Xəbər xətti

23 YANVAR

0:47 Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir

0:34 Kliniki ölümün sirri açılır: Yeni təcrübə…

0:21 Eyzenşteynin evliliyinin sirri: O, nəyi gizlədirdi?

0:11 Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 YANVAR

23:59 Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

23:54 Yaxın keçmişini bilməyən gənclər - kimi qınayaq...

23:48 Sumqayıt sakini özünü 16-cı mərtəbədən atmaq istədi

23:43 “Ola bilər ki, heç gəlməyim, deyib sağollaşdı” – “Aprel şəhidi”nin xanımı

23:37 İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

23:30 Azərbaycanda hostel biznesinə maraq artıb

23:24 Bəkir Bozdağ: “Bu kimi xəbərlər qara təbliğatdır”

23:16 Azərbaycan Avropa Şurasını qınadı - Ermənistana görə

23:09 ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaradacağına ümid edir

23:01 Trampın Davosa səfəri sual altındadır

22:54 Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

22:46 Damla tənqid olunan fotosu haqqında: “Reklam hanı?”

22:39 Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

22:31 Bakıda toy yasa döndü

22:23 “Hər 2 gündə dünyada bir yeni milyarder yaranır” - “Oxfam”

22:15 Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22:07 ABŞ-ın “terror torbası”: Türkiyə “Zeytun budağı” ilə onu yırtmağa çalışır

21:59 Prezident Vahid Ələkbərovla görüşüb - Foto

21:53 Yaponiya güclü qar fırtınasına təslim oldu - 250 reys təxirə salındı

21:47 Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur

21:40 Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq

21:33 Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb

21:26 Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

21:19 İlham Əliyev Davosda mühüm görüşlər keçirdi - Yenilənib

21:12 Yaqland Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib

21:10 Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə işgəncələr və...

21:02 Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

20:55 İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

20:48 “Neftçi” böyük hesabla məğlub oldu

20:40 Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı

20:32 Vəkilliyə namizədlər üçün imtahana “buraxılış vərəqələri”nin çapına başlanıldı

20:24 Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər

20:16 İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

20:09 Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

20:00 Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

19:53 Ermənistanın Müdafiə Nazirliyi çöküb

19:46 2017-ci ildə 2878 şəxs həbs olunub

19:39 “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq” - ABŞ dövlət katibi

19:31 AŞ baş katibi Azərbaycanda haqqında müsbət rəy verdi

19:23 Azərbaycandan çıxışına blok qoyulan şəxslərin sayı açıqlandı

19:15 Çavuşoğlu Tillersonla görüşəcək - Afrinlə bağlı kritik görüşmə

19:07 Əməliyyat Qərargahı alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yaydı

18:59 Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:52 Elzanın bacısı: “Vaxt gələcək onu dahi şair kimi qəbul edəcəklər”

18:46 Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

18:44 “Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi

18:36 Gəncədə 80 yaşlı kişi intihar edib

18:29 Ötən il 30 min adam saxlanılıb - 3 mini dilənçidir

18:20 Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

18:12 Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi

18:05 Azərbaycana qanunsuz miqrasiya təşkil edən 15 nəfər saxlanılıb

17:38 Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

17:22 Bakıda itkin düşən qız tapılıb

17:10 Ərdoğan: “Afrindəki kürdlər bizə təşəkkür edəcəklər”

16:51 Tanınmış alim vəfat etdi

16:42 Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

16:22 Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

16:11 Qaxda canavarlar fermaya hücum edib, 37 qoyunu parçalayıb

15:57 Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:09 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?

13:00 “19 dəfə terrorra cəhd”: Bəhreynli nazir İranı ittiham etdi

12:50 İki nazir müavini ixtisara düşüb

12:38 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

12:11 Bu şəxslərə dərman satmaq qadağan edilir

12:08 Uilyams: “FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər”

11:48 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:33 “Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

11:21 Deputat Ağalar Vəliyevin biznes imperiyası

11:20 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:11 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa etdi - 80 milyon dollar, 5 milyard Rusiya rublu

11:07 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər

10:59 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:44 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:33 Dərslər nə vaxt başlayır? - RƏSMİ

10:32 Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır

10:26 Cim Mattis: “Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib”

10:15 Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

10:03 Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

9:59 Sarkisyan Parisdə danışıqlara başlayır

9:54 Manatın məzənnəsi

9:50 ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar

9:46 Ərdoğan “Zeytun budağ”ndan danışdı

9:42 Neft bahalaşdı

9:39 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

9:35 Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası

9:29 Bu gün Davos İqtisadi forumu başlayır

9:25 Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

9:21 Ticarət mərkəzinin önündə bomba partladı

9:17 Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”

9:14 Ölkədə “çürük bank”ların sayı artır

9:10 Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

9:07 Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

9:03 Bu gün AŞPA-nın qış sessiyası başlayır

9:00 Bu gün bürcünüz nələr vəd edir?

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub



MÜSAHİBƏ

...

Elxan Şahinoğlu: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”

Tarix 11.12.17, 10:05

Font ölçüsü : - / +
bitmap-img6


Zahid Oruc: “Onun açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır”


Rusiyanın erməni mənşəli xarici işlər naziri Sergey Lavrov ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bəyan etdi ki, münaqişənin həlli üçün üç prinsipə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə tərəflər razıdırlar.

Lavrovun bu açıqlaması ortaya suallar çıxarıb. Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaranmasına imkan verilməyəcək, erməni xalqı artıq bir dəfə öz müqəddəratını kənar güclərin köməyi ilə təyin edib Ermənistan dövləti yaradıb.

Belə net mövqe ortada olduğu halda Sergey Lavrov bu açıqlamanı hansı məqsəd üçün, nədən verə bilər? Lavrov bu açıqlama ilə nə etmək istəyir? Azərbaycan məgər öz müqəddəratını təyinetmə prinsipini qəbul edir?

Bir sıra siyasi ekspertlər hesab edir ki, Sergey Lavrov Avropa İttifaqının 24 noyabrda Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan yekun bəyannamədə bir xüsusi müddəadan bir erməni olaraq narazı və narahat olub. Belə ki, sözügedən bəyannamədə münaqişələrin ərazi bütövlüyü, ölkələrin suverenliyi prinsipləri əsasında həll edilməsi bir daha təsbit olunur, haqqında söhbət gedən münaqişələr kimi isə Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiya, Dnestryanı bölgə göstərilir. Sergey Lavrov bu sənədin ermənilərin xeyrinə olmadığını bilir və görünür, buna görə də üç prinsip məsələsini dilə gətirib.



Deputat Zahid Oruc isə bildirdi ki, bu prinsiplər uzun illərdi sülh danışıqlarında yer alır: “Gerçəkdən də Azərbaycan tərəfinin buna münasibəti tamamilə mənfi olsaydı, ən azı, bəyanatlarda, yaxud həmsədrlərin görüşlərinin yekunlarına dair hər hansı açıqlamalarda qeyd edilən müddəa ümumiyyətlə yer almazdı. Hər kəsə bəllidir ki, əgər siyasi vasitələrlə tənzimlənmədən danışılırsa, burada ilk növbədə prinsiplər razılaşdırılır. Yalnız ondan sonra irəliyə atıla biləcək o mühüm addımlarla bağlı detallı razılaşmalardan söhbət gedə bilər. Yəni tutaq ki, hansısa konkret yaşayış məntəqəsinin azad olunması, oraya əhalinin köçürülməsi, təhlükəsizlik tədbirləri, birgə yaşayış fəaliyyəti, sonra oradakı idarəçilik prinsipləri, qarşılıqlı münasibətlər, beynəlxalq qarantiyalar ayrıca sənəddə təsbit oluna bilər. Hər halda, dünyada indiyə qədər mövcud olan münaqişələrin çözülməsi ilə bağlı gedilən yol bundan ibarət olub. Ancaq öz müqəddəratını təyinetmə ilə bağlı məsələyə yanaşmanın özündə çox böyük fərqlər və ziddiyyətlər mövcuddur. Biz bu barədə danışanda hətta Madrid prinsiplərinin ortaya qoyulduğu zamandan bu yana ermənilər bəyan edə bilərlər ki, Azərbaycan həmin məsələyə müsbət reaksiyasını göstərib. Bir sıra hallarda deyilən üç istiqamətlərdən kənara da çıxıb bəyan edə bilərlər ki, ATƏT-in Helsinki yekun aktının müddəalarını Azərbaycan qəbul elədiyini söyləyib. Məsələdə dediyim ziddiyyət buradadır. İş ondadır ki, həqiqətən beynəlxalq hüququn özünün vəziyyəti son dərəcə bərbaddır. Çünki 1975-ci ildə ATƏT formalaşdırılanda - hansı ki, artıq 2-ci Dünya müharibəsindən sonrakı dövrdə BMT ərsəyə gəldi və görəndə ki, artıq müxtəlif qitələr üzrə təhlükəsizlik proseslərinə müdaxilə imkanları çətinləşir, o zaman sovetlər birliyinin təkidi ilə məhz ATƏT formalaşdırıldı. Həmin dövrdə müqəddəratını təyinetmə hüququ yalnız konkret etnik toplumlara mənsub olduqları dövlətlərin sərhədləri daxilində verilirdi. Bu, heç bir halda həmin ölkənin suveren hüquqlarını aradan qaldırma, sərhədlərini pozmağı nəzərdə tutmurdu. Bu gün də beynəlxalq hüquqda əslində bu cürdür. Azərbaycan beynəlxalq hüquqda nəzərdə tutulan məhz bu məqamı önə çəkir. Ermənilər isə öz müqəddəratını təyinetmə prinsipini ayrıca müstəqil dövlət yaratmaq hüququ kimi elan edir və bununla da beynəlxalq hüququ açıq-aşkar pozurlar. İndi Sergey Lavrovun haqqında söhbət gedən açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır. ”Lavrovun anlamında öz müqəddəratını təyinetmə Dağlıq Qarabağa müstəqil dövlət yanaşmasıdırmı, yoxsa yox" sualı çox mürəkkəb sualdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, öz müqəddəratını təyinetmə hüququ verilsə də bu, heç bir halda Azərbaycan sərhədlərinin pozulması, o ərazidə suveren hüquqlarımızın tapdalanması anlamına gəlmir və gəlməməlidir".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Sergey Lavrov xarici işlər naziri olduğu müddətcə Moskvanın Qarabağ istiqamətindəki təşəbbüslərinin münaqişənin ədalətli həllinə təkan verəcəyi gözlənilmir: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir, Qarabağla bağlı sadəcə il ərzindəki açıqlamalarını analiz etdikdə birinin də bizim xeyrimizə olmadığı qənaətinə gələrik. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddəratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu, Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, ”Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək". Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır. Lavrov heç zaman ermənilərin istəyini arxa plana keçirərək, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayacaq. Bu siyasət bölgədə gərginliyi artıracaq. Bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-ci ilin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəliləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıb. Bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər. O ki qaldı, Lavrova, o gələn il də azərbaycanlı və erməni həmkarını mütəmadi olaraq Moskvaya səfərə dəvət edəcək, özü də bölgəyə səfərlər edəcək, ancaq hamısı boş vaxt itkisi olacaq". (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

“Lapşinin irəli sürdüyü iddialar cəfəngiyyatdır” - Deputat

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru