Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin Azərbaycana gəlişində siyasi motiv görmürəm”



“Türkiyə-Rusiya münasibətləri Azərbaycan-Rusiya münasibətləri ilə bilavasitə bağlı olmayan məsələlərdir”


Deputat Asim Mollazadə: “Azərbaycanla Rusiyanın tərəfdaşlıq, qonşuluq siyasəti ayrı, amma Putinin Avropa Oyunlarına gəlməyini mən təbii qarşılayıram”

Bildiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərtdoğanın ardınca Rusiya prezidenti Vladimir Putinin də I Avropa Yay Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gələcəyi dəqiqləşib. Əslində Putinin Bakı səfəri gözlənilən idi. Çünki Rusiya prezidenti aprelin 24-də İrəvana səfər etməklə Azərbaycanı məyus etmişdi. Bu da  Dağlıq Qarabağ məsələsində Rusiyanın ədalətli münsif olmadığı barədə rəsmi Bakının qənaətini möhkəmləndirmişdi.

Ümumiyyətlə Putinin Bakıya gəlməsi  Bakının Kremlə etdiyi son reveranslara görə minnətdarlıq jesti kimi qiymətləndirilə bilərmi? Putinin Bakı səfərinin bir çox səbəbləri ola bilər, məsələn Azərbaycanın Avrasiya Birliyinə qoşulması, son vaxtlar Türkiyə ilə Rusiya arasında sərinləşən əlaqələri bərpa etmək, Putinin məşhur “Türk axını» layihəsini reallaşdırmaq üçün Ankara ilə münasibətləri yeni səviyyəyə gətirmək  və s. Putin gözlənilən səfəri çərçivəsində hansısa siyasi dividend əldə edə biləcəkmi?

Bu suallarla PİA.AZ-ın əməkdaşı Millət vəkili, Demokratik İslahatlar Partiyasını sədri Asim Mollazadəyə müraciət etdi. Millət vəkili bildirdi ki, Putinin Azərbaycana gəlməsində hansısa bir siyasi motivlər əsas deyil, əsas səbəb məhz I Avropa Yay Oyunlarına olan hörmətdir.











Asim Mollazadə: “Söhbət hər-hansısa bir jestdən getmir”.


“Mən belə hesab edirəm ki, I Avropa Yay Oyunlarına iştirakçı ölkələrin dövlət başçılarının ələlxüsüs da, qonşu ölkə prezidentlərinin gəlməyi normal hadisədir. Söhbət hər-hansısa bir jestdən getmir, söhbət qarşılıqlı tərəfdaşlıq münasibətlərindən gedir. Azərbaycanla Rusiyanın tərəfdaşlıq, qonşuluq siyasəti ayrı, amma Putinin Avropa Oyunlarına gəlməyini mən təbii qarşılayıram. 

Mənə elə gəlir ki, bu tamamilə fərqli məsələlərdi. Çünki Türkiyə -Rusiya münasibətləri Azərbaycan-Rusiya münasibətləri ilə bilavasitə bağlı olmayan məsələlərdir. İdman bayramında dövlət başçılarının iştirakında hansısa siyasi məqsədləri olmasını düzgün hesab etmirəm. Burada ilk növbədə qısa müddətli, məhz Avropa Oyunlarının açılışında iştirak, hər bir dövlət başçısı üçün müəyyən qədər müsbət bir hadisədir. Ona görə də prezidentlərin Bakıya gəlməsinin əsas səbəbini məhz olan I Avropa Yay Oyunlarına hörmət kimi qiymətləndirirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar