Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bank PR menecerləri üçün təlim keçiriləcək


Bank PR menecerləri üçün “Bank sektorunda PR” və “Böhran Kommunikasiyası” mövzusunda təlim keçiriləcək


11-12 noyabr tarixində Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı  ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri  üçün  “Bank sektorunda PR” və “Böhran Kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.  

İki gün davam edəcək təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılacaq, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə edəcək.

Təlimdə iştirakçılara Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevin müəllifi olduğu, hər bir PR menecerin masa üstü ədəbiyyatı ola biləcək ictimaiyyətlə əlaqələrin idarə edilməsi mövzusunda “Nəyi? Necə? Nə vaxt?” kitabı hədiyyə olaraq paylanılacaq.

Qeyd edək ki, yerlər məhdud olduğu üçün iştirak etmək istəyən PR mütəxəssislər 9 noyabr 2016-cı il tarixinə qədər [email protected] emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidilər. Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar