Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarov səhhətindən nigarandır


“Bu ekspertiza formaldır”


Həbsdə olan ləğv edilmiş MTN generalı Akif Çovdarov səhhəti ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün ona yaradılan şəraitdən narazıdır.

Çovdarov səhhəti ilə bağlı ekspertizanın keçirilməsini, xaricdən həkim mütəxəsislərin gətirilməsini istəyir. Bildirək ki, müayinəsinin öz hesabına təşkil edilməsini də məhkəməyə təklif edən Çovdarov tələbi yerinə yetirilməyincə ötən ilin sonlarında bir aylıq aclıq aksiyası keçirmişdi. 

Bundan sonra məhkəmə Çovdarovun səhhəti ilə bağlı yenidən ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul etdi. Aclıq aksiyasını dayandıran Çovdarovun 10 günlük müayinədən sonra ekspertizadan keçirilməsi ilə bağlı qərar qəbul edildi.

Ancaq Akif Çovdarov ekspertizadan narazıdır. Bu barədə Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a məlumat verib.

Vəkil məhkəməyə təqdim etdikləri vəsatətin təmin edildiyini, lakin icrasında problemlərin yaradıldığını bildirir.

17 noyabr 2016-cı il tarixdə Sabunçu Rayon Məhkəməsində Akif Çovdarov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə iclasında komission məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət verdiklərini deyən K.Nəsibov həmin vəsatətdə bir neçə tələb irəli sürdüklərini qeyd edib:

“Vəsatətdə Çovdarovun öz vəsaiti hesabına respublika ərazisində və xarici ölkələrdə fəaliyyət göstərən, tibbin konkret sahələri üzrə ixtisaslaşmış həkim-mütəxəsisslər tərəfindən müayinə olunmasını, barəsində komission məhkəmə-tibbi ekspertizası təyin edilməsi və ekspertizanın keçirilməsini, onu müayinə etmiş ixtisaslaşmış həkim-mütəxəssislərin iştirakı ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi Tədris Birliyinin ekspertlərinə həvalə olunmasını tələb etdik. Həmçinin ekspertizanın keçirilmiş müayinələr üzrə əldə edilən tibbi nəticələrdən istifadə edilməklə aparılmasını xahiş etdik. Vəsatətin bir hissəsi təmin edilmədi. Məhkəmə xarici ölkədən həkim-mütəxəssislərin gətirilməsi təklifimizi rədd etdi. Amma qalan hissələr təmin olundu”.

Vəkilin sözlərinə görə, həmin ərəfədə Akif Çovdarov aclıq aksiyası keçirdiyindən və əvəlcədən müayinə olunaraq müvafiq arayışlar verilməməsi səbəbindən ekspertlər tərəfindən müayinə olunmaqdan imtina edib.

K.Nəsibov qeyd edib ki, Çovdarovun aclıq aksiyasından sonra 15 günə qədər müayinələrdən keçirilməsi üçün ümumi razılıq əldə edilib: “Ötən ilin dekabrında Akif Çovdarova aclığı dayandıraraq qida qəbul etməklə səhhətini normallaşdırması və ixtisaslaşmış həkim-mütəxəsisslər tərəfindən müayinə edilməsi üçün vaxt verildi. Çovdarovun səhhəti qismən normallaşdıqdan sonra Ədliyyə Nazirliyinin Tibb-Baş idarəsinin rəis müavini İftixar Qurbanovla, daha sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Ziyafəddin Məmmədovla əlaqə saxlayıb müayinələrə hazır olduğunu bildirdik.

İlk öncə ekspertizanın keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən elektrokardioqrammanın sutkalıq Holter monitorinqinin və arterial təzyiqin sutkalıq monitorinqinin keçirilməsi üçün “MediClub” Tibb müəssisəsinin həkim-kardioloqu Fərhad Səmədli və tibb bacısı Samiyə Tağızadənin Çovdarovun yanına  buraxılmalarını xahiş etdik. Ancaq İftixar Qurbanov və Ziyafəddin Məmmədov müxtəlif bəhanələrlə həmin həkimlər tərəfindən müayinə olunmasına icazə verilmədilər. Bəhanə isə bundan ibarət oldu ki, guya biz konkret olaraq bu istəyimizi müraciətdə qeyd etməmişik. 

Bu barədə məhkəməyə sədrlik edən hakim Həbib Həsənova müraciət etdik. Ancaq müraciətimizə cavab verilmədi. Bizim tələbimiz adları yuxarıda qeyd edilən həkimlərin ilk öncə Akif Çovdarovu müayinə etməsi, daha sonra isə həmin həkimlərin iştirakı ilə ekspertizanın keçirilməsidir. Bu barədə hakim Həbib Həsənova bildirdiyimiz zaman o, qərarda vəsatətimizin bu hissədə təmin edildiyini və ekspertizanın işinə qarışa bilməyəcəyini söylədi. Lakin ekspert komissiyasının sədri Ziyafəddin Məmmədov isə hakim Həbib Həsənovun qərarda bununla bağlı heç nə yazmadığını bəhanə edərək  bizim həkimlərin Akif Çovdarovu müayinə etməsinə və ekspertizanın həmin müayinə sənədləri əsasında keçirilməsinə imkan vermir. Sanki bu öncədən düşünülmüş şəkildə  qurulmuş bir oyundur”.

K.Nəsibov onu da deyir ki, Çovdarov həbs olunmadan əvvəl Almaniyada əməliyyat olunması, edilmiş müalicələrin nəticələrinə dair sənədləri ekspertiza zamanı Ziyafəddin Məmmədova təqdim etmək istəyiblər. Lakin Ziyafəddin Məmmədov həmin tibbi sənədləri məhkəmə vasitəsi ilə göndərilməsini tələb edib.

“17 yanvarda keçirilən ekspertizanın səhəri günü mən dərhal məktubla 318 vərəqədən ibarət tibbi sənədləri Ziyafəddin Məmmədovun tələbinə əsasən ekspert komissiyasına göndərməsi üçün Bakı Hərbi Məhkəməsinə göndərdim. Lakin 18 yanvardan bu yana hakim Həbib Həsənov nə tibbi sənədləri komissiyaya göndərir nə də imtina məktubu ilə mənə geri qaytarır. Sonda özüm yenidən məktubla məhkəməyə müraciət edərək həmin sənədləri ekspert komissiyasına təqdim etmək üçün geri qaytarılmasını tələb etmişəm- deyə vəkil açılamasına əlavə edib..

Yanvarın 29-da baş tutan məhkəmədə Akif Çovdarovun dediyi kimi Kamandar Nəsibov da deyir ki, sonuncu ekspertiza formal olaraq keçirilib.

“Bizim məhkəməyə təqdim etdiyimiz vəsatət təmin edilib. Amma indi Çovdarovun biz istəyən həkimlər tərəfindən müayinə edilməsinə icazə verilmir. Belə olan halda isə tam və obyektiv ekspert rəyinin verilməsi mümkün olmayacaq. Çovdarov ekspertizanın keçirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır və bununla bağlı tərəfimizdən artıq bütün hərəkətlər yerinə yetirilib. Ancaq əsassız maneələr yaradılır. Onu da qeyd edim ki,  istintaq dövründə də keçirilən ekspertiza zamanı biz ekspertizaya Çovdarovun xəstəliklərinin ağırlıq dərəcəsinin və sağlıq durumunun onun həbsdə saxlanılmasına imkan verib-verməməsi, həbsdə saxlanılmasının səhhəti və həyatı üçün hər hansı bir təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi ilə bağlı da sualı qoymuşduq. Ancaq Ziyafəddin Məmmədovun sədrliyi ilə verilmiş əvvəlki rəydə bu suallar heç bir səbəb göstərilmədən ümumiyyətlə cavablandırmayıb. Halbuki bu gün Ziyafəddin Məmmədovun sədrliyi ilə keçirilmiş bir neçə ekspertiza rəylərini əldə etmişəm ki, orada Çovdarov kimi eyni xəstəliklərdən əziyyət çəkən şəxsin həbsdə saxlanılmamasını və ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəyə ehtiyacı olduğu qeyd edilir. Həmin  ekspert rəyləri məhkəməyə və mətbuat vasitəsi ilə bütün ictimayətə təqdim ediləcəkdir”- deyə vəkil açıqlamasında deyib. 

Vəkil deyir ki. Akif Çovdarov ekspertizanın qeyri-obyektiv qərar verəcəyini söyləyir: “Yəni bu fakt da ekspertiza üzrə veriləcək rəyin qeyri-obyektiv olacağında açıq-aydın şübhələr yaradır. Çünki Ziyəfəddin Məmmədovun birinci ekspert rəyində cavab vermədiyi suallara ikinci rəydə cavab verəcəyini gözləmək ən yüngül formada desək sadəlövlükdür. Çünki özüdə gözəl bilir ki, bu zaman ona sual veriləcək ki, niyə birinci rəydə bu suallara cavab verməmişdiniz?

Ən maraqlısı isə odur ki, taxsistolik tip səyrici aritmiya və ekstrasistoliya xəstəlikləri müşahidə olunan xəstələr barəsində “EKQ-nin Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqi”nə dair müayinələr aparılmadan hər hansı bir obyektiv fikir söyləmək birmənalı şəkildə qeyri-mümkündür. Ancaq ekspert komissiyası Akif Çovdarovun “EKQ-nin Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqi”nə dair müayinələr aparılmasına belə imkan vermədi. Ümumiyyətlə Akif Çovdarov 17 yanvar 2017-ci il tarixdə keçirilən ekspertiza zamanı cəmi iki həkim müayinəsindən keçdi və müraciətimizə baxmayaraq bizi həmin müayinələrin nəticələrinə dair sənədlərlə də tanış olmağımıza imkan vermirlər. 

Şəxsən məndə sual yaranır ki, komissiya Akif Çovdarovun xəstəlik tarixçəsini araşdırmadan,  onun  üzərində “EKQ-nin Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqi”nə dair müayinələr aparmadan necə rəy verəcəy və bu rəy necə obyektiv rəy sayıla bilər? Görünür komissiya “öz rəyini” ekspertizadan daha öncə artıq tərtib edirbdir, ona görə də hər hansı müayinəyə ehtiyac görmür”.

Qeyd edək ki, Akif Çovdarovun növbəti məhkəmə prosesi fevralın 6-da baş tutacaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar