Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədlinin məhkəməsi başlayıb


Hakim onu dəmir barmaqlıqlar arxasından çıxardı


Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) həbsdə olan rəhbəri Anar Məmmədlinin, qurumun icraçı direktoru Bəşir Süleymanlının və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İB-in rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  Prosesdə vəkil Elçin Sadıqov vəsatət verərək, müdafiə hüququnun təmin edilməsi üçün təqsirləndirilən Anar Məmmədlinin dəmir barmaqlıqlar arxasından çıxarılaraq vəkillərin  yanında əyləşməsi barədə vəsatətlə çıxış edib. Dövlət ittihamçısı vəsatətə etiraz etsə də, məhkəmə vəsatəti təmin edib və bildirilib ki, növbəti prosesdə A.Məmmədli vəkillərinin yanında əyləşəcək.

Növbəti vəsatət isə prosesdə jurnalistlərə foto-video çəkiliş aparılmaq üçün icazə verilməsi barədə oldu. Elçin Sadıqov növbəti vəsatətində cinayət işinin açıq-aşkar saxta və əsassız olduğundan icraata xitam verilməsini xahiş edib. Vəkil bildirib ki, vergidən yayınma ilə bağlı ittihamın heç bir əsası yoxdur. “Cinayət işində qeyd edilən vergi öhdəliyi yaranmayıb. Belə ki, alınan məbləğlər qrant məbləği olub və layihələrin həyata keçirilməsi üçün sərf edilib. Qanunvericiliyə əsasən qrantdan heç bir halda vergi tutula bilməz. ”Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 18 iyul 2000-ci il tarixli qanunun “A” bəndinə əsasən  Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar əldə edilmiş vəsaitlər hər cür vergidən azaddır. Lakin “mütəxəsislər” qanunvericilikdə nəzərdə tutulmayan aktlarında qrant müqaviləsi əsasında alınmış məbləğə ƏDV hesablayıblar. Halbuki qrant məbləğinə vergilərin hesablanması qadağandır" - deyən E.Sadıqov sonda qeyd edib ki, A. Məmmədliyə və qeyrilərinə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və vergidən yayınma ittihamları əsassızdır.

 Vəsatətdə həmçinin CM-in 179-cu maddəsi ilə irəli sürülmüş mənimsəmə ittihamının da əsassız olduğu qeyd edilib. “Burada pulu etibar edən qrant verən təşkilatlardır. İşdə olan saxta zərərəçəkənlər müdafiə etdiyim şəxsə və qeyrilərinə heç bir pul etibar etməyiblər. Bundan başqa, qeyd edilən ittiham ictimai-xüsusi ittihamlar olduğuna görə zərərçəkənin şikayəti olmadan heç bir cinayət işi başlanıla bilməzdi. İş materiallarından görünür ki, heç bir zərərçəkən cinayət işi başlanılmazdan əvvəl cinayət təqibinin başlanılması üçün müraciət etməyib. Ona görə də həmin xüsusatlarla bağlı da cinayət işi üzrə cinayət təqibinin başlanılması qanunsuz olduğundan cinayət təqibi davam etdirilə bilməz və dərhal xitam verilməlidir” - deyə vəkil bildirib.

“Müdafiə etdiyim şəxsə və digərlərinə qarşı CM-in 308.2-ci maddəsi ilə ittiham irəli sürülüb ki, onların fəaliyyəti seçkilərin, referendumların nəticələrinin saxtalaşdırılması ilə nəticələnib və ağır nəticələrə səbəb olub. Bununla bağlı qeyd edilməlidir ki, Anar Məmmədlinin və digər şəxslərin seçkilərin və referendumun nəticələrini saxtalaşdırmaq imkanları olmayıb. Ona görə ki, onların rəsmi seçki sənədlərinə müdaxilə etmək imkanları yoxdur. Seçki sənədlərinə çatım imkanı Mərkəzi Seçki Komissiyasında və onun müvafiq qurumlarındadır. Cinayətin ağır nəticəyə səbəb olması ilə bağlı istintaqın gəldiyi nəticə isə sadəcə absurddur. Birincisi, vergi bəyannamələrini vermək vəzifəsi təqsirləndirilən şəxslərin heç birinin vəzifəli şəxs kimi borcu deyil. Vergilər təqsirləndirilən şəxslərə KBƏ İB-in vəzifəli şəxsləri kimi deyil, fərdi hesablanıb. İş materiallarında rəsmi sənədlərin kim tərəfindən saxtalaşdırılması barədə heç bir sübut yoxdur. Həmçinin iş materiallarından görünür ki, CM-in 313-cü maddəsi ilə kimləri isə məsuliyyətə cəlb etmə müddəti artıq bitib. Məsuliyyətə cəlb etmə müddəti bitdiyindən həmin maddə ilə bağlı cinayət işi başlanıla və cinayət təqibi aparıla bilməz” - deyən vəkil  təqsirləndirilən hər üç şəxsin CM-in 179.3.2-ci, 192.2.2-ci, 213.1-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

B.Süleymanlının vəkili Əlibaba Rzayev və E. Məmmədovun vəkili Cavad Cavadov da vəsatəti dəstəkləyiblər və cinayət işinə xitam verilməsi ilə bağlı əlavə vəsatətlər veriblər. Vəkil Fariz Namazlı A. Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsi barədə də vəsatət verib. Vəkil digər vəsatətdə bildirib ki, iş üzrə “zərərçəkmiş şəxs” kimi tanınmış şəxslər öz ifadələrində A. Məmmədlidən hər hansı şikayətlərinin olmadığını, həmçinin gördüyü işlərin müqabilində haqq aldıqlarını, bununla hər hansı narazılıqlarının olmadığını, bəzi zərərçəkmişlərsə ümumiyyətlə A. Məmmədli və digər təqsirləndirilən şəxslərlə hər hansı xidmət və ya əmək münasibətlərində olmadıqlarını bildiriblər. Həmin şəxslər zərər çəkmədiklərinə görə onların zərərçəkmiş şəxs qismində statusuna xitam verilməli və onların zərərçəkmiş şəxs qismində verdikləri dindirmə protokolları isə yolverilməz sübutlar kimi sübutlar siyahısından çıxarılmalıdır. Yeganə şikayətçi “zərərçəkmiş” Həsənov Həsən Saləddin oğlu isə istintaqa yalan ifadə verib.

“Iş üzrə digər zərərçəkmiş şəxs Həsənov Həsən Saləddin oğlu isə ifadəsində SMDTM-də 2013-cü ilin iyun ayından sentyabr ayına qədər işlədiyini, maaşının 500 manat olduğunu, həmin məbləğdən yalnız 100 manat aldığını bildirib. Həsən Həsənovun bu ifadəsi onun 19.09.2013-cü ildə Nəsimi Rayon Polis İdarəsinə verdiyi ərizə ilə təkzib olunur. Belə ki, o, polis idarəsinə verdiyi ərizədə Anar Məmmədli və Bəşir Süleymanlı tərəfindən təhqir və hədələrə məruz qaldığını göstərib. Onun ərizəsi əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd olunub. Sonradan həmin qərar ləğv olunsa da, Həsən Həsənovun aylıq maaşının Anar Məmmədli və Bəşir Süleymanlı tərəfindən mənimsənilməsi təsdiqini tapmayıb” - deyən vəkil onların “zərərçəkmiş şəxs” qismində iştirakına xitam verilməsi, onların zərərçəkmiş şəxs qismində dindirmə protokollarının sübutlar siyahısından çıxarılmasını xahiş edib.

Qeyd edək ki, məhkəmədə iştirak edən 3 zərərçəkmiş müdafiə tərəfinin bütün vəsatətləri dəstəklədiyini, heç bir şikayətləri olmadığını, A. Məmmədlinin azad olunmasını istədiklərini bildiriblər. Digər bir vəsatət isə əlavə şahidlərin dindirilməsi ilə bağlı olub. B.Süleymanlının vəkili Ə. Rzayev vergi aktlarını ilmzalayan mütəxəssislərin və ekspertiza rəyi vermiş ekspertin dindirilməsi barədə vəsatət verib. Prokuror isə bütün vəsatətlərə etiraz edib. Müşavirədən sonra hakimlər hazırlıq iclasının qərarını elan elan edib. Qərara əsasən, yalnız ekspertlərin və əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətləri təmin olunub. Digər vəsatətlərin hamısı rədd edilib və mahiyyəti üzrə baxış iclası 28 aprel saat 11.00-a təyin edilib. SMDTM bəyanat yayaraq cinayət işinin və həbsin siyasi sifariş olduğunu və 2013-cü il prezident seçkilərinin nəticələri ilə əlaqədar yaydıqları hesabatla görə təzyiqə məruz qaldıqlarını bildiriblər. Bir çox beynəlxalq təşkilatlar A.Məmmədlinin azad olunması ilə bağlı Azərbaycan hökumətinə çağırışlar ediblər. “Amnesty International” hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar