Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu saqqalı uşağı başa salın ki, atasını pis adla xatırlatmasın"


Mənə deyirlər ki, bəzən opponentlərə çox sərt cavab verirsən


Olmur, inanın ki, olmur. Opponent səviyyə və tərbiyə ilə diskussiya aparmaq istəyəndə, hansısa problem yaşanmaz. Ədəbsizlik etdisə, cəmiyyətdə bunlar boy atmasın deyə, vaxtında cavab vermək, fikrimcə, ən xeyirli işlərdən biri sayılmalıdır.

Şəxsən tanımadığım bir adam var. Görün, nə müsahibə verib və nə həyasızcasına bizə böhtan atmağı özünə rəva görüb.

Jurnalist Əvəz Zeynallı ilə müsahibəsində keçmiş disssident Məhəmməd Hatəminin oğlu Tomrid Hatəminin ifadəsini olduğu kimi verirəm: "Universitetdən cavan uşaqlar göndərirdilər, onlar gəlib Məhəmməd Hatəminin üzünə dururdular, qayıdırdılar – onlardan biri də Fazil Qəzənfəroğlu idi. Məqsəd Hatəmini “Çənlibel”in İdarə Heyətindən uzaqlaşdırmaq və bu yolla “Çənlibel”in istiqamətini dəyişdirmək idi." 

Deməli, Bakı Dövlət Universitetinin tələbəsi olarkən hərəkatda aktiv rol alan tələbələrdən biri kimi, məni də 1987-ci ildə o zaman ictimai-siyasi hərəkatın önündə gedən "Çənlibel" təşkilatının büro üzvü seçmişdilər. O zaman hərəkatın mərkəzi sayılan Leytenant Şmidt adına zavodun yataqxanasında yaşayırdım, Nemət Pənahlı ilə birlikdə bu proseslərin içində idik və tələbə dostlarımızla bu qurumun bütün tədbirlərində aktiv iştirak edirdik. O zaman "Çənlibel"in rəhbəri Vurğun Əyyub seçilmişdi. O da kifayət qədər yetkin və prosesləri əqli-səlim dəyərləndirən bir siyasətçi olduğuna görə, o zaman belə bir mühüm milli təşkilatı Hatəmi kimilərin avantürist platformasına qurban verə bilməzdik.

O zaman bu məsələlərlə bağlı 1981-ci ildən münasibətim olan mərhum Əbülfəz bəylə də qızğın mübahisələr aparırdıq. Populist və çılğın cinahı Məhəmməd Hatəmi təşkil etdiyinə görə, təbii ki, ona xüsusi simpatiyam yox idi. Ancaq "Çənlibel" müstəvisində onunla hansısa qarşıdurmamız olmamışdı. Olsa belə, bu tip insanlarla birbaşa diskussiyalarda öz mövqeyimi ifadə etdiyimi hər kəs yaxşı bilir. Çünki bir sıra müzakirə olunan mövzularda orada tribunadan mövqeyimi açıq şəkildə bildirmişdim. Necə ki, bu gün də, bütün siyasi həyatım boyunca, hər kəslə diskussiyamı, müzakirəmi, mübahisəmi birbaşa özüm və açıq şəkildə aparıram.

İndi öz nəsil-nəcabəti ilə bizi qarışıq salmış bu böhtançıdan tələb eidrəm ki, belə bir epizodu bircə faktla da olsa göstərsin, digər tələbələrdən də birinin, heç olmazsa, adını çəksin. Bu anlaqsız, ola bilsin ki, sonradan başlayan "Meydan" hərəkatındakı proseslərlə məsələni qarışdırır. "Meydan" hərəkatında biz tələbələr başına gah qızılbaş, gah da yaşıl sarıq bağlayan qruplarla mübarizə aparırdıq ki, bu hərəkatın demokratik mahiyyəti barədə yanlış rəy yaratmasınlar.

Qeyd edim ki, "Meydan" hərəkatında Hatəmi, Mənsur Əlisoy, Eldar İbrahim və başqaları əməlli-başlı təxribatçı rol oynayırdılar və yaxud onlara bu rolu oynadırdılar. 

Ən maraqlısı odur ki, bu gün Hatəminin oğlu da əməlli-başlı üzəduran kimi yetişib. Bu saqqalı uşağı başa salmaq lazımdır ki, 
böyüyəndə, özü cəhənnəm, heç olmazsa, atasını pis adla xatırlatmasın.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar