Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni politoloqları sərhəddəki insidenti Ermənistanın zəif mövqeyinə bağlayırlar

Bu ilin dekabrın 29-da Azərbaycan və Ermənistan sərhəddə toqquşma olduğu barədə məlumat veriblər


Hər iki tərəf  bir-birini diversiya aktı həyata keçirməkdə ittiham edib. 

Bundan sonra KTMT-nin baş katibi Nikolay Bordyuja təşkilatın baş verən hadisədən olduqca narahat olduğu barədə bəyanat verib. Bordyujanın bəyanatında “Dağlıq Qarabağ Respublikası” ifadəsinin çəkilməsi xüsusilə diqqəti cəlb edib.

Erməni rəsmiləri bunu az qala bayram kimi qeyd edirlər.

“Nikolay Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətməklə Azərbaycana siqnal vermiş oldu”,- Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlər üçün keçirdiyi brifinqdə belə deyib.

Картинки по запросу eduard sharmazanov


Lakin qonşu ölkənin müstəqil ekspertləri Şarmazanov qədər nikbin düşünmürlər.

Musavat.com RusiyaErmənistan mətbuatına istinadən onların fikirlərini təqdim edir.

Ermənistanın Qafqaz İnstitutunin direktoru, politoloq Sergey Minasyanın fikrincə, Azərbaycan tərəfi son hadisə ilə KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki sülhün pozulmasına olan reaksiyasını öyrənmək istəyib.

“Lakin Azərbaycanın bundan dərs çıxardığını söyləmək çətindir. KTMT-dən bir şey gözləməsə də hər halda Boryujanın “DQR” sözünü işlətməsi onlar üçün gözlənilməz olub”,- Minasyan qeyd edib.

Politoloqun fikrincə, KTMT baş katibinin bu bəyanatı alyans daxilində növbəti böhrana yol açmamaq üçün verilib. Onun düşüncəsinə görə, təşkilat bununla aprel döyüşləri zamanındakı susqunluğunun təzminatını ödəyib.

Azərbaycan-Ermənistan sərhədindəki bir sonrakı eskalasiya KTMT daxilində daha böyük böhrana gətirib çıxaracaq. Ermənistan KTMT-yə kömək üçün müraciət etməsi halında imtina cavabı alsa bu alyansın sonu demək  olacaq. Bu həmçinin RusiyaErmənistan arasında ciddi problemlərin yaranmasına səbəb olacaqdır”, deyə poltoloq bildirib.

Картинки по запросу sergey minasyan


Minasyanın fikrincə, alyans daxilindəki əsas problem onun üzvləri arasındakı fikir ayrılıqlarıdır. Məhz bu səbəbdən Seyran Ohanyanın 2015-ci ildə KTMT-nin baş katibi təyin olunması alınmayıb.

Ermənistanın “Qlobalizasiya və regional əməkdaşlıq mərkəzi”nin direktoru Stepan Qriqoryanın fikrincə, Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər aprel müharibəsinin davamıdır:

Azərbaycan indi ilkin şərtlər və tələblər siyasətinə keçib. Bu isə diversiya və atəşin durmayacağı deməkdir. Azərbaycan “taqətdən salma” taktikası ilə hibrid müharibəsini həyata keçirir. Bu zaman qədər atəşkəs yalnız Qarabağda pozulurdu. Azərbaycan yeni taktikası ilə Ermənistanın öz qoşunlarını başqa istiqamətə çəkmək istəyir ki, yenidən Qarabağ cəbhəsində situasiyanı dəyişdirsin”.

Картинки по запросу stepan qriqoryan

Qriqoryan sərhəddəki insidenti Ermənistanın KTMT-dəki ciddi mövqeyinin olmaması ilə əlaqələndirib:

 “Hələ bu ilin dekabrın 11-də prezident Serj Sərkisyan ordu, əhali və vətəndaşların çətin dövrlərə hazırlaşmalı olduğunu demişdi. Azərbaycan hesab edir ki, onu dayandırmaq mümkün olmadığı üçün güc yolu ən doğrusudur. O, bilir ki, KTMT Ermənistanın müdafiəsində duran deyil və buna görə sərhəddə zərbə endirib”.

Politoloqun fikrincə, KTMT-nin üzvü olmasına baxmayaraq Ermənistanın təşkilatdakı nüfuzu Azərbaycandan azdır: 

Azərbaycan KTMT-yə Qarabağda döyüş keçmişinə malik erməni generalının rəhbərlik etməsini istəmir. Buna görə Azərbaycan öz əlaqələrindən, xüsusilə Belarusdan istifadə edərək bu məsələni əngəlləyə bilir”.

Qriqoryan Bordyujanın bəyanatından da narazılıq ifadə edib. Onu fikrincə 
Bordyujanın tonu daha sərt olmalı və məhz Azərbyacanın günahkar olduğu açıq şəkildə ifadə edilməli idi. İkincisi bu bəyanat baş katib səviyyəsində deyil, üzv dövlətrin başçıları səviyyəsində səsləndirilməsi idi”, - Qriqoryan qeyd edib.

Ermənistanın “Siyasi və beynəlxalq araşdırmalar mərkəzi”nin eksperti Ruben Mehrabyan məsələnin həm hərbi, həm də siyasi aspektlərinin olduğunu bildirib.

 “Hərbi aspektdə Azərbaycan son hücumla erməni tərəfinə zərər vurmaq, onun döyüş qabiliyyətini yoxlamaq və öz qoşunlarına məşq keçmək istəyib”. Politoloqun fikrincə, Azərbaycan bütün bu vəzifələrin öhdəsindən gəlib.

Картинки по запросу ruben mehrabyan

Siyasi aspekt isə KTMT-nin hərbi-siyasi blok olaraq fəaliyyət qabiliyyətindən  məhrum olması ilə bağlıdır.

Azərbaycan sübut etmək istəyir ki, Ermənistanın müttəfiqi kim olursa olsun onlarla elə münasibət qura bilər ki, hətta Azərbaycanın bu blok və ittifaqlarda təmsil olunmaması halında belə ona heç bir zərər gəlmir və o, öz lazım bildiyi hərəkətləri etməkdə davam edəcək”, - Mehrabyan qeyd edib.

Mehrabyan Bordyuja tərəfindən “DQR” ifadəsini işlətməsini sadəcə “könül almaq” taktikası adlandırıb: “Bəziləri isə bunu az qala əsrin hadisəsi imi qələmə verirlər. Lakin baş katib Rusiyanın mövqeyini ifadə etməyib. Bunun üçün prezident və xarici işlər naziri var. Lakin onlar heç vaxt bu termini işlətməzlər. Rusiya hazırkı gündə bizim strateji müttəfiqimiz deyil, təhlükəsizliyimizin ən böyük təhdididir, Mehrabyan mövqeyini ifadə edib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar