Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"9,5 aydır Türkiyədə terror olmursa, bunun səbəbi..."


Ankara ilə Vaşinqton arasında yaşanan viza böhranında əsas tənqid hədəflərindən biri də amerikalı səfir Con Bass oldu


Türkiyədəki missiyasını başa vuran səfir bundan sonrakı fəaliyyətini Əfqanıstanda davam etdirəcək. Bu həftə sonu Türkiyədən getməyə hazırlaşan Bass bu gün Ankarada vida tədbiri təşkil edib. Media nümayəndələri də fürsət düşmüşkən səfirə gündəmin əsas müzakirə mövzusu olan viza böhranı ilə bağlı suallar veriblər.

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı diplomatı sərt tənqid edərək onu Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarı özbaşına qəbul etməkdə suçlayıb. 

Ərdoğan bildirib ki, Ankarada fəaliyyətdə olan bir səfirin belə qərar qəbul etməsi və bunu hökumətinin adından etdiyini deməsi qəribədir. O, əlavə edib ki, belə bir addımı Türkiyə səfiri etsəydi, onu vəzifəsində bir dəqiqə belə, saxlamazdılar.

Türkiyə prezidenti məlum olaydan sonra Con Bassı ABŞ-ın səlahiyyətli nümayəndəsi kimi tanımadıqlarını, onun təşkil etdiyi vida tədbirinə özü başda olmaqla hökumət rəsmilərinin qatılmayacağını da bəyan etmişdi. 

Beləliklə, Con Bass vida mərasimində əvvəlcə ABŞ-ın İstanbuldakı konsulluğunun oktyabrın 4-də həbs olunan əməkdaşı Mətin Topuzla bağlı sualı cavablandırıb. 

Qeyd edək ki, M.Topuz FETÖ (Fətullah Gülən Terror Təşkilatı) ilə işbirliyində şübhəli bilinir. Ona qarşı konstitusiya quruluşunu dəyişmək, casusluq və dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb. Türk diplomatın keçmiş prokuror Zəkəriyyə Özlə (FETÖ ilə əlaqələrinə görə dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan və Türkiyədən qaçaraq Almaniyaya sığınan prokuror)  də yaxın münasibətlərdə olduğu iddia edilir. 

Səfir Bass bildirib ki, ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşları heç kimdən gizlənmir: "Hər bir hökumət xarici diplomatlarla necə münasibət quracağına özü qərar verir. Bu qərara hörmət edirik. Biz heç bir əməkdaşımızı istintaqdan yayındırmırıq. ABŞ hökuməti Topuzun niyə həbs olunduğuna dair izahat ala bilməyib. Təmaslar davam edir. Topuz mütəşəkkil cinayətlər və narkotiklərə qarşı mübarizə departamentində işləyirdi. Bu işbirliyi sayəsində bir çox narkotik qaçaqmalçısı yaxalanıb. Topuz vəzifə səlahiyyətlərini aşıb başqa təmaslar qurubsa, bunu sübut edən dəlilləri məmnuniyyətlə görmək istəyərik.  9,5 aydır Türkiyədə terror olmur. Ona görə yox ki, İŞİD niyyətindən əl çəkib. Bunun səbəbi ABŞ-la Türkiyə arasında bu istiqamətdə aparılan işbirliyidir".

Con Bass Türkiyə prezidentinin onun məlum qərarı özbaşına qəbul etdiyinə dair iradına da münasibət bildirib. Səfir qeyd edib ki, viza ilə bağlı qərar ABŞ hökuməti tərəfindən qəbul edilib: "Yaranan anlaşmazlıq da iki hökumətin dialoqu ilə çözülə bilər".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin son açıqlamasında da bildirilirdi ki, Türkiyəyə qarşı viza qərarı Departament və Ağ Evlə koordinasiyalı şəkildə qəbul edilib.

"İncirlik" hərbi bazasının aqibətinin necə olacağına gəlincə, səfir bildirib ki, bu suala türk yetkililər cavab verməlidir: "Qüvvədə olan anlaşmalar var və əsgərlərin giriş-çıxışları da bu anlaşmalara bağlıdır".

Şimali İraqSuriyadakı "Kürd dövləti" mübahisələri ilə bağlı sualı isə Bass belə cavablandırıb: "Birləşmiş Ştatlar müstəqil Kürd dövlətini, Kürd dəhlizini, Türkiyənin ərazi bütövlüyünün pozulmasını dəstəkləmir". 

Xatırladaq ki, M.Topuzun həbsindən sonra ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bunun ardınca Türkiyə də analoji qadağaya qərar verib. Rəsmi Ankara dünən axşam 22.00-dan etibarən ABŞ vətəndaşlarına viza vermir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar