Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Vergi Məcəlləsi aparıcı ölkələrin qanunvericiliyindən geri qalır


“Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, qüvvədə olan Vergi Məcəlləsi rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, Azərbaycandan gəlirlərdən, xüsusilə də internet üzərindən xidmət göstərən transmilli şirkətlərin gəlirlərindən vergi tutulması ilə bağlı əksər aparıcı ölkələrin qanunvericiliyindən geri qalır


Müəyyən növ elektron xidmətlərin ƏDV-yə cəlb edilməsi ilə bağlı bəzi müddəalar olsa da bu sahədə korporativ vergiqoymanın aydın mexanizmləri mövcud deyil”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu sözləri “Deloitte Azerbaijan”ın vergi üzrə direktoru Emil Qarayev deyib.

“Xüsusilə internet üzərindən mərc oyunları təşkil edən, proqram əlavələri, multimedia məhsulları təqdim edən, reklam, nəqliyyat, maliyyə, informasiya texnologiyaları və digər xidmətlər göstərən transmilli şirkətlərin gəlirlərinin vergiyə cəlb edilməsinin beynəlxalq təcrübəyə uyğun aydın vergitutma mexanizmlərinin hazırlanması tələb olunur. 

Xüsusilə nəzərə alınmalıdır ki, bir çox hallarda bu xidmətlərin istifadəçiləri vergi ödəyiciləri yox geniş əhali kütləsi olur. Buna görə də bu cür əməliyyatların vergiyə cəlb edilməsinin mərkəzləşmiş qaydada banklar, internet provayderlər və digər əlaqəli təşkilatların köməyi ilə həyata keçiriləcəyini gözləmək olar”, - deyə E.Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə bu sahədə yeni mexanizmlərin yaradılmasına şərait yaradacaq:

“Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin 4 avqust 2016-cı il sərəncamı ilə təsdiq edilmiş 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri üzrə proqramda islahatlar həyata keçirilməli olan sahələrdən biri də elə rəqmsal iqtisadiyyatın vergiyə cəlb edilməsidir və bu sahədə yaxın vaxtlarda yeni mexanizmlərin formalaşdırılacağını gözləmək olar.

O da nəzərə alınmalıdır ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasını təmin etməklə yanaşı Azərbaycana yüksək texnoloji mal və xidmətlərin daxil olmasına, habelə yaranmaqda olan rəqəmsal iqtisadiyyata maneə törətməməlidir. Bu səbəbdən də qeyd olunan sahədə vergi siyasətinin mümkün qədər balanslı həyata keçirilməsi tələb olunur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar