ABŞ prezidenti Barak Obama xarici təbliğatla mübarizə mərkəzinin yaradılması haqqında qanunu təsdiq edib
Axar.az xəbər verir ki, yeni yaradılan mərkəz Müdafiə Nazirliyinin tərkibinə veriləcək. Onun maliyyələşdirilməsi üçün gələn ilin büdcəsindən vəsait də ayrılıb.
Mərkəz ABŞ-ın milli maraqlarına zərər vuran xarici təbliğat və yalan informasiyaların aşkarlanması ilə məşğul olacaq. Bu qurum həmçinin dezinformasiya ilə mübarizə strategiyasını da hazırlayacaq.
pia.az