Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz hara gedirik: Azərbaycan seçimini edibmi?



Azərbaycana qarşı Qərbdə səsləndirilən tənqidlərə görə rəsmi Bakının sərgilədiyi sərt mövqe qarşısında Avropa Birliyi geri addım atdı?


Azərbaycan «Şərq Tərəfdaşlığı» sammitində sərgilədiyi mövqeyə görə nə qədər haqlı idi? 

Sülhəddin Əkbər: “Azərbaycan həm taktiki həm də strateji baxımdan bu sammitdə yalnış addım atdı”

Razi Nurullayev: “Yekun sənədə Azərbaycanın müəyyən şərtlərlə qol çəkməsinə haqq qazandırıram”

Bildiyimiz kimi Avropa Birliyi və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammiti mayın 21-də başladı. Azərbaycanın Riqa sammitində prezident səviyyəsində iştirakı gözlənilsə də, son anda rəsmi Bakı qərarını dəyişdi və tədbirə xarici işlər naziri Elmar Məmmədyarovla, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov getdi. Azərbaycan prezidentinin Riqaya getməməsini Qərbin Azərbaycana yönəlik tənqidlərinin artması, Rusiya amili və digər məqamlar kimin qiymətləndirdilər.

Son nəticə olaraq Azərbaycan Riqa sammitinin Bəyannaməsini xüsusi şərtlə imzaladı. Bəs siyasi şərhçilər Riqada keçirilən «Şərq Tərəfdaşlığı» sammitində yekun  nəticələri necə dəyərləndirirlər? Ümumiyyətlə onlardan Azərbaycanın sammitdə tutduğu mövqe barədə fikirlərini bilmək istədik. Bu məqsədlə PİA.AZ-ın əməkdaşı bir neçə suallarla politoloqlar, Sülhəddin Əkbərə və Razi Nurullayevə müraciə edib. 

Qeyd edək ki, Sülhəddin Əkbər bu sammitdə Azərbaycanın həm taktiki həm də strateji baxımdan yalnış addım atdığını iddia etsə də, Razi Nurullayev Azərbaycanın bu sammitdə sənədə müəyyən şərtlərlə qol çəkməsinə haqq qazandırdı.



Sülhəddin Əkbər: “Rusiya görür ki Azərbaycana təzyiqlər nəticə verir və buna görə də Rusiya son nəticəni alana qədər Azərbaycana təzyiqləri davam etdirəcək”


“Bildiyiniz kimi, bu sammit ABŞ, Avropa Birliyi və Rusiya arasında geopolitik qarşıdurma fonunda keçirildi və Ukrayna böhranı öz damğasın bu sammitə vurdu. Bu məsələ sammitin yekununda da öz əksin tapdı, yəni artıq postsovet məkanında, eyni zamanda “Şərq Tərəfdaşlıq” ölkələri və GUAM ölkələri arasında da geopolitik seçim demək olar ki, əsasən başa çatıbdır. Bir tərəfdən Moldova, Ukrayna, Gürcüstan Avropa Birliyi ilə intiqrasiya yolunu tutublar, digər tərəfdən də Ermənistan və Belarusiya Rusiya ilə, yəni “Avrasiya İqtisadi Birliyində” və “Kollektiv Təhlükəsizlik Müqaviləsi” təşkilatında inteqrasiya yolunu tutub. Bu sammitdə yeganə seçim etməyən, seçim etməkdən çəkinən Azərbaycandır. Bu da Azərbaycanın mövqeyine öz təsirini göstərdi. Avropa Birliyi yekun sənəddə də, yaranmış geopolitik vəziyyətə öz münasibətin bildirdi. 

Məlumdur ki, bir tərəfdən Avropa Birliyi assosativ sazişi imzalayan hər iki ölkəyə hər tərəfli dəstəyini ifadə etdi, yəni Moldova, Ukrayna və Gürcüstana. Eyni zamanda da Ermənistan və Belarusiya bu sənəddə Krım məsələsi ilə bağlı Rusiyanın mövqeyin tutdular və bu yekun sənəddə də öz əksin tapdı. Eyni zamanda Azərbaycan da bu sazişi şərtlərlə imzalayıb. Amma bu şərtlərin nədən ibarət olduğu çox təəssüf ki, mətbuata açıqlanmayıb. Mən hesab edirəm ki, Azərbaycan Dövlər başçısının bu samitdə iştirak etməməsi də Azərbaycanın beynəlxalq imicinə neqativ təsir göstərir, yəni Azərbaycan Rusiyanı şirnkiləşdirəcək addımlar atır. Xüsusən deyim ki, Rusiya görür ki Azərbaycana təzyiqlər nəticə verir və buna görə də Rusiya son nəticəni alana qədər Azərbaycana təzyiqləri davam etdirəcək. Mənim fikrimə görə, Azərbaycan həm taktiki həm də strateji baxımdan bu samitdə yalnış addım atdı”. 


Razi Nurullayev: “Hesab edirəm ki, sonunda Azərbaycan Avropaya inteqrasiya etməklə bağlı ciddi nəticə ortaya qoyacaq”


“Gözlənildiyi kimi Riqa sammitində Azərbaycan heç bir assosiasiya sazişini imzalamadı. Ümumiyyətlə Azərbaycanın mövqeyi ilə bağlı hər hansısa bir tərəqinin olacağı da gözlənilmirdi. Amma yekun sənədə də Azərbaycanın müəyyən şərtlərlə qol çəkməsinə haqq qazandırıram. Çünki Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansısa bir güzəst olmamalıdır. Yəni əgər Gürcüstanın, Ukraynanın və digər “Şərq Tərəfdaşlıq” ölkələrinin, o cümlədən Moldovanın ərazi bütövlüyü birmənalə şəkildə Avropa Birliyi tərəfindən dəstəklənirsə və bu yekun sənədlərdə də öz əksini tapırsa, o zaman Dağlıq Qarabağla da bağlı qəti mövqe və sənədlər də olmalıdır. Bu baxımdan da, Azərbaycanın mövqeyini düzgün qiymətləndirirəm. Bildiyimiz kimi, hazırki geopolitik vəziyyətdə Şimaldan gələn təhlükə Azərbaycanın hansısa sənədi imzalanmasına mane olur. Amma bu o demək deyil ki, Azərbaycan ümumiyyətlə Avropadan imtina etməlidir. Mən hesab edirəm ki, sonunda Azərbaycan Avropaya inteqrasiya etməklə bağlı ciddi nəticə ortaya qoyacaq”. 

Qeye edək ki, bu məsələdə maraqlı bir mövzu da ondan ibarətdir ki, Avropa Şurasının prezidenti Donald Tusk mayın 22-də Riqa sammitindən sonra keçirdiyi mətbuat konfransıda dedi ki,  “Avropa Birliyi Azərbaycanla əməkdaşlığı davam etdirəcək və hətta Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək əzmindədir. Bu ola bilsin ki, prezident İlham Əliyevin ən aydın mesajı idi”. Belə hesab etmək olarmı ki, Azərbaycana qarşı Qərbdə səsləndirilən tənqidlərə görə rəsmi Bakının sərgilədiyi sərt mövqe qarşısında Avropa Birliyi geri addım atdı?

Hər iki politoloq Avropa Birliyinin Azərbaycana qarşı heç bir məsələdə geri addım atmadığına əminlik ifadə edərərək, hər şeyin maraqlar çərçivəsində inkişaf etdiyini bildirdilər.

Sülhəddin Əkbər: “Azərbaycan rəhbərliyi nə qədər ABŞ-a, Avropa Birliyinə qarşı sərt mövqe tutsa da, ABŞ  və Avropa Birliyi həmişə həm öz maraqlarını, həm də Azərbaycanın, Azərbaycan xalqının gələcəyin nəzərə alacaq”.


“Xeyr, Avropa Birliyi heç bir məsələdə geri addım atmayacaq. Azərbaycanda Avropa Birliyinin əsas tənqid etdiyi sahə siyasi sahədir. Yəni Demokratiya və İnsan Haqqları sahəsində yaranmış vəziyyətdir və bu sahədə də heç bir geriləmə yoxdur. Sadəcə olaraq Avropa Birliyi Azərbaycanın Rusiya qarşısında düşdüyü aciz mövqeyi anlayır və anlayış göstərir. Eyni zamanda da Avropa Birliyinin Azərbycanda, Xəzər bölgəsində ciddi maraqları var. Bu maraqlar həm siyasi, həm hərbi, həm təhlükəsizlik xusüsən də enerji sahəsindədir. Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycana, Xəzər bölgəsinə alternativ mənbə və eyni zamanda da  tranzit marşrutu kimi baxır. Bu baxımdan Avropa Birliyi və ABŞ Azərbaycanla münasibətlərin davam etdirilməsində maraqlıdır.

Odur ki, Azərbaycan rəhbərliyi nə qədər ABŞ-a, Avropa Birliyinə qarşı sərt mövqe tutsa da, ABŞ  və Avropa Birliyi həmişə həm öz maraqlarını, həm də Azərbaycanın, Azərbaycan xalqının gələcəyin nəzərə alacaq. Çünki, həm ABŞ həm də Avropa Birliyi başa düşür ki, Azərbaycan hələ keçən əsrin əvvəllərində Avropaya inteqrasiya yolunu tutan bir ölkədir və xalqdır. Ona görə də, bu münasibətlərin tarixi kökləri, tarixi dərinlikləri var.Bu baxımdan Azərbaycanda hansı siyasi rəhbərlik olur olsun, Avropaya ABŞ-a münasibəti necə olur olsun, ABŞ-ın və Avropa Birliyinin strateji münasibəti dəyişməyəcək. Çünki bu münasibət həm qlobal həm də regional xarakteri daşıyır. Buna görə də,  Azərbaycanın rəhbərliyinin burada oynadığı rol elə də önəmli deyil”.

Razi Nurullayev: “Avropa Birliyi Azərbaycanla çox ehtiyyatla davranır, çünki Avropa Azərbaycanın inteqrasiyasında və ikitərəfli münasibətlərin qorunmasında maraqlıdır”.


“Məsələni bu şəkildə qoymaq düzgün deyil. Mən hesab etmirəm ki, Avropa Birliyi Azərbaycanın qarşısında geri çəkilib, qorxub və yaxud da Azərbaycan Avropa Birliyindən qorxur. Sadəcə olaraq Avropanın Azərbaycana, Azərbaycanın da Avropaya ehtiyyacı var. Bu baxımdan hesab edirəm ki, hazırkı vəziyyətə uyğun olaraq məsələlər öz həllini tapmır. Amma Avropa Birliyi Azərbaycanla çox ehtiyyatla davranır, çünki Avropa Azərbaycanın inteqrasiyasında və ikitərəfli münasibətlərin qorunmasında maraqlıdır”.

Nərminə UMUDLU
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar