Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bütün Azərbaycan bilir ki..."



"Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur”


“Mən maşınımı hələ bir neçə il əvvəl baş etibarnamə ilə satmışam. Həmin maşının indiki sahibi ilə hətta heç tanış da deyiləm. Bundan əlavə, mən heç Bakıda da yaşamamışam. Bütün Azərbaycan bilir ki, bizim ailə həmişə Balakəndə yaşayıb. İndi də orada yaşayır. Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur”. 

PİA.AZ-ın məlumatına görə, bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur siyasi xadim, mərhum deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxski deyib.

Əbdülqadir Ansuxski bu gün özü barədə yayılan yoxlanılmamış məlumatlardan təəssüfləndiyini də bildirib: “Sizin sayt vasitəsilə ölkənin bütün kütləvi informasiya vasitələrinə müraciət və xahiş edirəm ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, jurnalist etikasına əməl etsinlər".



Qeyd edək ki, bu gün lent.az saytı və digər KİV-lər Xətai rayonu, Gəncə prospekti, 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyitinin tapılması barədə məlumat yayıb. Xəbərdə deyilir ki, hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub. M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qaraja avtomobillə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı maşının içinə dolub.

Sayt bildirib ki, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Əbdülqədir Əli oğluna məxsus olub. O da qeyd edilib ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Əbdülqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar