Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya tarixinin ilk qadın rəhbərləri - Fotolar

Trampın Reks Tillersonu ABŞ dövlət katibi postundan uzaqlaşdırması barədə sərəncamından sonra Mərkəzi Kəşfiyyat İdarəsində iki rəhbər şəxsə yeni yol açıldı


İdarənin rəhbəri Mayk Pompeo dövlət katibi postuna gətirildi. Pompeonun yerinə isə onun birinci müavini Cina Haspel təyin olundu. Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək.

Xarici mətbuata istinadən dünyada ilk dəfə hansı hansı qadınların yüksək dövlət postlarını tutduğunu öyrənməyə çalışdıq.

İlk qadın baş nazir – Sirimavo Bandaranaike (Şri-Lanka)

 

Sirimavo Bandaranaike təkcə Asiyada yox, bütün dünyada ilk qadın baş nazirdir.

1960-cı ildə Şri-Lankanın baş naziri təyin edilən  Bandaranaike ona qədər yerli Azadlıq partiyasının sədri olub. Sonradan daha iki dəfə bu postu tutan Bandaranaikenin son səlahiyyət müddəti 1994-2000-ci illəri əhatə edib. Həmin illərdə Şri-Lankanın prezidenti onun qızı idi. 

Bandaranaikenin rəhbərliyi ilə ada müstəmləkə asılılığından və müharibədən xilas olub.

Xanım baş nazir postunu 84 yaşında, pisləşən səhhəti ilə əlaqədər tərk edib. 2000-ci ildə də dünyasını dəyişib.

İlk qadın prezident – İsabel Peron (Argentina)

 



İsabel Peron 1973–1974-cü illərdə vitse-prezident postunu tutub. Həmin illərdə Argentinanın prezidenti Xuan Peron idi.

Ərinin ölümündən sonra İsabel onun yerinə keçib və dünya tarixində ilk qadın prezident olub. Lakin onun hakimiyəti uzun çəkməyib və 1976-cı ildə xanım Peron hərbi çevriliş nəticəsində devrilib.

Bir neçə il həbsdə qalan İsabel Peron 1981-ci ildə ölkəsini tərk edib. Hazırda isə İspaniyada yaşayır.

 
Avropa Parlamentinin ilk qadın rəhbəri – Simona Veyl (Fransa)

 



Simona Veyl Avropa Parlamentinin rəhbərliyinə 1979-cu ildə gəlib və 1981-ci ilədək bu vəzifədə qalıb.

Ona qədər Veyl Fransanın səhiyyə naziri postunu tuturdu. Veyl nazir işləyərkən həm də abortların leqallaşdırılmasına dair qanunun qəbuluna nail olub.

O, 2017-ci ilin iyununda dünyasını dəyişib.

 
Hərbi kəşfiyyatın ilk qadın rəhbəri – Stella Riminqton (Böyük Britaniya)

 



Stella Riminqton 1992-ci ildə MI5-ə (Britaniya kəşfiyyatı) rəhbər təyin olunub. Və dörd il bu postu tutub.

O, həm də MI5-in mətbuat qarşısına çıxan ilk rəhbəri olub. 

İstefaya gedəndən sonra memuarlar yazan xanım Riminqton daha sonra bədii ədəbiyyata maraq salıb. Onun bir çox casus  romanları bestteller olub. 

 
ABŞ Dövlət Departamentinin ilk qadın rəhbəri –  Madlen Olbrayt





Madlen Olbrayt – ABŞ Dövlət Departamentinin ilk qadın rəhbəri bu posta 1997-ci ildə gəlib.

Ona qədər isə xanım Olbrayt ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub. 

Fəaliyyəti ilə NATO-nun şərqdə inkişafına böyük təkan vermiş və  90-cı illərin sonlarında Yuqoslaviya olaylarında böyük rolu olmuşdu.

Olbrayt postunu 2001-ci ildə tərk edib.

 

Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəri – Kristin Laqard (Fransa)


Kristin Laqard Beynəlxalq Valyuta Fonduna 2011-ci ildə – Dominik Stross-Kanın bu vəzifədən gedişindən sonra rəhbər təyin olunub.

Həmin vaxt Dominik Stross-Kan otel təmizlikçisinə qarşı təcavüzdə ittiham olunmuş, lakin sonradan işə xitam verilmişdi. 

Beynəlxalq Valyuta Fonduna rəhbər gələnədək Laqard Fransada iqtisadiyyat və maliyyə naziri postunu tuturdu. 

Xanım Laqard hələ də BVF-yə sədrlik edir və 2016-cı ildə növbəti müddətə seçilib.

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) ilk qadın rəhbəri – Canet Yellen

 



Canet Yellen FED rəhbərliyinə 2014-cü ildə gəlib. Ona qədər də Federal Ehtiyatlar Sistemində çalışıb. 

Yellenin namizədliyini ABŞ-ın keçmiş prezidenti Barak Obama irəli sürmüşdü.

Yellen bu ilin fevralında FED rəhbərliyindən gedib. 

İlk qadın mer – Susanna Medora Salter (ABŞ)

 



Susanna Medora Salter 1987-ci ildə – 27 yaşında ABŞ-ın Kanzas ştatının Arqoniya şəhərinin meri seçilib.

Eyni zamanda Birləşmiş Ştatlarda ilk dəfə idi ki, hansısa siyasi vəzifəyə qadın seçilirdi. 

Salterin seçilməsindən cəmi bir neçə həftə əvvəl Kanzasdakı qadınlar səsvermə hüququ qazanmışdılar. 

Susannanın seçilməsi tam təsadüf olmuşdu. Kişi seçicilərdən bir neçəsi zarafat üçün onun namizədliyini irəli sürmüşdülər. Lakin gənc qadın səslərin üçdə ikisini toplayaraq qalib olmuşdu. Deyilənlərə görə, gənc Salter şəhəri kifayət qədər uğurla irdarə edib. Onun atası vaxtilə həmin şəhərin ilk meri olmuşdu. 

Salter mer vəzifəsində cəmi bir müddətə qalır və təkrar seçilmək istəmir. Siyasi fəaliyyətinə son verən Susanna evdar qadın olur və 101 yaşında dünyasını dəyişir. 

Mərkəzi Kəşfiyyat İdarəsinin ilk qadın rəhbəri – Cina Haspel

 



Cina Haspel ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin tarixində ilk qadın rəhbərdir.

O, bu qurumda 1985-ci ildən çalışır.

Bu ilin fevralında Tramp onu idarənin direkor müavini təyin etmişdi.

Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar