Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı üçün kritik seçim zamanı yaxınlaşır


Ukrayna prezidenti qorxunc savaş anonsu verdi; Azərbaycanın da yerləşdiyi region fəlakətə sürüklənir; Qərb Rusiyaya bir həftə vaxt ayırıb; Poroşenko təcili Ağ Evə çağırılıb; NATO da hərəkətə keçib; Donbasdakı dağıdıcı separatçılıq ən əvvəl Qarabağda əks-səda verə bilər, çünki...


Ötən həftəsonu Şərqi Ukraynada vəziyyətin qəfildən kəskinləşməsi dərhal dünyanın diqqətinə gəldi. Rəsmi Moskva etiraf eləməsə də, Rusiya ordusunun qonşu və suveren Ukraynanın ərazisinə girməsi faktı ləngimədən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı. Kremlə bu dəfə ən sərt formada xəbərdarlıqlar edildi.

Lakin bu çağırışlar da Minskdəki “üçlü sammit” kimi ciddi nəticə vermədi. Odur ki, bir gün sonra Avropa Birliyi (AB) ölkələri Brüsseldə ən yüksək səviyyədə və şəxsən Ukrayna prezidentinin iştirakı ilə məsələyə dair təcili toplantı keçirməli oldu. 

Artıq bəllidir ki, Poroşenkonu dinləyən qurum liderləri Rusiyaya cəmi bir həftə vaxt veriblər. Bu müddətdə Moskva Ukraynaya müdaxiləsini davam etdirərsə, ona qarşı qat-qat ciddi sanksiyalar tətbiq olunacağı anons edilib. Avropa Komissiyası bununla əlaqədar bir həftə ərzində təcili hazırlıq işləri görmək və bu addımların atılması yönündə təkliflər irəli sürmək tapşırığı alıb. Hətta Rusiyanın maliyyə sisteminin çökdürülməsi təklifləri səslənib. 
Öz növbəsində Almaniya kansleri Angela Merkel bəyan edib ki, Moskva bir həftə ərzində Ukraynaya müdaxiləni dayandırmasa və vəziyyət yaxşılığa dəyişməsə, əksinə, pisləşsə, Rusiyanı yeni sanksiyalar təhdid edəcək. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra Brüssel brifinqində bildirib ki, Avropa Birliyi Ukraynaya həm danışıqlar zamanı siyasi, eləcə də iqtisadi addımlarla dəstək olmağa hazırdır.

Avropa Birliyinə üzv ölkələrin böyük əksəriyyəti Rusiyaya qarşı yeni sektoral sanksiyaların tətbiq olunmasını dəstəkləyib”. Ukrayna mətbuatının xəbərinə görə, bu barədə Brüsseldə keçirdiyi brifinqdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib (axar.az). Dövlət başçısı bildirib ki, Avropa Birliyi həmçinin ölkəsinə maliyyə dəstəyi göstərəcək: “Qurum yaxın günlərdə 1 milyard avro kredit verilməsini məqbul saydı. Bundan başqa, cari ilin sonlarında Ukraynaya 250 milyon avronun hədiyyə edilməsi nəzərdə tutulur. Təşkilat həmçinin, ölkəmizə hərbi-texniki yardım, müasir silahlar da verəcək”. Prezident onu da diqqətə çatdırıb ki, bütün bunların nəticəsində Ukrayna ordusunun döyüş qabiliyyəti yüksək səviyyəyə gələcək.

Lakin Ukrayna prezidenti bədbin proqnoz da verib. AB liderləri ilə bundan sonra atılacaq addımları müzakirə edən Poroşenko dünya müharibəsinin yaxınlaşdığı xəbərdarlığını edib. AB-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının qatıldığı sammitin Ukrayna ilə bağlı iclasından sonra təşkil olunan mətbuat konfransında o, hadisələrin müsbət sonluqla bitməyəcəyini deyib. Onun sözlərinə görə, döyüşlərin dayandırılması üçün böyük səy göstərilməlidir: “Böyük müharibənin astanasındayıq. Hazırda baş verən hadisələr regional müharibəyə çevrilə bilər”.

Öz növbəsində Litva prezidenti Dalya Qribauskayte “Rusiya Ukrayna ilə müharibə aparmaqla Avropaya savaş elan elədiyini” söyləyib. O, AB-dən Kiyevdə ordu təchiz edilməsini istəyib. Zirvə görüşündə danışan prezident Rusiyanın Avropaya inteqrasiya dönəmində olan Ukraynaya qarşı savaş başlatdığının bir gerçək olduğunu və Ukraynaya hər cür dəstəyin gərəkliliyini xüsusi vurğulayıb. 

Vəziyyətin ən kritik həddə olmasının başqa bir göstəricisi də ABŞ prezidenti Barak Obamanın Poroşenkonu təcili Ağ Evə çağırmasıdır. Ukrayna prezidentinin Amerikaya bu ilk səfəri daxil olduğumuz həftə ərzində reallaşmalıdır. 

NATO isə mümkün müharibə perspektivini nəzərə alaraq Şərqi Avropanın ölkələrinin Rusiya ilə həmsərhəd zonasında ilk dəfə olaraq 5 hərbi baza yerləşdirmək niyyətindədir. Bazalar Polşa, Rumıniya, Estoniya, Latviya və Litvada yaradılacaq. Ümumilikdə, bazalarda 4 min hərbçi yerləşdiriləcək. Alyansın baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə müsahibəsində Rusiya təhlükəsi ilə bağlı NATO-nun da artıq hərəkətə keçdiyini, yeni situasiya üçün çevik reaksiya planına malik olduğunu qeyd edib. Bu plan cəmi bir neçə saat ərzində qüvvələrin yerdəyişməsini nəzərdə tutur. Alyans rəhbəri Ukraynanın təcavüzə qarşı daha effektli dirənişi üçün ona kömək göstəriləcəyini, bütün bu məsələlərin isə NATO-nun Uels sammitində detallı müzakirə ediləcəyini də bildirib.     
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin də Şərqi Ukraynadakı dramatik situasiyanın böyük müharibəyə çevrilə biləcəyini istisna eləməyib. Təbii ki, bununla o, Kiyevi, Avropa paytaxtları və ABŞ-ı təhdid eləmək niyyətindədir. Habelə, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yeni böyük savaş təhlükəsindən danışaraq, Kremlin Ukraynaya hərbi müdaxiləsinin əleyhinə olduğunu dilə gətirib, “bu, bir xalqın müharibəsidir” deyib, qəti şəkildə müharibəyə qarşı çıxıb...

*  *  * 
Bir çox təhlilçilərə görə isə Donbasdakı dağıdıcı separatçılığın  böyük müharibəyə çevrilməsi ilk öncə Dağlıq Qarabağ münaqişəsi zonasında əks-səda verə bilər. Ən azı ona görə ki, iki qlobal güc mərkəzinin (Qərb və Rusiya) maraqları Ukraynadan sonra ən çox Çüney Qafqazda, Qarabağ məsələsində kəsişir. 

Digər yandan, analitiklər dəfələrlə bildiriblər ki, Ukraynadan sonra Azərbaycan Kreml üçün, Putinin Avrasiya layihələrindən ötrü postsovet məkanının ən strateji ölkəsidir. Odur ki, Rusiya Ukrayna ilə birgə “Azərbaycan düyünü”nü də bir dəfəyə kəsmək fikrinə düşə bilər.  

Deməli, Bakı üçün də seçim zamanı daralır. O mənada ki, milli təhlükəsizliklə bağlı boşluqları qardaş Türkiyənin də köməyi ilə qısa zamanda aradan qaldırıb sahman yaratmaq vaxtıdır. Zaman indi Azərbaycana işləmir. Amma işlətməliyik.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar