Xəbər xətti

28 MART

23:36 Mohmand Xan Azərbaycana səfər edəcək

23:29 Konqoda BMT-nin iki əmıkdaşı qətlə yetirilib

23:15 Avstraliyada dünyanın ən böyük dinozavr izi tapıldı

23:03 Azərbaycan güləşçiləri 2 medal qazanıb

22:56 Şəmkirdə qadın kimyəvi məhlul içdi

22:48 Şabranda 2 mərtəbəli ev yandı

22:37 Şotlandiya parlamenti referendumu dəstəklədi

22:24 Admiral: “Türkiyə-ABŞ-la razılaşa bilməyəcək”

22:11 Azərbaycanlı alim Oksford Universitetində mühazirə oxudu

22:08 Prezidentin qızlarla şəkli qalmaqal yaratdı

21:55 ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağdadır

21:49 Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərindədir

21:36 Millimizlə oyununun ən yaxşısı seçildi

21:32 “Moment istinı” qəzetinin Azərbaycana dair xüsusi buraxılışı işıq üzü görüb

21:25 Cəlilabadda əkin sahələri su altında qalıb

21:18 4 gün bu ərazilərdə avtomobil saxlamaq olmaz

21:04 Formula 1-i işıqlandıracaq jurnalistlərə xəbərdarlıq

20:52 Ərdoğan: “Ölüm hökmünün bərpasını dəstəkləyəcəm”

20:49 FİFA Messini cəzalandırdı

20:33 Çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb

20:26 “Rusiyaya qarşı sanksiyalar qanunidir”

20:13 “Aksent”in rəhbəri: “Bakını çox sevirəm”

20:01 Qarabağda daha bir erməni əsgəri öldü

19:56 “Rusiya-İran-Azərbaycan əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir”

19:52 Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı

19:48 “Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

19:45 Lukaşenko: “Putinlə doğma qardaşıq”

19:42 “300 min manat borc alıb MTN-ə apardım”

19:37 Qərb Universitetində Vüqar Bayramovun seminarı keçirilib

19:31 Bulvardakı “WiFi”dan necə istifadə edək?

19:26 Rusiya Bankı: “Ölkədə yeni iqtisadi dövr başlayıb”

19:22 “Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”

19:19 Qubanın dağ kəndlərinə qar yağdı

19:15 Mehman Hüseynovun şikayəti təmin edilmədi

19:11 Rusiya və İran prezidentləri birgə bəyanatla çıxış etdilər

19:07 Bakıda çoxmərtəbəli bina yanır

19:01 Dəmir yolunun açılışına Ərdoğan da qatılacaq

18:57 YAP konfranslara başlayır

18:52 Yumurta ucuzlaşırsa, toyuq ətinin qiyməti niyə düşmür?

18:47 Qazaxda 39 yaşlı qadını maşın vurub

18:42 Nəsimi rayonunda yeni yarmarka istifadəyə verildi

18:39 Sahib Kərimli AXCP-dən çıxarıldı

18:34 Gəncədə minaatan zərərsizləşdirildi

18:30 Əli İnsanovun işi məhkəməyə göndərildi

18:25 Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılacaq

18:21 Ərdoğan “Hayır” deyənlərin çadırına baş çəkib

18:18 Rusiyada azərbaycanlı taksi sürücüsü öldürülüb

18:15 “Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə layihələr həyata keçiriləcək”

18:12 “DTX-nin qarşısında böyük vəzifələr qoyulub”

18:09 Azərbaycan şəhəri kürd mərkəzinə çevrildi

18:05 Azərbaycanlı xanıma Avropa Bankında yüksək vəzifə verildi

18:00 Akademiklər Putinə qarşı – Prezidentin namizədi səs ala bilmir

17:55 Şəmkirdə güclü külək kəndləri işıqsız qoydu

17:50 “Suda batmışdım, İlkin xilas etdi” - Mətanət

17:46 Manatın məzənnəsi açıqlandı

17:45 Neftçalada balıqçı Kür çayında batıb

17:41 Sərhəd-keçid məntəqələrində ixtisaslaşmış ekspertlər işləyəcək

17:35 Prorektorun otağından oğurluq edən dəstə üzvlərinə hökm oxunub

17:34 Qərb mətbuatı Navalnını göylərə qaldırdı

17:29 “Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik ”

17:23 Burak Fahriye ilə yaşadığı evdən köçdü

17:18 “Lapşinin vətəndaşı olduğu üç ölkənin heç biri ona iddia etməyib”

17:13 Maşallah Əhmədovun məhkəməsində zərərçəkmiş vaxt istədi

17:08 "Azərbaycanda olsaydım, bu işlərin heç birini görə bilməzdim”

17:02 Yazıçımız ABŞ-da təltif olundu

16:57 Səudiyyə Ərəbistanı pul köçürmələrindən vergi tutmayacaq

16:52 Cocuq Mərcanlıda tank əleyhinə mina tapıldı

16:38 Azərbaycanın axtardığı insan alverçisi tutuldu - Foto

16:33 Ziya Məmmədovun böyük korrupsiyasının sxemi - Dəmir yolunun 56,8 milyonu çobanın cibinə necə gedib?

16:25 İntihar edən MTN polkovnikinin cinayət işinə xitam verildi

16:23 Qadın müəllim öldürüldü - Lənkəranda

16:20 Ali məktəblərə keçid balları açıqlandı

16:15 “Qadın kimi xoşbəxt ola bilmədim” - Samirə

16:10 İnsanın beyin həcminin böyük olması qida ilə izah edilib

16:05 Kissincer: “Putin sizinçün Hitler deyil”

16:00 Putinlə Ruhani birgə mesaj verdilər – Açıqlamalar

15:55 ““Bavariya” Avropada sonuncu klubumdur”

15:50 “Volvo” zavodu yanır

15:45 “Facebook” “Google Maps”a rəqib yaratdı

15:39 Putin və Ruhani görüşdülər - Foto

15:31 Sergey Lavrov: “Rusiyanın qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur”

15:23 Prezident müham mesajlar verdi: “Biz proqramlar əsasında işləyirik və işləyəcəyik” – Tam mətn

15:17 Musiqili Teatrda Beynəlxalq Teatr Günü

15:13 “Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır” - Prezident

15:07 Zərərçəkən: “MTN-də məndən tələb olunan 300 min manatı borc aldım”

15:02 Bu gün Xınalığa 10 santimetrə yaxın qar yağıb

14:57 Kıvanç Tatlıtuğ ABŞ-da filmə çəkiləcək

14:53 Lukaşenko: “Qarabağ münaqişəsi vasitəçi olmadan həll olunmalıdır”

14:48 Saakaşvili Ukraynada teleaparcı oldu

14:42 Nazir: “Mikayıl Müşfiqin heykəlinə heç bir ziyan vurulmayıb”

14:37 Baş qərargahdan iki general istefaya göndərildi: Eyvaz Cəfərov, Elbrus Orucov, daha kimlər...

14:31 Qanunsuz miqrasiya təşkil edənlər 8 min manat cərimələnə bilərlər

14:25 Tillerson:“Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıyıq”

14:20 İlham Əliyev: “Nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır”

13:48 Hafiz Hacıyev: “Ziya Məmmədovun Bakıda və Bakı ətrafında 2 milyarda yaxın daşınmaz əmlakı var”

13:06 Millimiz Türkiyəyə qarşı

13:01 Dolların yeni məzənnəsi - 1,7220 manat

12:57 Türkiyədə azərbaycanlı tələbə döyüldü

12:53 Oqtay Əsədov MDB PA-nın medalına layiq görülüb –Tədbir

12:48 Xəbərdarlıq: Güclü külək gözlənilir

12:44 “Bizim də onlara məhkəmə quracağımız gün yaxınlaşır”

12:36 Metro xətlərində beton bloklar tətbiq olunacaq

12:32 “Tarqovı”da qızlar saçyolduya çıxdılar - Polis güclə ayırdı

12:28 Dolların ucuzlaşacağı gözlənilir – Hərrac başlayır

12:23 Qəzada yaralanan tələbələrdən xəbər var

12:19 Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası - Fotolar

12:15 Arda Turan evlənir

12:11 “İranlı turistlər Azərbaycan yeməklərindən şikayət edir” – Açıqlama

12:07 Navalnının partiyasının Moskva şöbəsinin rəhbəri 25 sutka həbs edilib

12:02 Jurnalistlərin işinə mane olanlar cəzalandırılacaqlar

11:58 Parisdə polis vətəndaşı güllələdi, ara qarışdı

11:54 Dövlət qeydiyyatdan keçməyən dərmanlar aşkarlanıb

11:49 BP şirkəti Azərbaycanla bağlı müqavilənin müddətini uzatdı

11:44 Səfir Fərid Abdinbəyov Rumıniyada qəza törədib

11:39 İslam oyunlarında bu xəstəxanalar tibbi xidmət göstərəcək

11:35 İlham Əliyev Saatlıda respublika müşavirəsi keçirir

11:30 Gürcüstanda Babayanın Ermənistana zenit-raketi keçirməyə çalışan şəriki saxlanıldı

11:26 “Niyə yaxşı sevgilini pis ərə çevirim?”

11:22 84 il sonra rekord yeniləndi

11:18 Həmsədrlər Bakıdakı danışıqları haqda Sarkisyana məlumat verdilər



SİYASƏT

...

Azərbaycan prezidentindən işğalçıya “ağıllı ol” xəbərdarlığı

Tarix 12.01.17, 9:03

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət başçısı Ermənistan rəhbərliyinə “ağa”sının kölgəsində gizlənməklə xilas ola bilməyəcəyi mesajını verdi


İşğalçı Ermənistan müxtəlif bəhanələrlə Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesindən boyun qaçırmaqda davam edir. 

Düşmən ölkənin indi də Tavuş rayonu istiqamətdə ötən ilin son həftəsində baş verənlərə görə Azərbaycanı günahlandırmağa cəhd göstərməsi qeyri-konstruktiv siyasətin məntiqi davamıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistandan qeyd-şərtsiz 29 dekabrda həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılmasını istəyib. Lakin işğalçı tərəf bunun qarşılığında iddia edib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir, ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz. 

Virtualaz.org-un məlumatına görə, üstəlik, erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa”, əsgərin cəsədinin qaytarılması sürətlənəcək. Yeri gəlmişkən, Ermənistanın baş prokuroru Artur Davtyanın son toqquşmanın baş verdiyi Tavuş rayonunun Azərbaycanla həmsərhəd Çinari kəndinə gələrək sakinlər və hərbçilərlə görüşməsi də İrəvanın məkrli siyasətinə xidmət edir. Düşmən iki ölkənin sərhədində törətdiyi təxribat-diversiya olayını gündəmdə saxlamaqla Rusiyanın və KTMT-nin proseslərə açıq müdaxiləsinə nail olmağa cəhd göstərir. 

Ancaq Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatları və xəbərdarlıqları bir daha bunun təsdiqidir ki, işğalçının bu üsulla Bakıya təsir göstərmək cəhdləri, sadəcə, iflasa məhkumdur. Prezident Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Qarabağ məsələsinə və Ermənistanın sərgilədiyi davranışlara ənənəvi şəkildə xüsusi yer ayırdı və rəsmi Bakının prinsipial mövqeyini bir daha bəyan etdi. 

Azərbaycan prezidenti özünü küçə uşağı kimi aparan Ermənistan rəhbərliyinə “ağa”sının kölgəsində gizlənməklə xilas ola bilməyəcəyi mesajını verdi. “Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər” - prezident xəbərdarlıq etdi. Dövlət başçısı 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunub və düşmən ölkəni baş verənlərdən dərs götürməyə çağırıb: “Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi”. 

Vaxtaşırı düşmənin maraqlarına xidmət edən informasiyaların dövriyyəyə buraxılmasının cavabında prezident bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz qalıb. 



Ölkə başçısı hərbi qüdrətimizdən də bəhs edib və “İsgəndər” raket kompleksini əldə edəndən sonra danışıqlar prosesindən birmənalı imtina edən işğalçı ölkəni ağıllı olmağa dəvət edib. O, silahlı qüvvələrin yeni silah və hərbi texnika ilə təchizatının davam edəcəyini də deyib. İlham Əliyev ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq “əlavə tədbirlərin görüləcəyini” bildirib. 

“Bu məqsədlə büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək” - prezident deyib (virtualaz.org). Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan ordusu İsraildən alınan “Barak-8" raket komplekslərini ilk dəfə nümayiş etdirib, bu raketlərdən təlim atışları həyata keçirilib. 

Erməni təbliğatı bu kimi çıxışları bir qayda olaraq Azərbaycanın müharibə istəyi kimi yozmağa və özlərini “sülhpərvər” statusunda təqdim edib əlavə dəstək qazanmağa çalışırlar. Necə ki, aprel döyüşlərindən sonra Serj Sərkisyan ordusunun 80-ci illər istehsalı olan köhnə silahlarla təchiz olunduğu barədə şivən qoparandan sonra ATƏT-in Minsk Qrupunun həmsədri olan iki ölkədən hərbi dəstək aldı. ABŞ İrəvana müasir kəşfiyyat qurğuları, Rusiya isə “İsgəndər” raketlərini hədiyyə etdi. Hətta ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırılan “Stratfor” analitik agentliyi ermənilərin halına acıyıb raketlərin bölgədə “balansa xidmət etdiyi” haqda absurd rəy verdi.



***

Yeri gəlmişkən, sözügedən qurum növbəti açıqlamasında maraqlı məqamlara toxunub. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ciddi ziddiyyətlər var və məhz buna görə təşkilatın yeni baş katibi dekabrın 26-da Sankt-Peterburqda keçirilən iclasda da seçilmədi”-deyə, qurumun son açıqlamasında deyilir (modern.az). Agentliyin fikrincə, Moskva bu postda Ermənistan nümayəndəsinin olacağına söz versə də, Belarus və Qazaxıstan Azərbaycanla iqtisadi münasibətlərini şübhə altına almamaq üçün bu addıma getmir. “Məlumata görə, Rusiya Bordyujanın postunu Ermənistana söz verib. Bu addım aprel döyüşləri zamanı neytral mövqe tutmasına baxmayaraq Moskvanın Ermənistanı dəstəklədiyini göstərir. Lakin Belarus və Qazaxıstan erməni namizədə qarşı çıxır”.

“Stratfor”un fikrincə, yeni baş katibin seçilməsi ciddi müzakirələr və mübahisələr şəraitində aparılacaq və Dağlıq Qarabağ münaqişəsi məsələyə ciddi təsir göstərəcək. Hazırda KTMT-nin baş katibi postunu müvəqqəti olaraq Valeri Semerikov tutur.
Bu yerdə qeyd edək ki, Azərbaycan prezidenti də ötən ilin sonunda törədilən erməni təxribatına KTMT-nin sabiq baş katibi Nikolay Bordyujanın bu postda sonuncu dəfə sərgilədiyi ermənipərəst mövqeyinə diqqət çəkərək “belələrinin taleyini gördük” deyib. Göründüyü kimi, dövlət başçısı işğalçı Ermənistanı himayə etməyin acı nəticələrini də yada salır və bu mövqedə olanlara xəbərdarlıq edir. 



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a ölkə başçısının mesajlarını şərh edərkən bildirdi ki, prezidentin Nazirlər Kabinetinin bütün iclaslarında Dağlıq Qarabağa ayrıca vaxt ayırması ənənə halını alıb: “Dövlət başçısı 2016-cı ilin aprel ayında cəbhə bölgəsindəki döyüşlərdən danışarkən onun çıxışndakı iki məqam diqqət çəkdi. Birinci məqam ondan ibarətdir ki, Azərbaycan ordusu uzun illərdən sonra Ermənistan tərəfindən yaradılmış mifi tamamilə darmadağın edib. İkinci məqam isə odur ki, Azərbaycan prezidenti Ermənistanın arxasında Rusiyanın dayandığına işarə vurdu. Dövlət başçısının ”xarici yardım olmasa, Ermənistan bir həftə ərzində qabağımızda dura bilməyəcək" ifadəsi bundan xəbər verir. Ermənistana xarici yardım edən əsas ölkə Rusiyadır. İlham Əliyev illər öncə Rusiya Dövlət Dumasının keçmiş sədrinin “Ermənistan bizim Cənubi Qafqazdakı forpostumuzdur” sözlərinə belə reaksiya vermişdi: “Bəlkə danışıqları forpostun sahibi ilə aparaq”. Yəni Azərbaycan prezidenti bu sözlərlə faktiki Rusiyanın regional siyasətinin Azərbaycanın maraqlarına zidd olduğuna işarə edir". 

Politoloqun fikrincə, prezidentin çıxışının Qarabağla bağlı hissəsi 2017-ci ilin də cəbhə bölgəsində gərgin keçəcəyinin işarəsidir: “Prezidentin Ermənistan hakimiyyətinə göndərdiyi digər mesaj isə bundan ibarət idi ki, Azərbaycan modern silahlar almaqda davam edəcək və lazım gəldikdə bu silahlardan istifadə edəcək. Yəni prezident ona işarə edirdi ki, əgər Ermənistanın Rusiyadan peşkəş aldığı ”İsgəndər" raketləri varsa, Azərbaycanın bundan da dağıdıcı silahları var və istənilən an onlardan istifadə edə bilər". 

E.Şahinoğlu qeyd etdi ki, əslində rəsmi İrəvanın siyasəti növbəti hərbi toqquşma ehtimalını sürətləndirir: “Məsələn, Ermənistan hakimiyyətinin döyüş bölgəsində həlak olan hərbçimizin meyitini geri qaytarmaması vəziyyəti daha da gərginləşdirir. Rəsmi İrəvanın əsgərimizin meyitini qaytarmamasının səbəbi odur ki, guya bu yolla Azərbaycanın Ermənistanla güc dilində danışmasını əngəlləmək istəyirlər. Yəni demək istəyirlər ki, növbəti dəfə də hücum etsək, şəhid olan başqa hərbçimizin də meyitini qaytarmayacaqlar. Bu yolla bizi hücumlardan çəkindirmək istəyirlər. Faydasız siyasətdir. Milli qəhrəmanımız Mübariz İbrahomovun da cəsədini tanınmaz hala gətirdilər və uzun müddət qaytarmadılar. Nəticəsi nə oldu? Qaytardılar və biz onu böyük təntənə ilə dəfn etdik. İndi də qaytaracaqlar. Hərbçimizin meyitinin qaytarılmasının gecikdirilməsi Azərbaycanı işğalçı dövləti daima təzyiq altında saxlamaq siyasətindən çəkindirməyəcək. Dağlıq Qarabağın həbsxanasında saxladıqları iki Azərbaycan vətəndaşını da geri qaytaracaqlar, sadəcə, siyasi alver etmək istəyirlər. Nə etsələr də alınmayacaq, çünki artıq Ermənistan cəmiyyəti də anlayır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və İrəvanın siyasəti hərbi toqquşmaların, itkilərin sayını artırır”. (musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

“DTX-nin qarşısında böyük vəzifələr qoyulub”

bitmap-img3

Rakurs

Baytarlıq İdarəsində təhlükəli korrupsiya: Bazarda vərəmli ət, ermənilərlə iş birliyi və…

bitmap-img3

Seçmələr

Dolların kəskin ucuzlaşması gözlənilir

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I

loading...




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru