Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Texnologiya Universitetinin rektoru ölkədən qaçıb?


Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb


Bu barədə Ans press-ə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb.

Korrupsiya ilə bağlı baş verənləri sayta universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib.

Onun verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb: "Hesablama zamanı nazirliyin “təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib”.



Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun sön olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır.

Saytın rektorun mobil telefonuna zəngləri də cavabsız qalıb. Onun ölkədən qaçdığı ehtimal edilir.

Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Hazırda adlarına saxta kartlar açılan tələbələr universitetə çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Akif Şamil oğlu Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar