Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib


Azercell Telekom MMC-nin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub


Dekabrın 11-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilən yarışda 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə 19 medal uğrunda mübarizə aparıblar. Bu dəfə idmançılarımız  boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi kimi idman oyunlarında öz güclərini sınayıblar.  Oyunların açılış mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Milli Paralimpiya Komitəsinin İlqar Rəhimov, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, UNİCEF-in Beynəlxalq eksperti Kolin Higgis , Gənclər və İdman Nazirliyinin, Olimpiya Komitəsinin, qeyri hökumət təşkilatlarının və  nümayəndələri iştirak edib.  III Uşaq Paralimpiya İdman Oyunlarının açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram da təşkil olunub.
Qaliblər kubok, medal, diplomlarla təltif olunublar və Azercell Telecom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar