Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"BSU-nun qapıları bütün insanlarımızın üzünə açıqdır”


Bakı Slavyan Universiteti son günlər bir çox mətbuat orqanlarında Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə gəlişi və universitetə buraxılmaması barədə yayılmış xəbərlərə aydınlıq gətirib


PİA.AZ universitetin təkzib məktubunu olduğu kimi təqdim edir: 

"Artıq iki gündür bir çox mətbuat orqanlarında Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə gəlişi və universitetə buraxılmaması barədə informasiyalar yayılmışdır. Məsələnin mahiyyətini dəqiq bilməyənlər onu müxtəlif şəkildə şərh edirlər.

Bəri başdan bildirmək istəyirik ki, BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır. Universitetin birinci mərtəbəsində Milli Qəhrəmanların şəkli asılmışdır. Xaricdən gələn bütün qonaqlar onlarla tanış edilir, birinci kurs tələbələrinə tədris ilinin başlanğıcında onların qəhrəmanlığı, döyüş şücaəti, igidliyi haqqında məlumat verilmişdir.

 Üstəlik onu bildirək ki, BSU-nun qapıları təkcə Mili Qəhrəmanların deyil, bütün insanlarımızın üzünə açıqdır. Universitetin rektoru, professor Nurlana Əliyeva demək olar ki, hər gün valideynlərin və tələbələrin problemlərinin həlli üçün qəbul saatları keçirir.

Bununla bərabər, BSU-da təhlükəsizliyin qorunması məqsədi ilə ciddi işlər görülüb, mühafizə xidməti gücləndirilmiş rejimdə fəaliyyət göstərir. İmtahan sessiyası vaxtı imtahanlara kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə universitetə kənar adamların girişi nisbətən məhdudlaşdırılır. Amma bu heç vaxt torpaqlarımız uğrunda döyüşmüş, qəhrəmalıq məktəbi keçmiş Milli Qəhrəmanlara aid deyil.

 Milli Qəhrəman M.Həsənov mühafizə xidmətinin rəisi, Qarabağ müharibəsi veteranı Ramil Şükürlüyə  yaxınlaşaraq vaxtilə bu universitetdə təhsil aldığını bildirmiş və universiteti gəzmək istədiyini qeyd etmişdir. Mühafizə xidmətinin rəisi İnzibati-təsərrüfat işləri üzrə prorektor əvəzi Əbülfəz Nağıyevlə əlaqə saxlamış və Milli Qəhrəmanın universitetlə tanış olmaq istədiyini bildirmişdir. Görüş qabaqcadan nəzərdə tutulmadığından, imtahan sessiyası dövrü olduğundan və bütün müəllim və tələbələrin başı imtahanla qarışdığından prorektor Ə.Nağıyev əgər məzunun özünün tanıdığı bir şəxs varsa, birlikdə mərtəbələri gəzsin, universitetlə tanış olsun, deyib.  Ancaq bundan sonra Milli Qəhrəman universitet binasını tərk edib. 

İnsident bundan ibarətdir. Lakin çox təəssüf edirik ki, bir çox qəzet və saytlar məsələni həqiqi mahiyyətindən çıxararaq öz istədikləri kimi təqdim etmişlər. Onlar bunu universitetin rektoru professor N.Əliyeva ilə bağlamağa çalışıblar, universitet rəhbərinin isə bundan qətiyyən xəbəri olmayıb. O, məsələni bildikdən sonra isə dərhal Milli Qərhrəmanla əlaqə saxlayıb və onu BSU-ya dəvət edib. 

Təkrar edirik, Milli Qəhrəmanlar bizim fəxrimiz və qürurumuzdur. Universitet rəhbərliyi daim bütün görüş və çıxışlarında onların gənclərə örnək məktəbi olmasını bəyan edir. Bizi təəssüfləndirən xırda anlaşılmazlığı bəzi mətbuat orqanlarının adekvat olmayan şəkildə təqdim etməsidir. 

BSU-nun Mətbuat xidməti olaraq biz bu anlaşılmazlığa görə təəssüflənirik. Bununla bərabər, onu da arzu edirik ki, mətbuat orqanları hər hansı bir hadisəni işıqlandırarkən obyektivlik göstərsinlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar