Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı məşhurların gizli xəzinələri - Siyahı


Sənət adamları həmişə müxtəlif kolleksiyaları ilə diqqət çəkib


Məsələn, Rusiyanın pop kraliçası Alla Puqaçova, Arnold Şvartsneger bahalı və retro avtomobil kolleksiyaları ilə məşhurdur. Dünyaca məşhur aktrisa Demi Mur gəlinciklər kolleksiyasına sahibdir. Bu kolleksiyada 10 min barbi və eyni miqdarda müxtəlif gəlinciklər var. Aktrisanın 1 milyon dollardan çox pul xərclədiyi kolleksiyasında brilyant və qızılla bəzədilmiş gəlinciklər də yer alıb.

Maraqlıdır, görəsən bizim məşhurlarımız hansı kolleksiyaya sahibdirlər?

PİA.AZ bildirir ki, Yeniçağ.az tanınmışların gizlin sərvətlərini üzə çıxarıb.

Xalq artisti, aktyor Ağaxan Salmanlı antik əşyalar toplayır. Kolleksiyaya 2-3 qədim samovar, yaşı 100-dən yuxarı olan 2 neft lampası, gümüş qab-qacaq, güzgü və qədim mebel daxildir. Dediyinə görə, bu əşyalar ona ata-anasından yadigar qalıb, onlara da ulu babalarından.

Əməkdar artist, aktyor Ənvər Həsənovun qədim əşyalardan ibarət kolleksiyası var. Aktyor 619 təsbeh, 47 qədim neft lampası, 120 ov bıçağı, rəsm əsərləri və nadir kitabların yer aldığı kolleksiyasını günü-gündən zənginləşdirir.

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun avtomobil kolleksiyası var. Kolleksiyada avtomobillərin sayı 50-yə yaxındır. Müğənni elə təkcə "Rolls Royce" markalı avtomobilinə 960 000 avro saymalı olub.

Şair Vüqar Əhmədin qədim və zəngin kitab kolleksiyası var. Kolleksiyada 3 mindən artıq kitabın yer aldığını deyən şair nə vaxtsa onları satmaq fikrində deyil. Kolleksiyada qədim Qurani- Kərim də var ki, şairin dediyinə görə onun qiyməti çox bahadır.

Əməkdar artist, aktrisa Xalidə Quliyeva xarici ölkələrin valyutalarını toplayır. Eyni zamanda antikvar əşyaları - Rumuniya istehsalı olan qədimi dolabı və samovarları var.

Əməkdar artist, aktyor Elman Rəfiyev əvvəllər kağız pullar yığıb. Eyni zamanda köhnə maqnitafon kasetləri, qələmlər və müxtəlif ölkələrin maqnitdən hazırlanan fiqurlarından ibarət kolleksiyası da var.

Tanınmış rejissor Rüfət Əsədov XX əsrin əvvəllərinə məxsus açıqcaları və I Dünya müharibəsi zamanı məktub kimi yazılmış açıqcalardan ibarət kolleksiyası var. Rejissor onları Sankt-Peterburqdan - bukinist mağazasından alıb. Satsa, bir ətək pul edər.

Gənc aktrisa Günel Məmmədova isə oyuncaq kolleksiyası toplayır. 1000-dən artıq oyuncağı olan aktrisa onları qoymağa yer də tapmır.

Aktrisa Cəmilə Tağızadənin xarici ölkələrin qəpiklərindən ibarət kolleksiyası var. Dostları hansı ölkəyə gedirsə, ona həmin ölkənin pul vahidlərini hədiyyə gətirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar