Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda güllələnən keçmiş polis kimdir?


Milli.az onunla bağlı maraqlı təfərrüatlar, eləcə də hadisə yerinə getdyi avtomobilin və özünün fotolarını əldə edib


Sayt bildirir ki, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen olub.

Sayt əməkdaşı Nizami Ryon Polis İdarəsindən onu da öyrənib ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

*     *     * 

10:09

Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

Qara rəngli, 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs keçinib.

Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək “Chevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb.

Məlumata görə, “Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır.

Polisdən bildirilib ki, qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşıdır (aznews.az).

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. O, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib.

Onun sözlərinə görə, Nadir İbrahimov idarə etdiyi “Lexus” markalı, 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli, 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən Rövşən Həsənovla Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan N.İbrahimova 8 güllə atıb. N.İbrahimov 1 saylı Kiliniki Tibbi Mərkəzə çatdırılsa da dünyasını dəyişib.

Hadisə barədə əlavə məlumatlar verəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar