Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Tarif Şurasını günahlandırdı


“Zavodların fəaliyyətində ciddi problem yaranıb”


Milli Məclisin iclasında Tarif Şurası tənqid olunub.

Nazirlər Kabinetinin illik fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib.

O qeyd edib ki, Tarif Şurasının elektrik enerjisinin qiymətini artırması bir sıra müəssisələrin fəaliyyətinə ciddi problemlər yaradıb:

“Bunun bariz nümunəsi seçildiyim Neftçala rayonundakı yod-brom zavodudur.

Bildiyiniz kimi, bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və həmin məhsulun böyük hissəsi xaricə satılır. Ancaq Tarif Şurasının məlum qərarı zavodun fəaliyyətinə ciddi problem yaradıb. Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər”.  

A. Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil olunmalıdır: “Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon kv/saat-dır. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti heç olmasa, bu zavoda şamil etsin”. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib - Yenilənib

Ən çox oxunanalar