Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə ben Zeyd Əl Nahayyanın əmri ilə Əfqanıstanda həlak olan beş diplamata görə ölkədə üç gün matəm elan olunub
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədəki bütün nazirliklərin və dövlət idarələri binalarının üzərindəki dövlət bayraqları endirilib.
BƏƏ-nin prezidenti Əfqanıstanda hümanitar və təhsil sahəsində proyektlər həyata keçirən diplomatların ölümündən dərin kədərləndiyini bildirib.
Daxili İşlər Nazirliyi terror nəticəsində həyatını itirən beş diplomatın adlarını açıqlayıb.
pia.az