Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elitar Gimnaziyada “Aprel zəfəri” adlı tədbir keçirilib - Fotolar


Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada
“Aprel zəfəri” adlı tədbir keçirilib


Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətənpərvərlik və hərb tariximizin yeniyetmələr arasında təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilir. 

     Vətənpərlik tədbirlərinin davamı olaraq, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada  Aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilmişdir.
 Tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Tədbiri giriş sözü ilə açan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışmışdır.          

 Daha sonra Qafqaz Müsəlmanları idarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. O, torpaq uğrunda həyatını qurban verən əsgərlərimizin ən ali məqama  şəhidlik zirvəsinə ucaldıqlarını bildirdi.        

Elitar Gimnaziyanın valideyni olmuş Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova  və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov çıxış edərək 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq AzərbaycanErmənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən danışaraq qeyd etdilər ki, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından və bu döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimiz üçün   doğma Vətən torpaqlarının hər bir qarışının nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.
Tədbirdə Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə  və diğər qonaqlar çıxış edərək ,  bildirdilər ki, Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.

Daha sonra qonaqlar Elitar Ginnaziyanın şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyə  və Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər evinin mahnı və rəqs ansamblının solistlərinin ifasında kompozisiyaya  tamaşa etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar