Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda İŞİD-ə qoşulanlar var


Ekspert insanların radikal qruplara meyllənməsinin qarşısını necə almağın yolunu göstərdi


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda İŞİD-ə qoşulmaq istəyənlərin statistikasının müvafiq dövlət orqanlarında olduğunu açıqlayıb. O deyib ki, xüsusi xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbələri bununla məşğuldur: “Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür. 

Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir. Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə, o bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23 saniyədə erməninin kürəyini yerə vurub əsgəri salam verdi. Erməniyə bundan böyük ideoloji sillə vurmaq olmazdı. Bizim idmançı çox böyük hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən dindən xəbərsizsən. 

İŞİD-ə qoşulmaq istəyənlərlə bağlı statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil".

M.Qurbanlının fikirlərini şərh edən bir sıra ekspertlər hesab edir ki, komitə sədri bu açıqlama ilə Azərbaycanda İŞİD kimi təhlükəli qruplara qoşulanların olduğunu və bu prosesin getdiyini təsdiqləmiş olub. 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri  hesab edir ki, bir sıra insanların təhlükəli təriqətlərə, terror təşkilatlarına qoşulması və ya meyllənməsinin səbəblərindən biri ölkədə siyasi azadlıqların, leqal demokratik təşkilatların müxtəlif yollarla sıxışdırılmasıdır. İstənilən ölkədə demokratiyanın bərqərar olması o ölkənin gələcək perspektivini müəyyən edir. Bunu sübut eləyən konkret modellər var. O ölkələrdə ki, siyasi azadlıqların önü kəsilmir, leqal demokratik təşkilatlara, vətəndaş cəmiyyətinə fəaliyyət üçün normal şərait yaradılır, həmin ölkələrdə cəmiyyət, insanlar özünü demokratik sahədə realizə edə bilir, qeyri-leqal, təhlükəli təriqətlərə, qanunsuz yollara meyl edənlərin sayı son dərəcə cüzi olur: “Hakimiyyətin demokratik seçkilərlə dəyişdirilməsi, seçkili orqanlarda təmsilçiliyin seçkilərlə reallaşmasının mümkünsüzləşməsi sonda cəmiyyətdə alternativ axtarışlarının başlanmasına stimul verir. 

Bu vəziyyətdən isə din pərdəsi altında fəaliyyət göstərən radikal qruplar, təriqətlər istifadə edirlər və insanları öz tərəflərinə asanlıqla cəlb eləyə bilirlər. Yaxın Şərq ölkələrində bugünkü dəhşətli vəziyyətin kökü məhz illər uzunu bu ölkələrdə antidemokratik rejimlərin demokratik təsisatları sıradan çıxarmasına, siyasi azadlıqların qarşısının tamamilə kəsilməsinə gedib çıxır. Həmin ölkələrdə rejimlərin yanlış siyasəti demokratik institutların yerini radikal, terrora meylli qrupların tutması ilə nəticələnib. Bu gün həmin ölkələrin xalqları və rejimlərin özləri də illərlə yürüdülmüş səhv siyasətin acı nəticələrini dadırlar. Bunu mürəkkəb geosiyasi proseslərin getdiyi regionda yerləşən Azərbaycanın hakimiyyət strukturları bilməlidirlər. Azərbaycan cəmiyyətinin önü açılmalıdır, seçkilərin demokratik keçirilməsi, siyasi təşkilatların fəaliyyətinə normal şərait yaradılması lazımi səviyyədə təmin olunmalıdır. Ölkəni gələcək arzuedilməz proseslərdən xilas etməyin yolu budur”.

Ekspertin fikrincə, insanlara siyasi azadlıqların verilməsi, demokratik seçkilər ölkənin təhlükəsizliyinin təməl prinsiplərindəndir. Odur ki, Azərbaycanda demokratik islahatlara başlanması həyati əhəmiyyət kəsb edir: “Ölkəmizə kənar düşmən qüvvələrin əlinin çatmamasını demokratik islahatlarla təmin edə bilərik. Azərbaycanda güclü demokratik dövlət, demokratik cəmiyyət, güclü ordu qurmadan bu regionda ayaq üstə durmaq mümkün deyil”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar