Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar Almaniyadan niyə deportasiya olunur?


Əksər ölkələrdə müəyyən səbəblərdən insanların xarici ölkələrə miqrant axını müşahidə edilir


İnsanlar rəsmi və qeyri-rəsmi yolla xaricə gedib, orada yaşayayırlar. Lakin hər kəs bu mövzuda şanslı ola bilmir. 

Üz tutduğu ölkələrin necə deyərlər, sərt qərarları ilə qarşılaşır və deportasiya olmaq məcburiyyətində qalırlar.

Son zamanlar azərbaycanlıların da Almaniyadan kütləvi deportasiyasının olduğunu müşahidə edirik. Maraqlıdır, bunun səbəbləri nələrdir? Yaxud bu, həqiqətən də reallığa uyğundurmu?
Minval.İnfo xəbər verir ki, Almaniyada yaşayan Dünya Azərbaycanlıları Assambleyasının (DAA)  sədri Rəşad Quliyev Modern.az saytına açıqlamasında deyib ki, Almaniya dövləti hansısa millət arasında fərq qoymur:

“Bu kütləvi göndərilmə halı əfqanlılardan tutmuş gürcülərə qədər – hamıya şamil olunur. Məsələ budur ki , Almaniya son illər qaçqınlıq və oturma statusu ilə bağlı proseduru sürətləndirib. Əgər öncəki illər bu prosedurla bağlı illər lazım olurdusa və ya şəxs doğru ad və soyadını verməyib gizlədir və bununla da prosesin naməlum müddətə qədər uzanmasına nail olurdusa, artıq belə deyil. Yəni Assosativ müqavilənin şərtlərinə və “Şərq Tərəfdaşlıq” proqramına daxil olan ölkələrlə Avropa İttifaqı arasında imzalanmış və ratifikasiya olunmuş readmissiya haqqında qanuna görə- bu qanun qarşılıqlı məlumat mübadiləsi öhdəliyidir- şəxs artıq özünü gizlədə bilmir. Beləliklə proses tezləşir və artıq bundan sonra yalnız bir imkanı qalır. Qaçqınlar İdarəsindən gələn neqativ qərarı üst məhkəmə orqanına şikayət etmək”.

R.Quliyev qeyd edib ki, məhkəmə instansiyalarındakı proseslər də sürətləndiyindən şəxslərin burda qalmaq, zaman qazanmaq şansları azalır:
“Məhkəmə prosesindən sonra əgər məhkəmə şəxsin Avropada oturum alması  haqqında qərara  müsbət baxmırsa, bu şəxsin geri göndərilməsi prosesi başlayır. Həm də bunu nəzərə almaq lazımdır ki, son illər dünyada cərayan edən qlobal krizis ölkəmizdən də yan keçə bilməyib. Bəzən şəxslər işsiz qaldığında şansı Avropada oturum almaqda görür. Buna görə də gələnlərin sayında da artım var və beləlikləgöndərilənlərin də sayında artım müşahidə edilir. Amma göndərilmə hər kəsə şamil olunmur. Məsələn,elə sizinlə danışarkən “miqrasiya nədir , bunun üçün nələr edilməlidir” sualı ilə mənə müraciət edən şəxsin oturum cavabı gəldi. Bu şəxs də çox gənc bir həmyerlimizdir, təxminən 23 24 yaşındadır . Deməli burdan belə qənaətə gəlmək olar ki, göndərilmə azərbaycanlılara ayrıcalıq formasında tətbiq olunmur”.


Müsahib deyib ki, zaman keçdikcə hər yerdə qanunlar və texnika təkmilləşir, o cümlədən Almaniyada:

“Müxtəlif üsullarla gələn miqrantların kimliyi, onun sosial durumu və sair tez bir zamanda müəyyən olunur və bu da Almaniya və ya Avropa yetkililərinə tez bir zamanda müəyyən qərar çıxarmağa imkan verir. Onu da deyim ki, Almaniya Türkiyədən sonra ən çox müsəlman qaçqın qəbul edən dövlətdir. Baxmayaraq ki,bu ölkədə Xristitan Demokratlar hakimiyyətdədir. Ancaq bu dövlət ən çox müsəlman qəbul edən xristian dövlətidir”.

Almaniyada diaspor fəaliyyəti ilə məşğul olan digər həmvətəndaşımız Toğrul Əziz deyib ki, Almaniya Federal Qaçqınlar İdarəsinin azərbaycanlılara qarşı özəl ayrı-seçkiliyi yoxdur:

“Deportasiya hallarının artmasını kütləvilik kimi dəyərləndirməzdim. Son aylar Almaniyadan sığınacaq istəyənlərin ümumi sayında azalma var, bu da müraciəti açıq qalanların işlərinə daha sürətli baxılmasına gətirib çıxarır. Yəni sığınacaq üçün müraciət edənlərin işlərinə daha sürətli baxılır.
Digər tərəfdən isə Azərbaycan vətəndaşları siyasi sığınacaq istəsə də, onların əsasən iqtisadi əsaslarla Almaniyaya gəldikləri Federal Qaçqınlar İdarəsinə də məlumdur. Cenevrə Konvensiyasına əsasən siyasi problemlərini isbat edə bilməyən qaçqınlar deportasiya olunur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar