Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 514 nəfərdə İİV-ə yoluxma aşkarlandı


Respublikada 1987-ci ildən 2013-cü ilin sonunadək İİV infeksiyası təsdiq edilmiş 4298 nəfər rəsmi qeydiyyata götürülüb


Azərbaycanda 2013-ü ildə İİV-ə yoluxma ilə bağlı statistika açıqlanıb.

PİA.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2013-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 514 nəfər olub.

Onlardan 494 nəfəri (96,1 faiz) Azərbaycan vətəndaşı, 20 nəfəri (3,9 faiz) isə əcnəbidir. İİV-ə yoluxması təsdiq edilmiş 514 nəfərdən 203 nəfəri (39,5 faiz) inyeksion yolla İİV-ə yoluxub ki, bunlardan da 163 nəfəri dispanser qeydiyyatındadır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq edilmiş 4298 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4149 nəfəri (96,5 faiz) Azərbaycan vətəndaşı, 149 nəfəri (3,5 faiz) əcnəbilərdir.

İİV-ə yoluxmuş insanların 3353 nəfəri (78 faiz) kişi, 945 nəfəri (22 faiz) qadındır. İİV-ə yoluxması təsdiq edilmiş 4298 nəfərdən 2044 nəfərdə (56,9 faiz) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib ki, onlardan da 1777 nəfər dispanser (72,7 faiz) qeydiyyatındadır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar