Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd sabiq nazirə “yaşıl işıq” yandırılmadı


Onların deputatlığa namizəd olmasına niyə “yaşıl işıq” yandırılmadı?


Bu ilin payızında keçiriləcək parlament seçkilərində bəzi sabiq deputatların və keçmiş məmurların da iştirakı gözlənilirdi. 

Onların bəziləri bu istəklərini açıq şəkildə biruzə verməsələr də, bir çoxları hakimiyyətdən yeni post, o cümlədən deputatlıq mandatı gözlədiklərini ya birbaşa, ya da dolayı yolla etiraf edirdilər. 

İmzatoplama kampaniyası ərəfəsində bir sıra sabiq məmurlar və eks-deputatlar mətbuata verdikləri açıqlamalarda sabiqlərdən özlərinin deputatlıq arzusunu birmənalı şəkildə inkar etmir, daha çox, mücərrəd, ümumi sözlərlə kifayətlənirdilər. Bu isə onların deputatlıq istəklərinin ifadəsi kimi qiymətləndirilə bilərdi.

Bu sırada vaxtilə hökumətdə nazir postu tutmuş, sonradan ya tamamilə işsiz qalmış, ya da əvvəlki karyerasından uzaq düşmüş şəxslərin millət vəkilliyinə iddialı olub-olmayacaqları, onların Milli Məclisdə təmsil olunmaq istəklərinə “yaşıl işıq” yandırılıb-yandırılmayacağı maraq doğururdu. Öncə aydınlaşdıraq: söhbət kimlərdən gedir?

Məsələn, 1996-2006-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Azərbaycanın Belarusda səfiri olmuş Əli Nağıyev bir müddət əvvəlki açıqlamasında bildirmişdi ki, bu ilki parlament seçkilərinə qatılmağı qarşısına məqsəd qoymayıb: “ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm”.

Əli Nağıyev mövzuya dair digər suallara cavab vermək fikrində olmadığını demişdi: “Düşünürəm ki, dediklərim kifayətdir. Əlavə nəsə danışmaq fikrim yoxdur”.

Göründüyü kimi, Əli Nağıyev deputatlıq istəyini birmənalı rədd etmirdi. Amma ona təmsil olunduğu hakim partiyadan - YAP-dan 1 noyabr seçkilərində mandat əldə etmək üçün namizədliklə bağlı hər hansı təklif edilmədi. 
1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş Əvəz Ələkbərovun da builki parlament seçkilərində mandat qazanmaq istədiyinə dair iddialar vardı. Ələkbərov son illərdəki müsahibələrində yenidən vəzifədə çalışmaq arzusunu gizlətməyib. Amma onun bu gözləntiləri hələ ki, puç çıxmaqdadır.

 Bu ilin mayında Ələkbərov müsahibə verərək maliyyə naziri postundan uzaqlaşdırıldıqdan sonra ona müxtəlif vəzifə təklifləri olduğunu deyib: 

“Mənə müxtəlif vəzifələr təklif olundu. Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinin müdiri, istədiyim hər hansı bir nazirlikdə nazir müavini olmağım üçün təkliflər gəldi. Bundan əlavə, Ukraynada səfir olmağım üçün də təklif gəldi. Siyahını genişləndirə də bilərəm. Məsələn, məni Prezident Administrasiyasında aqrar siyasət şöbəsinin müdiri də qoymaq istəyirdilər. Mən bu şöbənin müdiri olmağa razılıq verdim. Çünki həm cənab prezidentin komandasında bu siyasəti davam etdirmək imkanım olacaqdı, həm də kənd təsərrüfatının problemləri mənə məlum idi. Ancaq bu da reallaşmadı”. 

İddialar bu yöndə idi ki, vəzifə gözləntiləri davam edən Əvəz Ələkbərovu daha çox payızda keçiriləcək parlament seçkilərində mandat qazanmaq düşündürür. Ancaq uzun müddət “yuxarılar”dan belə bir təklif gözləyən keçmiş nazirin deputatlıq xəyalları “suya düşdü”. O da iqtidarın yüksək çevrələrinə millət vəkilliyi arzusu ilə bağlı açıq və üstüörtülü ismarıclar göndərməsinə rəğmən “yox” cavabı alıb.

2015-ci ildə parlamentə düşmək sevdasında olanlardan biri də sabiq maliyyə naziri Fikrət Yusifov idi. Bir müddət əvvəl KİV-də yazılanlara görə, Rusiyayönümlü fiqur kimi bilinən Yusifov 2015-ci ilin əvvəllərində Azərbaycana qayıtması ilə bağlı razılıq alıb, Bakıya döndükdən sonra isə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzi təsis edib. 

Bundan sonra iqtidarın iqtisadi siyasətini mədh edən yazılarla çıxış etməyə başlayıb. Bu isə belə bir fikri möhkəmləndirib ki, eks-nazirin məhz deputatlıq seçkisi öncəsi Azərbaycana qayıdışı təsadüfi deyil və daha çox millət vəkili statusu qazanmağa hesablanıb. Amma Fikrət Yusifovun da deputatlıq gözləntisi reallaşmadı.

Digər sabiq nazir - vaxtilə əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Füzuli Ələkbərovun da adı Milli Məclisə iddialılar arasında göstərilirdi. Hələ bu ilin avqustunda məlumat yayıldı ki, Beynəlxalq Banka borcu olan iş adamlarının saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması davam edir, həmin şəxslərdən biri isə məhz Füzuli Ələkbərovun oğlu, "İmprotex" şirkətlər qrupunun rəhbəri, 2012-ci ildə baş verən məlum İsmayıllı hadisələrinin əsas səbəbkarlarından biri hesab edilən və elə bu səbəbdən də atasının “vurulmasına” səbəb olan Vüqar Ələkbərovdur. İddia olunurdu ki, onun haqqında həbs-qətimkan tədbiri seçilib. Amma sonradan bu məlumat təkzib olundu. 

Hələ o vaxt bəzi mənbələr istisna etmirdilər ki, yayılan bu xəbərin dövriyyəyə buraxılması Füzuli Ələkbərova yönəlmiş mesaj da ola bilər. Belə ki, Ələkbərovun qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd ola biləcəyi yönündə söz-söhbətlərin yayılması hökumət içində onunla ixtilafda olmuş hansısa çevrəni narahat edə və bu səbəbdən də onun oğlunun həbsi ilə bağlı iddianı dövriyyəyə buraxa bilərdi. İstisna edilmirdi ki, keçmiş nazirə bununla öz siyasi karyerasını bərpa etməyə çalışmamaq və sakitcə biznes işləri ilə məşğul olmaq xəbərdarlığı edilir, əks halda bunun onun üçün mənfi fəsadlarının ola biləcəyi ismarışı göndərilir.

Hər bir halda F. Ələkbərovun deputatlıq arzusu da (əlbəttə, əgər həqiqətən də vardısa!) elə arzu olaraq da qaldı. 

Bəs adıçəkilən sabiq nazirlərin və digər bir sıra eks-məmurların 1 noyabr seçkiləri ilə bağlı ümid və gözləntilərinin gerçəkləşməməsi nə ilə bağlı ola bilərdi? Burada xüsusən iki versiyaya diqqət çəkilir.

Birincisi, bu sabiqlərin bir hissəsinə hakimiyyətin siyasi etibarı qalmayıb. Məsələn, Fikrət Yusifov 2005-ci ildəki məşhur dövlət çevrilişinə cəhd şousu zamanı Əli İnsanov, Fərhad Əliyev və “Azərkimya” İstehsalat Birliyinin sabiq rəhbəri Fikrət Sadıqovun Rəsul Quliyevlə əlbir olaraq hakimiyyəti ələ keçirmək istəməsi planlarını “ifşa” etmək üçün istifadə olunmuş, iki il həbsdə saxlandıqdan sonra ölkəni tərk etmək şərti ilə azadlığa buraxılmışdı. Bundan əvvəl isə maliyyə naziri postundan qalmaqallı şəkildə qovulmuşdu. Yaxşı, indi belədə hakimiyyətin ona yenidən hər hansı siyasi etibar göstərməsi mümkün ola bilərdimi? Fikrət Yusifov da bunu bildiyi üçün öz çıxışlarını daha çox hökumətin iqtisadi kursunu mədh və müxalifəti tənqid üzərində quraraq, yenidən hakimiyyətin etimadını qazanmağa ümid edirdi, amma göründüyü və gözlənildiyi kimi bu reallaşmadı.

İkincisi, sabiqlərin digər bir hissəsi hakimiyyətdaxili nüfuz savaşlarının “qurbanlarıdır”. Onların təmsil olunduqları qruplaşmalar zaman-zaman məğlubiyyətə düçar olub ya tamamilə sıradan çıxarlıldığından, ya da zəiflədildiyindən, belə sabiqlərə iqtidar içində hələ də gücünü qoruyan siyasi rəqibləri asanlıqla “diş” göstərə, karyeralarını bərpa etməyə mane ola bilirlər. (unikal.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar