Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADNA rəhbərliyndən prezidentə şikayət olundu


"İndi bütün tələbələri bir sual düşündürür: Yaz imtahan sessiyasında tələbələri kütləvi qaydada imtahanlardan kəsərək kütləvi narazılıq yaratmaqda məqsəd nədir?"


Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifələrini müvəqqəti icra edən Vaqif Qurbanovdan bir qrup tələbə adından ölkə prezidentinə şikayət olunub. 

PİA.AZ-a ünvanlanan şikayət məktubunu olduğu kimi oxucularmızın diqqətinə cəlb edirik:

"Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına

surəti: Heydər Əliyev Fondu”nun Prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Ölkəmizin Birinci Xanımı, millət vəkili
Hörmətli Mehriban Əliyevaya
surəti:   Təhsil Naziri cənab M.Cabbarova
Azərbaycan Dövlət Neft Akademiyasının 
Çoxsaylı tələbələri adından 

Ş İ K A Y Ə T  



Möhtərəm Cənab Prezident

Vaqif Qurbanov  Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifələrini müvəqqəti icra etməyə başlayandan   akademiyada özbaşınalıq tüğyan edir.

Az qala bütün ali məktəblərdə imtahanlar test üsulu ilə keçirildiyi bir zamanda imtahanlar hələ də yazılı aparılır. Yol verdiyi kobud pozuntulara görə vaxtilə şiddətli töhmət almış Vaqif Qurbanov Akademiyada  özünə sərfəli olan “yenilik” edərək  tələbələri kütləvi qaydada imtahandan kəsməyi özlərinə hədəf seçib. 

Bu işi “Neft mexanika”fakültəsinin dekanı Sakit Abbasovla, Osman Mirzəyev cütlüyünə   həvalə edib. Sakit Abbasov imtahan komissiyasının sədri, İnformasiya Kommunikasiya Texnologiyalar mərkəzinin (IKTM) rəisi Osman Mirzəyevə həvalə edib. İmtahan nəzarətçiləri də akademiyanın müəllimlərindən təşkil edilib.

Nəzarətçilər də bü cütlüyün göstərişləri əsasında tələbələrə qarşı istədiyi haqsızlığı edirlər. 

Məhz Sakit Abbasovla, Osman Mirzəyev cütlüytü məqsədli şəkildə tələbələrə qarşı xüsusi qədarlıq və qeyiri-obyektivlik edərək tələbələrin bütün hüquqlarını tapdalayır. 

Ölkəmizdə keçiriləcək Avropa oyunları ilə əlaqədar qanunsuz yolla büdcə pullarına “qənaət” etmək göstərişinin  rektor əvəzi işləyən Vaqif Qurbanov tərəfindən verildiyi iddia edilir.

Belə ki, yeni qaydalara görə kəsri olan tələbə təqaüddən məhrum edilir, tələbə hər fənn üçün kredit sayına uyğun kredit ödənişi edib Akademiyanın yay məktəbinə yazıldıqdan sonra kəsrini düzəldə bilər.

Avropa oyunlarını bəhanə edib dərs proqramı yarımçıq tədris olunub. Bunun qarşılığında Vaqif  Qurbanov imtahan suallarının qismən də olsa azaldılacağında dair vədlər versə də vədinə əməl etmədi.  Əksinə qəsdən imtahan sualları artırıldı və qəsdən imtahan üçün verilən 3 saat vaxt 2 saata salındı.

Həm də bu səbəblər görə tələbələr kütləvi qaydada imtahandan kəsildi.
Akademiyanın təkliflər qutusuna imtahanların test üsuli ilə keçirilməsi təkliflər versək də bu təkliflərə məhəl qoyulmur.

İmtahan nəticələri   Sakit Abbasovla, Osman Mirzəyevin şəxsi istəklərindən asılıdır. 

Akademyada yaşı 70-dən yuxarı olan görmə-eşitmə qabiliyyəti çox-çox zəif  olan, yaddaşı olmayan çoxlu sayda yararsız müəllimlər var. Dərs deyə bilməsələr də tələbələr onların hər cür kaprizlərinə dözməyə məcburdurlar.

İndi bütün tələbələri bir sual düşündürür:  Yaz imtahan sessiyasında tələbələri kütləvi qaydada imtahanlardan kəsərək kütləvi narazılıq yaratmaqda məqsəd nədir? Digər tərəfdən Neft Akademiyasında tələbələr kütləvi qaydada imtahanlardan kəsilirsə bu Aklademiyada verilən ali təhsilin “keyfiyyətindən” xəbər verir.

Görünür Dövlət Neft Akademiyasında bu cür özbaşınlıqlara yol verənlər son günlərdə Dövlət Başçımızın məmurlara sərt xəbərdarlığından dərs almaq istəmirlər?!  

Xahiş edirik tələbələrə qarşı edilən bu haqsızlıqlara son qoyulması üçün aidiyyatı qurumların rəhbərlərinə göstəriş verəsiniz.
Əvvəcədən Sizə minnətdarıq.

Hörmətlə,
ADNA-nın çoxsaylı tələbəlri adından Natiq Quliyev"

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar