Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PKK-nın 50 lideri öldürüldü


“Bordo beretlilər” İraqda – ŞOK “Xəncər” əməliyyatı


Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı əməliyyatları davam edir.

PİA.AZ Publika.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Diyarbəkir hərbi bazasından çox sayda qırıcı təyyarələr havaya qalxıb.

Şimali İraqa doğru hərəkət edən təyyarələr Hakkarinin Şemdinli bölgəsinin qarşı tərəfindən olan Şimali İraqın Hakurk bölgəsindəki istehkamları bombalayıb.

PKK-nın ən strateji mövqeyi hesab olunan Hakurk bazası türk təyyarələri tərəfindən darmadağın edilib. İlkin məlumata görə, PKK-nın idarəçiliyində əsas yerləri tutan 50 terrorçu məhv edilib. Həmçinin yüzlərlə PKK-lı da öldürülüb.

Bu arada, qurudan da hücumların həyata keçirilməsi məsələsinin müzakirə olunduğu deyilir. Havadan hücumların ardından 22 bölgədə PKK-nın Türkiyədəki qollarına qarşı əməliyyatlar keçirilib və demək olar ki, bütün şəbəkə zərərsizləşdirilib.

Şimali İraqda PKK hədəflərinin bombalanmasından sonra xüsusi təyinatlı “Bordo berelilər"in sərhədi keçərək 30 kilometrə qədər irəlilədiyi və əvvəlcədən müəyyənləşdirilən hədəfləri məhv etdiyi haqda məlumatlar yayılıb. “Xəncər” adlanan əməliyyat zamanı xüsusi təyinatlılar bombalanma zamanı az zərər görmüş hədəfləri tamamilə məhv edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar