Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan, Rusiya və İranın siyasi əlaqələri son 15 ildə ən yaxşı səviyyəyə çatıb"


"Azərbaycan Rusiya və İranı birləşdirəcək "Şimal-Cənub" layihəsindən ən çox qazanan tərəf ola bilər. Belə ki, ölkədə nəqliyyatın bütün növlərindən - avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatından istifadə oluna bilər. Yüklərin bir nəqliyyat vasitəsindən digərinə yüklənməsi və boşaldılması isə tranzit ölkəyə böyük gəlir gətirir. Üstəlik, keyfiyyətli yollar əhəmiyyətli dərəcədə yüksək mənfəət təmin edəcək"


Bunu "Report"a açıqlamasında MDB ölkələrinin öyrənilməsi mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev bu il avqust ayının 8-də Bakıda keçiriləcək Azərbaycan, İranRusiya prezidentlərinin görüşü və görüşün gündəliyindəki məsələləri şərh edərkən deyib.

"Hesab edirəm ki, əməkdaşlığın uzunmüddətli perspektivlərini, dünya arenasında üç paytaxtın qarşılıqlı münasibətini müzakirə etməyin vaxtı yetişib. Bu gün Azərbaycan qarşılıqlı münasibətlərin məkanı, belə desək, iki sivilizasiyanın təmas nöqtəsi ola bilər. Prezidentlərin yeni görüşünün Bakıda keçiriləcəyi təsadüfi deyil. Bu görüşdə iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi münasibətlərin imkanlarına prinsipial aydınlıq gəlməlidir", - deyə A.Karavayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiyaİran arasında siyasi əlaqələr son 15 ildə ən yaxşı səviyyəyə çatıb. Xüsusən də İranRusiya Suriya problemini həll etmək üçün fəal əməkdaşlıq edirlər.

"Bununla yanaşı, indi Rusiya-Azərbaycan münasibətlərində son dərəcə uğurlu dövrdür. Bütün müşahidəçilər üç ölkənin mövqelərinin yaxınlaşmasını proqnozlaşdırır. Üstəlik, Türkiyəni də bura aid edirlər. Türkiyə Qərblə münasibətlərini birdəfəlik qırsa, Moskva-Ankara-Tehran ittifaqının yaranacağı yüksək ehtimallı olacaq. Azərbaycanın üzərinə isə strateji əlaqələndirici bənd rolu düşəcək. Hər şey dediyim məcrada baş versə, bu, Yaxın Şərqdə uzun müddətə qüvvələr nisbətini dəyişməyə qadir güclü regional ittifaq olacaq", - deyə ekspert bildirib.

Ölkələr arasında iqtisadi əməkdaşlıq məsələsinə toxunan A.Karavayev diqqətə çatdırıb ki, burada əsas məsələ nəqliyyat sferasında əlaqələrin qurulmasıdır. 

"Əvvəllər olduğu kimi, Avrasiya məkanında malların əsas axını Çindən gəlir. İqtisadiyyatının zəifləməsi həm Çində istehsalçılara, həm də Avropa ölkələrində istehlakçılara təsir edir. Ona görə də "Şimal-Cənub" nəqliyyat dəhlizinin perspektivli istiqaməti Hindistandır. Hindistanın və İranın dəniz limanlarının sıx əlaqələri var və Hindistandan gələcək mal axını nəqliyyat dəhlizini əks istiqamətdə - cənubdan şimala doldura, perspektivdə isə Çin malları ilə rəqabət apara bilər. Şimaldan cənuba isə sənaye məhsullarının göndərilməsi planlaşdırılır", - deyə mərkəzin baş direktor müavini bildirib.
Onun sözlərinə görə, Rusiya, İranAzərbaycan layihəyə böyük qlobal logistik şirkətləri cəlb edə bilsə, "Şimal-Cənub" layihəsinin reallaşma şansı əhəmiyyətli dərəcədə artacaq. "Yük axınının böyük hissəsi müəyyən böyük dövlətlərarası müqavilələr üzrə də həyata keçirilə bilər", - deyə analitik əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar