Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarovun süfrəsi, brilyant işi və namərd dostu...


MTN generalının vəkili “Yeni Müsavat”a yeni faktlar açıqladı; Çovdarov nə üçün dostunun var-yoxuna söyüb?


Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov  hazırda davam edən məhkəmə prosesində yeni-yeni şok faktlar meydana çıxır. 

Xüsusilə, MTN generalı son məhkəmə prosesində daha aqressiv olub və hətta söyüş belə işlədib. 

Buna səbəb də, keçmiş dostu, Biləcəri qəsəbəsinin sabiq sədri İlham Xəlilovun məhkəmədə onun üzünə durmasıdır. 

Məhkəmə prosesləri başlayan zaman dəfələrlə səhhəti pisləşən Çovdarovun son günlər xəstəliyi ilə bağlı heç bir məlumat verilmir. Bu da onun əvvəllər məhkəmə prosesini yubatmaq üçün belə yollara əl atması ilə bağlı müəyyən fikirlərin formalaşmasına səbəb olub. 

MTN generalının vəkili Sadiq Rəsulov “Yeni Müsavat”a açıqlamasında məhkəmə proseslərinin gedişindən razı olduqlarını bildirdi: “Həftədə iki dəfə məhkəmə iclası keçirilir və axşam saat 6-ya qədər davam edir. Akif müəllimin məhkəmə zamanı dedikləri, ittihamların prokurorluq tərəfindən qərəzli şəkildə təşkil olunduğu barədə söylədikləri demək olar ki, öz təsdiqini tapıb. Yalançı zərərçəkmişlər məhkəmə prosesində ifadə verirlər. 

Bunlardan biri bələdiyyə sədri İlham Xəlilovdur. Guya Akif Çovdarov ondan hədə-qorxu ilə 100 min, Binəqədi bələdiyyəsinin sədri Hacı Elmandan isə 150 min pul alıb. Yanvarın 11-dəki məhkəmə prosesində məhkəmə iştirakçıları hər şeyi gördülər. Demək olar ki, o ittihamlar tam darmadağın edildi,  dedikləri tamam yalan çıxdı. Onların istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri ziddiyyət təşkil etdi. İlham Xəlilov deyir ki, Elmandan Akif Çovdarov pulu tələb edib, amma Elman müəllim də deyir ki, ümumiyyətlə, Çovdarovu tanımıram, məndən pulu hədə-qorxu ilə İlham Xəlilov tələb edib. Sübut olundu ki, Akif Çovdarov Elman adında şəxs tanımır. Akif müəllimin Orxan adlı sürücüsü var, əvvəllər Biləcəridə yaşayıb. İlham onun evinə gedib deyib ki, Xocahəsəndən sənə torpaq verirəm, məhkəmədə Çovdarovun üzünə dur ki, məndən pulu o alıb. Bu həyasızlığın sən həddidir. Yalanını sübuta yetirmək üçün hər şeyi edir. 

Məhkəmədə bunlar sübut olundu. İstintaq dövründə deyir pulu Çovdarovun dediyi adama vermişəm, indi də deyir pulu Adil Yaqubova vermişəm. Halbuki ilk gündən Yaqubov bu söhbətdən xəbərsiz olduğunu deyir. Biz çox istəyirik ki, jurnalistlər məhkəmə prosesində iştirak etsinlər, baş verənləri öz gözləri ilə görsünlər. Şahmar epizodu var, guya Akif Çovdarov ondan külli-miqdarda dəyəri olan brilyantlar alıb. Bu epizodda təsəvvür edin ki, onun dediyi heç nə uyğun  gəlmir. O deyir ki, Çovdarova zəng etmişəm, brilyantları verməklə bağlı. Amma zənglərin tarixi belə düzgün gəlmir. Brilyantları aprel ayında verdiyini deyir, amma onun ilk dəfə telefon danışığı Çovdarovla oktyabr ayında olub. Bu şəxs “Riyad MMC”-nin rəhbəri olduğunu deyir. Sorğu vermişəm, məlum olur ki, belə bir qurum ümumiyyətlə, Vergilər Nazirliyində qeydiyyatdan keçməyib. Şahmar obyekti 450 minə satıb, brilyant alıb Çovdarova verdiyini deyir. Amma biz alqı-satqı ilə bağlı sorğu vermişik, məlum olur ki, obyekt iki dəfəyə satılıb və qiyməti heç 300 min deyil. 

Çox təəssüf ki, jurnalistlər həqiqəti görməkdən məhrum ediliblər. Görərdilər ki, bu şəxslər faktlar qarşısında necə susurlar. Sonda məsələlərə qiyməti məhkəmə verəcək. Bu hissə bizim üçün qaranlıq qalır ki, məhkəmə prosesində üzə çıxan faktlara necə qiymət verəcək. Faktiki bütün ittihamlar öz təsdiqini tapmır, əksinə saxta olduğu üzə çıxır. Bu səbəbdən işin gedişindən hələ narazı deyilik. İstintaq dövründə bir çox gedişatdan xəbərsiz idik deyə, nələrisə deyə bilmirdik. Amma indi işlə tam tanışıq. Bir fakt da yadıma düşdü,  Şahmar 6 maşınını satıb Akif Çovdarova brilyant aldığını deyir. Amma məlum olur ki, o üç maşın satıb, özü də brilyant aldığını dediyi zamandan çox-çox əvvəl olub bunlar. Epizodlar üzrə hadisələr yadıma düşdükcə deyirəm. Bütün bunlar onu göstərir ki, bu şəxslər hansısa formada bu işə cəlb olunublar. Təsəvvür edin ki, istintaq kim ərizə yazıbsa, onu zərərçəkmiş kimi tanıyıb”.

Vəkil Çovdarovun yanvarın 11-dəki aqressiyasına da toxundu: “Bu məhkəmədə şahidlər dindirildi. Akif Çovdarov məhkəmədə dedi ki, bu namərdliyi istənilən şəxsdən gözləyərdim, amma İlham Xəlilovdan yox, çünki o mənim süfrəmin başında oturan şəxs olub. Akif müəllim İlham Xəlilovu bir neçə dəfə ağır vəziyyətlərdən çıxardığını da dedi. Onunla yaxın dost olduğunu təəssüflə söylədi. Akif müəllim onu da dedi ki, gözləməzdim  İlham deyə ki, mən onun pulunu əlindən almışam.  Axırda İlham  Xəlilov sözlərini təkrar etdikcə, Akif müəllim dözmədi və dedi ki, burada qadın olmasaydı, deyərdim yalançının var-yoxu belə-belə olsun, həm özümün, həm də sənin payına.  İlham Xəlilov bir kəlmə də söz deyə bilmədi, başını aşağı saldı. Məhkəmədə başqa heç bir aqressiya olmadı. Akif müəllim haqsızlığa dözmədi və bu ifadəni işlətdi”.

S.Rəsulov MTN generalının səhhətinə olan təhlükələrin hələ də davam etdiyini qeyd etdi: “Bu məsələ gündəmdən düşmür. Akif müəllimin səhhətində heç bir irəliləyiş yoxdur, əksinə ağır olaraq qalır. Sadəcə o dövrdə onun vəziyyətini ağırlaşdıran Akif müəllimin keçirdiyi aclıq aksiyası idi. Sonradan aksiyanı dayandırdı və bir balaca səhhəti düzəldi. Onun xəstəliyinin heç biri sağalan  deyil. Qida qəbul edəndən əvvəlkinə nisbətən azacıq normallaşıb. Yeməklə bağlı olan məsələlər öz həllini tapıb. Qalan problemlər hələ də qalır. Həyatına təhlükə hər an var. Onu daim nəzarətdə saxlayırlar, amma nəticəsi yoxdur. 

Ona uzun müddət müalicə lazımdır. Nə 1 saylı Bakı İstintaq Təcridxanasında, nə də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində Akif müəllimin xəstəliyini müalicə edəcək ixtisaslı həkim yoxdur. Özü bacardığı qədər həyatda qalmaq istəyir. Ekspertiza da tam keçirilməyib. Yaxın günlərdə bu gözlənilir. Onkoloji müayinədən 2016-cı ilin əvvəllərində keçib, bu günə qədər bir dəfə də müayinə olunmayıb. Ürəyində  ağrılar  qalır. Məhkəmədə bunlar özünü çox göstərir. Məhkəmə proseslərinin ertəsi günü biz onunla görüşə bilmirik, çünki səhərdən axşama kimi yatır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar