Bakı şəhər sakini polisə müraciət edərək tanışı olan şəxsin ondan 205 min dollar aldığını və geri qaytarmadığını bildirib
Musavat.com-un məlumatına görə, 1974-cü il təvəllüdlü Azər İbadzadə Bakı şəhər Baş Polis idarəsinə müraciət edib.
O, bildirib ki, 2010-cu ildə 1974-cü il təvəllüdlü İlqar Qəniyev onun etibarından sui-istifadə edərək, 205 000 ABŞ dolları alıb və geri qaytarmayıb.
Məlumata görə, A.İbadzadə pulu tanışına iş qurmaq məqsədi ilə verib.
Şikayətlə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
pia.az