Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın “ürəyi”ndə erməni təbliğatına zərbə


Azərbaycan və dostları ölkəmizə qarşı “ikili standart” siyasətini faş etdilər; politoloq: “Ərdoğanın verdiyi açıqlamadan sonra bir daha məlum oldu ki...”


Belçikanın baş şəhəri Brüsseldə - Avropanın paytaxtında Azərbaycanın təşəbbüsü ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda iki günlük beynəlxalq forum uğurla başa çatıb.

Adından da göründüyü kimi, əsas diqqət mərkəzində olan məsələ Dağlıq Qarabağ ixtilafı, Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti olub.

Azərbaycan dövlətinin moderatorluğu ilə reallaşan tədbir sözsüz ki, Bakının Qarabağ məsələsində yeni diplomatik həmləsi, siyasi-diplomatik uğuru kimi qiymətləndirilə bilər. Belə ki, bu möhtəşəm tədbirlə Azərbaycan bir növ, öz haqq işi olan Dağlıq Qarabağ məsələsində “ikili standart” mövqeyinin ən çox büruzə verildiyi Avropa qitəsində güc nümayiş etdirmiş oldu.

Hər halda, dünyanın bir çox nüfuzlu siyasət adamlarının, ekspertləri və media təmsilçilərinin qatıldığı forumdan hərə öz ölkəsinə çox mühüm bir Azərbaycan həqiqəti aparacaq. Azərbaycanın dostlarının arealı genişlənmiş olacaq. Eyni zamanda ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu forumdan mühüm bir kurs almış olacaqlar. Tədbirin daha bir uğuru isə şübhəsiz ki, onun yekununda “Anti-separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının təsis edilməsidir.

*****  

Forumda səslənən fikir və təkliflər həm də işğalçı Ermənistana və onun arxasındakı güclərə xəbərdarlıq mesajları hesab oluna bilər. O anlamda ki, konfliktin ədalətli həllindın danışanlar ilk növbədə işğal faktına diqqət eləməli, Azərbaycana, onun xalqına qarşı haqsız davranmamalı, ikili standart siyasətdən əl çəkməlidirlər. Bu xüsusda iki rəyi diqqətə çatdırmaqla kifayətlənirik. Çünki hər iki fikir toplantıdakı ab-havanı çox yaxşı ifadə edir.   

“Dünyada Qarabağ probleminin həlli ilə bağlı ”ikili standart" var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gələndə dəyişir. Onlar bunu “xalqların öz müqəddəratını həll etmə hüququ” adlandırırlar". Bu sözləri forumdakı çıxışında israilli siyasətçi, fizik, keçmiş nəqliyyat və səhiyyə naziri, eks-deputat, istefada olan briqada generalı, müdafiə nazirinin keçmiş müavini, Netanya Akademiyasının Strateji Dialoq Mərkəzinin rəhbəri Efreym Sneh deyib. O, haqlı olaraq bildirib ki, “məgər hərbi təcavüzlə ”öz müqəddəratını həll etmə" mümkündürmü?"

“Bu absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də biveclik və riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”, - deyə çıxışçı qeyd edib.

Generalın sözlərinə görə, Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın: “Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı dünya birliyi sərt reaksiya göstərməlidir”. Bu sözləri isə Almaniyanın keçmiş deputatı və dövlət katibi, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib. O bildirib ki, Rusiyaya qarşı olan iqtisadi və siyasi sanksiyalar Ermənistana da tətbiq edilməlidir: “Terrorizm və separatizmin qarşısını sanksiyalarsız almaq mümkün deyil. Sanksiyalar olmalıdır ki, 20 ildən artıqdır evlərindən didərgin düşmüş insanlar öz yurd-yuvalarına qayıda bilsinlər”.

*****

Təbii ki, Dağlıq Qarabağ uğrunda mübarizə indi təkcə hərb meydanında deyil, diplomatik alanda və təbliğat savaşı ilə də aparılır. Hətta hazırda siyasi-diplomatik və təbliğati mübarizə vasitələri bir qədər önə keçib. Bu mənada Brüssel Forumu mühüm önəm daşıyır. Ən başlıcası, toplantı yeni bir hərəkatın təsis edilməsi ilə başa çatıb ki, bu da erməni lobbisinin xüsusilə fəal olduğu Avropada Qarabağla bağlı təbliğat işlərinin daha keyfiyyətli qurulmasına imkan verəcək.   

Şübhə yox ki, Azərbaycan dövləti, onun diaspor qurumları, ictimai təsisatları bundan sonra Qarabağla bağlı daha şəbəkələşmiş və koordinasiyalı fəaliyyət göstərmək üçün səyləri artıracaq. Eyni zamanda hərb variantının gündəmdən çıxmadığını nəzərə alaraq, ordu quruculuğuna xüsusi diqqət ayrılacaq, silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığı gücləndiriləcək, işğalçı Ermənistan üzərində hərbi üstünlük qorunub saxlanacaq.

Rəsmi Bakı sözsüz ki, bu zaman sülh qapılarını da açıq saxlayır. Çünki sülhpərvər ölkə olaraq Azərbaycan müharibə istəmir. Kimsənin də ərazisində gözü yoxdur. Azərbaycanın istədiyi tək şey 29 illik erməni işğalına son qoyulmasıdır.

“Bu münaqişənin həll edilməsinin əsas şərti ondan ibarətdir ki, Azərbaycan münaqişənin öz ərazi bütövlüyü, suverenliyi çərçivəsində həlli üçün istənilən təklifi qəbul etməyə hazırdır. Bu təkliflər əsasən Kazan protokolları, Sankt-Peterburq razılaşmalarıdır”.

Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvana səfəri fonunda Dağlıq Qarabağa dair danışıqların gedişini şərh edərkən deyib.

Ekspert bildirib: “Rus ekspertləri bu səfərin iki ölkə arasında diplomatik əlaqələrin 25 illik yubileyi ilə bağlı olduğunu desələr də, bu görüşün əsas məğzi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru müəyyən addımların atılmasına nail olmaqdan ibarətdir. Bu, Azərbaycan tərəfinin də tələbidir. Rusiya da bölgədə öz nüfuzunu bərpa etmək üçün bu addımları atmağa çalışır və ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biri kimi bu missiyanı öz üzərinə götürüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamadan sonra bir daha məlum oldu ki, burada əsas açar fiqur məhz Rusiyadır”.

Politoloq qeyd edib ki, buna görə də prezident İlham Əliyev Lavrovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin əldə edilməsinin vacibliyi mesajını verdi: “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı da bu məsələlər əsas müzakirə mövzusu oldu. Bundan sonra İrəvanda görüşlər keçiriləcək və bu görüşlərin nəticəsi ilə bağlı dövlət başçılarına məlumatlar, məruzələr ediləcək. Əsas məqam Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar olacaq”.

*****

Ancaq aydındır ki, Moskva münaqişənin çözümündə səmimi şəkildə maraqlı olmayınca atılacaq addımlar da həmişəki kimi səmərəsiz olacaq. Rusiyanın sülh təşəbbüsləri bir yana dursun, Kreml hətta konfliktin həllinə mane olmamaqla da prosesə ciddi töhfə və təkan verə bilər. Çünki o halda Qarabağ məsələsində qısa zamanda müsbətə doğru dönüş yaranar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar