Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyms Karter Barak Obamanı Fələstini tanımağa çağırıb


Keçmiş prezident fələstinliləri müdafiə etdiyi üçün antisemitizmdə ittiham edilir


ABŞ-ın keçmiş prezidenti Ceyms (Cimmi) Karter gələn il yanvarın 20-də öz yerini Donald Trampa təhvil verəcək prezident Barak Obamanı Fələstin dövlətini tanımağa çağırıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Karter öz çağırışında Obama administrasiyasını İsrail-Fələstin münaqişəsinin həlli yolunda atdığı addımlara görə tərifləyib.

Qeyd edək ki, ABŞ-a 1976-1980-ci illərdə rəhbərlik etmiş Cimmi Karter Fələstinin hüquqlarının qızğın müdafiəçisi və münaqişənin iki ayrı dövlət yolu ilə həllinin tərəfdarı olaraq tanınır.

Cimmi Karter öz müraciətində bu problemin  respublikaçıların yenidən hakimiyyətə gəlməsi nəticəsində bir daha həll edilməyəcəyi barədə xəbərdarlıq edib.

“Mən inanıram ki, Birləşmiş Ştatlar prezidentlərin dəyişməsinə qədər İsrail-Fələstin münaqişəsinin gələcəyini müəyyyən etməyə qadirdir, lakin bunun üçün zaman olduqca qısadır”, -Karter yazaraq davam edir:

“Obama administrasiyası yanvarın 20-nə qədər Fələstinin Amerika Birləşmiş Ştatları tərəfindən tanınması kimi sadə, lakin olduqca vacib bir addım atmalıdır”.
Müraciətdə Cimmi Karter İsrailin Fələstin torpaqlarında yeni məskənlər salmasını da sərt tənqid edib.

Картинки по запросу jimmy carter barack obama

“İsrail fələstinlilıəri öz yerlərindən sıxışdıraraq, bu torpaqlarda daha çox evlər inşa edir və Fələstin torpaqlarındakı işğalını möhkəmləndirir”, -keçmiş prezident yazıb.

Karterin təsbitinə görə, “4,5 milyon fələstinli işğal olunmuş ərazilərdə yaşasalar da, bu vaxta qədər İsrail vətəndaşı olaraq tanınmırlar. Onların bir çoxu İsrailin hərbi qanunları altında yaşayır və ölkədə keçirilən seçkilərdə iştirak etməkdən məhrumdurlar”.

Keçmiş prezident bundan başqa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da müraciət edərək “münaqişənin həlli parametrlərini müəyyən edə biləcək” qətnamənin qəbul edilməsinə çağırıb.

“Qətnamədə israillilərin 1967-ci ildə müəyyən edilmiş hüdudlardan kənarda yeni məskənlər salmasının, bu mövzunu tərəflər arasında gedəcək müzakirələr üçün açıq saxlamaqla, qeyri-qanuni olduğu göstərilməlidir”, - Karter qeyd edib.

“İsrail və Fələstin arasında təhlükəsizliklə bağlı təminatlar imperativ xarakter daşımalı və qətnamə hər iki dövlətin, sülh və əmin-amanlıq şəraitində yaşamaq hüququnu tanımalıdır”,  - Karter yazıb.

 Karterin müraciət etdiyi Barak Obama da İsrailin tənqidçisi kimi tanınır. ABŞ prezidenti 2009-cu ildə İsraili Fələstin yurdlarında yeni məskənlər salınması ilə bağlı həyata keçirilən fəaliyyəti dondurmağa səsləmişdi.

Qeyd olunur ki, Ceyms Karterin İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı Tramp administrasiyasından ehtiyat etmək üçün ciddi əsasları var. Donald Tramp seçkiqabağı çıxışlarında İsrailin hüquqlarının tam şəkildə qoruyacağına söz verib. 

Картинки по запросу donald trump israel
Bundan başqa, Donald Tramp Qüdsü İsarilin bölünməz paytaxtı kimi tanıyacağına və Obama adminsitrasiyasının İranla imzaladığı və İsrail dövlətini narazı salan nüvə sazişinə yenidən baxılacağına söz verib.

Trampın qələbəsi İsrailin sağ radikal cəbhəsində olduqca sevinclə qarşılanıb.

Yəhudi dövlətinin radikal sağ yönümlü siyasətçilərindən biri hesab olunan Naftali Bennet Trampın prezidentliyinin İsrailə Fələstin dövlətçiliyi anlayışını yox etməyə imkan verəcəyini söyləyib: “Bu yeni seçilən prezidentin öz platformasında yazılı surətdə təsdiq etdiyi mövqeyidir. Fələstin dövlətinin erası artıq bitib”.

Qeyd edək ki, Ceyms Karter İsrail və ərəb dövlətləri arasında gedən münaqişəyə yaxşı bələddir.

Karter 1976-1980-ci illərdə Amerika Birləşmiş Ştatlarına rəhbərlik etdiyi dövrdə İsrail və ərəb dövlətləri arasında uzun illər boyu davam edən savaşın sülh yolu ilə bitirilməsi ilə bağlı cəhdlər göstərib və bu məsələdə uğurlara da nail olub.

Məhz Karter administrasiyasının təşəbbüsü və təşkilatçılığı ilə 1978-ci ildə Kemp-Deviddə Misir prezidenti Ənvər Sadat və İsrail baş naziri Menahem Begin arasında gedən danışıqlar sülh müqaviləsi ilə başa çatmışdır. Həmin müqavilə nəticəsində Sinay yarımdası yenidən Misirə geri qaytarılıb. Misir isə İsrail dövlətinin varlığını tanıyıb.

Картинки по запросу jimmy carter camp david accord

Bundan başqa, Karter 1979-cu ildə Leonid Brejnevlə birlikdə beynəlxalq təhlükəsizliyin təmin olunması yolunda mühüm sənədələrdən biri hesab olunan Strateji Silahların Məhdudlaşdırılması haqqında 2-ci sazişi (SSM-2) imzalayan prezidentdir.

Cimmi Karterin prezidentlikdən sonrakı sülhpərvər fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də qiymətləndirilib. O, 2002-ci ildə Nobel mükafatına layiq görülüb.

Lakin ABŞ-ın 39-cu prezidenti İsrail dövləti tərəfindən sevilməyən şəxslər arasındadır.
Bunun əsas səbəblərindən biri də Karterin 2006-cı ildə qələmə aldığı “Fələstin: aparteid deyil, sülh” adlı kitabıdır.

Картинки по запросу jimmy carter UN

Həmin kitabda Karter İsrailin Fələstin torpaqlarında apardığı siyasəti 90-cı illərə qədər Cənubi Afrika Respublikasında ağların qaradərililərə qarşı tətbiq etdiyi mürtəce aparteizmlə müqayisə edib.

Karterin fikrincə, iki xalq eyni torpaqda yaşasa da israillilər burada tam üstünlüyə malik olaraq, fələstinliləri əsas insan hüquqlarının hamısından məhrum ediblər.

Kitabın çıxdığı ildə Demokrat partiyasının İsraillə həmrəylik nümayiş etdirən  bir çox nüfuzlu üzvü keçmiş prezidentdən buna görə üz döndərib.

Hətta onun tərəfindən qurulan “Karter mərkəzi”ində çalışan 14 nəfər həmin kitaba görə ərizə yazaraq işdən çıxdıqlarını bəyan ediblər.

Karter bu kitaba görə faktları saxtalaşdırmaqda, habelə məsələyə qərəzli yanaşmaqda ittiham olunub.

Cimmi Karter antisemitizmlə bağlı ona yönələn ittihamları rədd edərək belə deyib:
ABŞ Konqresinin üzvləri üçün Fələstin və İsrail arasında balanslaşdırılmış mövqe sərgiləmək, habelə İsrailin beynəlxalq qanunlara tabe olmalı olduğunu və fələstinlilər üçün ədalət və hüquqlar verilməsini söyləmək intihara bərabərdir”…
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar