Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda xarici valyuta ilə əməliyyatların həcmi 2,5 dəfə azalıb


Bu ilin yanvar-oktyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb


PİA.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,52 dəfə  azalıb.
 
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,67 dəfə azalıb. Başqa sözlə, bu ilin noyabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 15 mln. 849,1 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 13 mlrd. 405 mln. 778,5 min manat təşkil edib.
 
Bu ilin yanvar-oktyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 695 mln. 694,1 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,83 dəfə azdır. Bu ilin 10 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 320 mln. 155 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,33 dəfə azdır.
 
Ötən ilin 10 ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 1,49% azalıb. Başqa sözlə, bu ilin yanvar-oktyabr aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 758 mln. 946,2 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 1 mlrd. 131 mln. 908,9 min avro təşkil edib.
 
Bu ilin 10 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 495 mln. 671,2 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,86 dəfə azdır. Bu ilin yanvar-oktyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 263 mln. 275 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar