Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda zavodda partlayış: 1 ölü, 19 yaralı - Yenilənib



Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənin qadın olduğu bildirilir.


Musavat.com Şirvanda yaşayan sakinlərdən həyacanlı xəbər alıb. Orada iddia olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. "Ölən, yaralananlar var", deyə yazır mənbələrimiz. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənin qadın olduğu bildirilir.

Məlum olduğu kimi, MSN-in zavodları hərbi təyinatlıdır. 

Baş vermiş hadisə ilə bağlı müraciət etdiyimiz Şirvan şəhər Polis İdarəsinin rəisi Şahin Mirzyev bildirib ki, olayla bağlı məlumat almaq üçün FHN-ə müraciət etmək lazımdır.

Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. Yaralanan və olən qadınların şəxsiyyəti dəqiqləşdirilir.

APA-nın məlumatına görə, Müdafiə sənayesi naziri  Yavər Camalov hadisə yerindədir.
 
Əlavə məlumat veriləcək.

***

14:29

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
 
APA-nın xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
 
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
 
Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

---------

14:16

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi rayon xəstəxanalarına yerləşdiriliblər.

Hadisə yerinə 5 həkim briqadası gedib.

Xəsarət alanların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.

--------

14:09

Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə qəza zamanı bir nəfərin öldüyünü təsdiqləyiblər.

Stansiyadan bildirilib ki, qəza zamanı yaralananlar olsa da, onların sayı barədə hələlik məlumat yoxdur. Hazırda briqadanın əməkdaşları hadisə yerindədirlər.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar