Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərköyün məmur balaları


Anar Yusifoğlu yazır


Zamanımız üçün bir çox ifadələr neologizm anlamındadı.İqtisadi, siyasi, hüquqi, bədii, ədəbi terminologiya müstəqilliyə töhfə olaraq leksikonumuzu zənginləşdirməkdədi. Ancaq diqqət çəkən bəzi məqamlar da var ki, nə leksikonumuzun yaraşığıdı, nə həyatımızın, nə də dövlətimizin. Səbəbkar hakimiyyət deyil, heç məmurlar da deyil - onların övladlarıdır - “ərköyün məmur balaları”!

Prezident İlham Əliyevin dəfələrlə bəyanatları səslənib. Sitatı öz şəxsi həyatından gətirib. Hamımız şahidik və bilirik ki, cənab prezident nə dəbdəbəli ad günü keçirib, nə də hələ prezident olmayanların övladları kimi, nəinki bütün qaydaları tapdamayıb, hətta işıqforun qırmızı işığını belə keçməyib.

Gəlin baxaq, cənab prezident müşavirədə dilə gətirir: “Özbaşınalıq edən məmurların balaları da cəzalandırılacaq, özləri də”.

Əlahiddə götürəndə qərib yerdə və ölkə içində iki özündən deyən gənc, idmançı cüssəli - istər əcnəbi olsun, istər özümüzünkü, - bir yana, adicə dılğır bir kənd uşağının qabağında “mıqq” edəcək qədər cəsarəti olmayan bu “milli qəhrəmanlar”ın ərköyünlüyü dövlət idarəetmə sistemində kadr seçiminə kölgə salır, sözü qurtaran, əslində deməyə sözü olmayan “toyxana sazəndələri” üçün söz konusu yapırlar.

Bir az daha dərinə varanda, arada pırtlayıb asfaltda, barda, restoranda “qan-qan” deyən bu qan çanaqları ümumilikdə götürəndə hərki-hərkiliyin simvolu olmasalar da, ürək bulandırırlar.

İnsanları yerindən ərköyünlük elementləri dəbərdir, nə qədər ağır oturub batman gəlsələr də.

İnsanları səbrə dövlətin və iqtidarın ədalətli iş prinsipləri və sivil hüquq meyarları dəvət edir.

Bu ölkədə hələ heç kəs cəzadan kənar qalmayıb.

Bu ölkədə nazir yox e, nazirlər, baş nazir, Milli Qəhrəman, orden-medallı döyüşçülər həddi aşanda həbsxana filtrasiyasından keçib, o ki qala belələri...

Bunu anlamaq kimlərinsə balaları üçün bir o qədər çətin olmamalıdı.

Bu ölkənin dəyərlərinə hörmət nümayişi məhz həmin ərköyün uşaqların məmur atalarından gəlməlidi.

Mən başqaları kimi o iddiada deyiləm ki, öz evində yiyəlik edə bilməyənlər hansısa postda oturublar.

Təəssüflər olsun ki, belə görünən “üzqara”ları, üzü qaralar da var!

Neyləməli? Narahat olmalımı?

Yox! Xeyr! Əsla!

Qoy məmur balaları ərköyünlük etsinlər ki, hansı məmurun artıq evində yiyəlik edə bilmədiyi üzə çıxsın, təsdiqlənsin və ölkədə hansısa sahəyə yiyəlik etməkdən uzaqlaşdırılsınlar!

Bu ölkə ərköyünlər ölkəsi deyil!

Bu ölkə SSRİ xarabalıqları üzərindən, düşmən caynağından qurtulmuş, götürülmüş meyidə ruh hodurubmuş kimi dirildilmiş, müstəqillik canı verilmiş, tarixə və Tanrıya üz tutmuş, “dünyaya Günəş kimi parlayan” (Heydər Əliyev) işıqlı bir ölkədir.

Kimsələrin qara niyyətləri, qara əməlləri bu işığa pərdə çəkə (pərdəli maşınlarda gəzməklə deyil ki...) bilməz!

Bu ölkənin görən gözü, eşidən qulağı və hər şeyi haqqıyla bilən dövlət idarəçilik sistemi var.

Meydan onun sahibinindir.

Hər yerindən duran ərköyünlüyə yoluxsa, ölkə ölkə olmazdı ki!

Sadəcə və sadəcə, bir az daha səbr edək...(aktual.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar