...

Ermənistanın 1in.am saytının yazarı Musa Mikaelyan da yazdıqları sanki yuxarıdakılara qoşulub: “Ermənistan necə dəyişə bilər axı.. bütün dəyişikliklər iqtisadi siyasət nəticəsində formalaşan resursların sayəsində baş verir. Ermənistanın indiki iqtisadiyyatı isə kriminal-oliqarxik sistemin iqtisadi resurslarının təmin olunmasına yönəlib. Bunun üçün milyon dollarlıq kreditlər götürülür. Həmin kreditlərin həcmi isə Ermənistan ÜDM-nin 50%-dən çoxunu təşkil edir. 

Hər eyin əsası iqtisadiyyat, iqtisadi siyasət və onun istiqamətləridir. Lakin təəccüblüsü də də budur ki, Ermənistanın əhalisinin 30 faizinin kasıblığı, avaraçılığın hökm sürdyü, hökumət xəzinəni yumşaq dillə desək qeyri-optimal tərzdə yoxa çıxardığı, korrupsiya ilə mübarizə ilə bağlı boşboğzalıq etdiyi bir vaxtda bu vəziyyətin dəyişməsi üçün heç bir tələb irəli sürülmür... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar