Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Qəribovun kürəkəni Dubaya sığınıb


Ölkə mətbuatının yazdığına görə, Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb


Qeyd edək ki, Elnur Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.

 Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb. Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb.

farhad_qaribov1

Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş “Debüt Bank”ın rəhbəri olduğu bildirilir. Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) olaraq ötən il yazdığımız “Qudalar şəbəkəsi” başlıqlı yazımızda Elnur və Zöhrab Qəribov qardaşlarından bəhs etmişdik. Xatırlatma üçün bildirək ki, haqqında bəhs etdiyimiz “qudalar şəbəkəsi”nin nümayəndələrindən biri Tovuzdan olan iş adamı Akif Qurbanovdur. İş adamı Akif Qurbanov Milli Məclisin deputatı Fərhad Qəribovla qudadır. Belə ki, Akif Qurbanovun oğlu Vüqar Fərhad Qəribovun kürəkənidir. 

Vuqar Qurbanov 1

Bir müddət əvvəl Akif Qurbanovun oğlu Vüqar və onun qayınları, yəni Fərhad Qəribovun oğlanları Zöhrab və Elnur daxili işlər orqanlarında (DİO) “təcrübə keçmək” qərarına gəliblər. Yeri gəlmişkən onu da qeyd edək ki, son illər bəzi “papaların gül balaları” DİO-da çalışmağa “belində tapança gəzdirmək… macəra axtarmaq və s. “ kimi baxırlar.

Vuqar 8

Bəli, Akif Qurbanovun oğlu, millət vəkili Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov bir müddət Bakı BPİ-nin Narkotiklərlə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb. Ancaq sonradan DİN zabitinin qara qünləri başlayıb. Mənbənin bildirdiyinə görə Vüqar istirahət edərkən odlu tabel silahını itirir. Həmin vaxt hörmətli Məhərrəm Əliyev Bakı BPİ-nin rəisi olub. Vuqar 8Vüqar başa düşüb ki, kimin oğlu, ya da qudası olmağına baxmayaraq cənab Məhərrəm Əliyev onu bağışlamayacaq.

arastun_cavadov1

Bakı BPİ-də Vüqar barəsində başlayan xidməti yoxlama zamanı Vüqar yalandan deyir ki, guya silahını ictimai tədbirdə itirib. Ancaq təhqiqatçılar ona başa salır ki, Məhərrəm Əliyevin əmrinə əsasən ictimai tədbirdə odlu silah gəzdirmək qəti qadağandır. Yəni problem böyüyür. Bu vaxt “qudalar şəbəkəsi”nin başqa bir üzvü – Fərhad Qəribovun qudası, “SUM” ticarət mərkəzinin direktoru, millət vəkili Ərəstun Cavadov işə qarışır və “tapançarastun_cavadov1a məsələsi” həll olunur. Vüqar Qurbanov cəzadan yayına bilir və hətta Sabunçu RPİ-nin 13- cü polis bölməsinə rəis müavini göndərilir. Orada bir müddət xidmət edəndən sonra nədənsə DİN-dən öz xahişi ilə uzaqlaşdırılır. Ən maraqlısı odur ki, həmin vaxt Vüqarın qayınları olan Zöhrab və Elnur Qəribov qardaşları da ( millət vəkili Fərhad Qəribovun oğlanları ) DİN-dən təcili olaraq xaric olunurlar. Məlumat üçün bildirək ki, Zöhrab Qəribovun sonuncu xidməti vəzifəsi DİN-in Baş CAİ-də baş əməliyyat müvəkkili ,qardaşı Elnurun vəzifəsi isə Nərimanov RPİ-nin 17-ci polis bölməsinin rəis müavini olub.

muavin1

 Sözardı: Məlumat üçün bildirək ki, Vüqar Qurbanov barəsində daha geniş bəhs etdiyimiz “Qudalar şəbəkəsi” başlıqlı yazımız dərc olunandan sonra Qafqaz Xəbər Agentliyinin baş direktorunu bu yazı ilə əlaqədar Bakı BPİ-nin bmuavin1irinci müavini, polis general -mayoru Elxan Həsənov öz otağına dəvət edərək profilaktik söhbət aparmışdır. Qafqaz Xəbər Agentliyinin baş direktorunun  bildirdiyinə görə söhbətdən aydın olurdu ki, Elxan Həsənov tövsiyyə edir ki, mətbuatda Fərhad Qəribov, onun oğlanları və kürəkəni Vüqar Qurbanov barəsində yazılar getməsin. Qeyd edək ki, Elxan Həsənov indiki vəzifəsindən əvvəl Nərimanov RPİ-nin rəisi vəzifəsində çalışıb və elə həmin illərdə Vüqar Qurbanov polisdən xaric olunaraq Nərimanov rayonunun ərazisində yüksək mərtəbəli bir neçə bina inşa edib. Hətta Təhsil Nazirliyinin yaxınlığında inşa etdiyi binanın sakinləri öz narazılıqlarını bildirərək onunla bağlı o vaxt Nərimanov polisinə müraciət etmişdilər. Keçən il Qəribovlar və Qurbanovlardan bəhs edən yazı dərc etdiyimizə görə Bakı BPİ-nin rəis müavini (101) bizi kabinetinə dəvət edərək öz tövsiyyələrini vermişdi. Görəsən, (101) bu il də bizi çağırıb öz tövsiyyələrini verəcək? Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə keçən il Vüqar Qurbanovla bağlı yazımızdan sonra Elxan Həsənova bizimlə bağlı şikayət edən “qəhrəman” sonradan Dubaya sığınıb. Görünür, kürəkən qaynatasının və qayınlarının aqibətini öncədən görürmüş.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar